"Deməli əsaslı şikayətim "PASHA Insurance" və Birbank (Kapital Bank) sistemindəndir. "DİA-AZ " xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Nurlan Məmmədov adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "İşsizlik üzrə sığorta təyinatin olmasına baxmayaraq, bütün prosesləri ya bilərəkdən və yaxud öz əməkdaşları tərəfindən gecikdirilir. Bir neçə dəfə Sığorta şirkəti ildə görüş keçirib şikayət etməyimə baxmayaraq ödəniş icra edilmir, '"İcra olunacaq" sözü yalnız söz olaraq qalır. Belə bir sistem əhəmiyyətli bankın və "Pasha Sığorta"nın nüfuz və reytinqini aşağı salır və insanlarda inamı azaldır!!! Müqaviləyə əsasən 1 ay gözləmə müddəti bitib, və ödəniş 7 iş günü keçib amma ödənilmir. Bunun isə bir adı var: sadəcə idarə etmə və Departamentlərin fəaliyyətsizliyi... günlərini yola verib getmək..."











