
"Mən neft sahəsində çalışan işçi kimi həm öz adımdan həm də idarəmizin işçiləri adından Sizə müraciət edərək uzun illərdir əmək haqlarının artırılmaması problemini diqqətinizə çatdırmaq istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bunu "Siyəzənneft" NQÇİ-nin işçisi Əliyev Zamiq Qüdrət oğlu Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfə ünvanladığı müraciətində qeyd edib.
Müraciətdə daha sonra deyilir: "Neft sənayesi ölkəmizin iqtisadi sütunlarından biri olmaqla yanaşı, burada çalışan insanlar öz sağlamlıqlarını və həyatlarını riskə ataraq dövlətə xidmət göstərirlər. Lakin təəssüf ki, bu fədakarlığın qarşılığı olaraq əmək haqlarının uzun müddət dəyişməz qalması işçilər üçün ciddi maddi və sosial fəsadlara səbəb olub.
Hər il cənab prezident İlham Əliyev büdcədən müaliyyələşən qurumların idarələrin işçilərinin əmək haqqının artırılamsı barədə imzaladığı fərmana nəzər salanda bunun əksinə neft sahəsində əmək haqqının sabit qalmsı fonunda deyə bilərəm ki bu hal İşçilərin real gəlirlərinin inflyasiya nəticəsində kəskin şəkildə azalmasına onların ailə büdcələrinə ciddi zərbə vurulmasına səbəb olub.
Bundan əlavə olaraq deyə bilərəm ki bu tendensiya işçilərin kredit öhdəliklərinin yerinə yetirilməsi çətinləşdirir borclanmanı və sosial gərginliyi artırır,Sosial rifah səviyyəsinin aşağı düşməsi psixoloji gərginliyə və iş məhsuldarlığının azalmasına səbəb olur və eyni zamanda da işçilərin birbaşa motivasiyasının kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarır ki düşünrəm bu hal birbaşa istehsal mühütünə mənfi təsir göstərir.
Məsələyə hüquq müstəvisində yanaşdıqda deyə bilərm ki əmək haqqının real iqtisadi şəraitə uyğunlaşdırılmaması işçinin sosial müdafiə hüquqlarının pozulması kimi qiymətləndirilə bilər eyni zamanda da uzun müddət əmək haqqının indeksasiya olunmaması dolayı yolla sosial ədalət prinsipinə zidd sayılır.
Hörmətli Rövşən müəllim.
Neftçi sadəcə işçi deyil o, bu ölkənin sərvətini yerin dərinliklərindən çıxaran, ailəsinin gələcəyini bu ağır zəhmətə bağlayan insandır. Onun alın təri ilə hasil olunan sərvətin fonunda onun öz həyat şəraitinin ağırlaşması ədalətli görünmür və haqlı narahatlıq doğurur.
Sizdən xahiş edirəm ki, bu məsələni ciddi şəkildə nəzərdən keçirəsiniz, neft sahəsində çalışan işçilərin əmək haqlarının artırılması, indeksasiyası və sosial təminatlarının gücləndirilməsi istiqamətində konkret tədbirlər görülməsi üçün göstəriş verəsiniz..."











