"Bu gün aldığım çanaq pendirini açdıqda məhsulun keyfiyyəti məni narazı saldı..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Pərvanə Nail adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Son istifadə tarixinə hələ 4 ay qalmasına baxmayaraq, pendir normal vəziyyətdə deyil — asanlıqla dağılır və yapışqan konsistensiyadadır.
Bu cür məhsul istehlak üçün uyğun görünmür. Xahiş edirəm məsələ ilə bağlı araşdırma aparılsın və müvafiq tədbir görülsün.
Aldığım yer "Megastore"un Lökbatandakı filialıdır..."











