"“Bakuelektroniks”də mükəmməl endirim..." "DİA-AZ" xəbər verir ki, bu ironik açıqlamanı özünün sosial şəbəkə hesabında paylaşan tanınmış jurnalist Anar Niftəliyev daha sonra ilginc faktı açıqlayır. Sən demə, “Bakuelektroniks” qiymətini qladırdığı məhsulu ENDİRİM PİŞTAXTASINA çıxarmaqla, endirim olunmuş məhsul kimi göstərməklə fırıldaq edib.
Anar Nifətliyev bununla bağlı FOTOFAKTI təqdim edərək, belə yazır:
"“Bakuelektroniks”də mükəmməl endirim: "maus" 39.99 manatdan enib 29.99 manata endirilib.
Amma 19.99 manatlıqdır... Əvvəlki qiymətini üstündən silməyi unudublar..."











