"Artıq "Azer Turk Bank" tərəfindən 3-cü dəfədir belə problemlə qarşılaşıram və şikayət etsəm də, tədbir görən heç kim yoxdur..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AzBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Kredit gecikməm var... zəng vurub soruşurlar ki, nə vaxt ödəniş edəcəksiniz... Deyirəm, bu gün... Qayıdıb deyir ki, "kişi kimi" söz verirsən? Bu sözünə görə söhbət yarandı aramızda. Şikayət də edirsən, baxmırlar.
Deyir, ödəniş etməkdən boyun qaçırırsan, deyirəm, indi qeyd elədim ki, bu gün ödəniş edəcəm, belə boyun qaçırmaq olur... Deyir məhkəməyə verəcəm... iş yerinə adam göndərəcəm... üzümə "adboy" verir. Yarım saat keçmir rəhbərliyə, şöbə müdirinə... işdə rəhbər olan hər kəsə zəng edirlər...
Səbrimi sıxıram... artıq-əskik nəsə deməyim... Amma səbir də bir yerə qədərdir..."











