SOCAR-da işçiləri maaşlarının artıq 6-cı ildir ki yerində sayması faktı sözügedən sahədə çalışan sıravi işçilərin həm də dözülməz yaşayışı ilə assosasiya olunmaqdadır. "DİA-AZ" bildirir ki, bununla bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) davamlı olaraq məsələ qaldırsa da, əlaqədar qurum və şəxslərdən yalnız biganəlikdən savayı hansısa reaksiyaya şahidlik edilməyib. Yəni YUXARILAR üçün belə bir problem mövcud deyil... AŞAĞILAR isə az qala səfil durumundadır...
Bununla bağlı "DİA-AZ" olaraq NHMT-nin sosial şəbəkə hesabında ayrı-ayrı vaxtlarda paylaşılmış neftçi müraciətlərini diqqətinizə təqdim edirik. Beləliklə...
***
Элтон Имамалиев adlı işçi yazır: "5-ci dərəcələri 4-ə salıblar. Bu vicdanı möhürlülərdən nə gözləyirsiniz? Əmək haqqı Bunlar fəhləyə yuxarıdan heç aşağıya da baxmırlar.. qaldı ki güzəranını düşünsünlər. Bunları yalnız bir sel gələcək və aparıb dərədən aşağı tökəcək, vəssalam..."
Ariz Aliyev adlı işçi yazır: "Əmək haqqı faizlə yox vahid rəqəmlə artırılmalıdır. Yəni ədalətli 20% artım olsa, 750 manat alan fəhlənin maaşı olacaq 900 manat. 2000 manat və daha çox alanlarda bu fərq olur ədalətsiz - yəni 2400 manat. Fərq oldu 250 manat. Ən yaxşısı odur ki, hamıya bərabər deyilsin ki maaş 100-150 manat artdı. Necə ki pensiya artımı zamanı məsələn, 5 manatlıq məblığ eyni qaydada şamil olunur..."
Rasim Mustafayev adlı işçi yazır: "Əmək haqqı niyə qalxmır? Səbəb? Hər şeyin qiyməti qalxıb... Rövnəq Abdullayev gedəndən bəri maaşlar qalxmayıb. Niyə?.."
Zaur Dadaşov adlı işçi yazır: "SOCAR-da ayrıseçkilik ancaq budur bəyəm? Mühəndis heyətinə 30-50%-lik peşəkarlıq artımı verilir. Fəhləyə 9%-lik...
Onsuz da yaxşı maaş alan mühəndis heyətinə bonuslar 2-3 misli (2,3,5,10.000+), fəhləyə isə 1 misli (500,600 manat).
İtr 50% maaş artımı-(2008 il), fəhləyə isə 0%.
Hansını deyək?!.
Bu Hindistanin "Kasta siyasəti"di...
Quldarlıqdır... quldurluqdur... nədirsə, adını siz qoyun! Diskriminasiyadır və həm də qanunlara, insanlığa ziddir..."
***
Məsələ diqqətimizdədir...











