Nəsimi rayonu İcra Hakimiyyətinə başçı təyinatından sonra hakim Yeni Azərbaycan Partiyasının nüfuzlu simalarından olan Tahir Budaqov deyəsən, əvvəlki RİH rəhbərlərinin cızdığı dəst-xəttə uyğun fəaliyyət göstərməkdədir. Hər halda, son günlər sözügedən rayon ərazisində əməlli-başlı "QURUCULUQ" işlərinin həyata keçirilməsi, yeni-yeni obyetklərin yağışdan sonrakı göbələklər kimi bir-birinin ardından peyda olması belə bir təəssüratı yaratmaqdadır.
"DİA-AZ" xəbər verir ki, məhz bu fakt jurnalist Pərvin Abışovanın da diqqətindən yayınmayıb və konkret videofaktla iddiasını ictimailəşdirən jurnalist özünün sosial şəbəkə hesabında ironik şəkildə müşahidə etdiklərini diqqətlərə çatdırıb. Pərvin Abışova yazır:
"Nəsimi rayonunda quru əməliyyatı keçirilir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısı keçmiş başçılara "şükür" dedizdirir.
Düz 3-cü mkr. dairəsində insanların gediş - gəlişinin sıx olduğu ərazi satılıb.
Hərəkət mümkünsüzləşib..."
Bunun ardından jurnalist video da paylaşıb...
VİDEO: https://www.facebook.com/reel/3044227455765520











