Culfa rayonunun Bənəniyar kənd sakinləri suvarma suyunun ədalətsiz bölüşdürülməsinə etiraz edirlər. Onların sözlərinə görə, iki kanal vasitəsilə kəndə gələn suyun böyük hissəsi vəzifəli şəxslərin əkin sahələrinə yönləndirilir. Qalan su isə kənd sakinlərinin əkin sahələrinə çatmır.
Kənd sakinləri məsul qurumlardan problemin araşdırılmasını və suyun ədalətli şəkildə bölüşdürülməsini tələb edirlər. Onlar bildirirlər ki, bu vəziyyət davam edərsə, kənddə kənd təsərrüfatı tamamilə məhv ola bilər.
"Gündəlik Naxçıvan"
Daha ətraflı VİDEODA: https://www.facebook.com/reel/4348232515465794











