Bakıda neçə müddətdir ki, vətəndaşla "Olympus" MTK arasında gərginlik davaçğm edir. "DİA-AZ" xəbər verir ki, şirkətin özbaşınalığından giley edən "Azadlıq" prospekti 104, mənzil 23-ün sakini Rahilə Rzayeva şikayət etmədiyi ünvanın qalmadığını bildirir... Amma çifayda...
Narazı vətəndaş bildirir ki, başında Rafael Qarayevin dayandığı "Olympus" MTK nə dövlətin qanunlarına tabe olur, nə də məhkəmə qərarlarına.
Rahilə Rzayevanın bildirdiyinə görə, əslində 400 kvadrata yaxın əmlakı olsa da, məhkəmə tərəfindən onun 240 kvadrat üzərində hüquqları tanınıb: "Amma bunu da "Olympus" MTK tanımaq istəmir və artıq dükanımı da qanunsuz olaraq söküblər".
Müraciətində ölkə başçısından kömək istəyən narazı vətəndaş Rafael Qarayevin durdurulmasını xahiş edir...
Məsələ diqqətimizdədir. Daha geniş materialımız olacaq...











