"Deməli, Masazırın Həsən Əliyev küçəsində yüzlərlə ev yağışdan sonra hələ də dizəcən suyun içindədir (dünən 50-60 ev yazmışdım, mənə dedilər ki, yox, daha çoxdur, söhbət yüzlərlə evdən gedir). Sakinlər nə icra hakimiyyətindən, nə də “Azərsu”dan (təzə adını yazmağa ərinirəm) heç kimin onlarla maraqlanmadığını, nəsə bir iş görmədiyini görüb məsələyə özləri əncam çəkmək istəyiblər..." "DİA-AZ" xəbər verir ki, unu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Famil cəfərli qeyd edib.
Jurnalist daha sonra bunları bildirir: "Haradansa motor tapıblar, həyətlərindəki, küçədəki suyu kənara vurmağa başlayıblar. Bu dəm “Azərsu”ya məxsus bir “Niva” qəfil asqıraq kimi peyda olub. Maşından düşən şəxslər kameralarını çıxararaq işləyən motoru çəkməyə başlayıblar. Sakinlər soruşub ki, qardaş, bunu niyə çəkirsiniz. Gələnlər arsız-arsız deyiblər, icra hakimiyyətinə, hakəza öz dahi, vətənpərvər və müdrik müdirlərimizə göstərəcəyik, qoy görsünlər ki, iş gedir. Sakinlər gülüb. Zarafat eləyirəm, adamları oradan qovublar. Day bilmədim söyüb-yağlayıb qovublar, yoxsa elə-belə, yavan... Belə-belə işlər..."











