Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                     Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir .....                     Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Quru sərhədlər bu şəxslər üçün açıla bilər .....                     Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi .....                 

Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR
Tarix: 7-04-2026, 11:00 | Çap et

Adil Əliyev sakinlərdən 1 ay vaxt istədi, MKTB rəisi isə aranı qarışdırdı
Prezident İlham Əliyev məmurlara həmişə xüsusi tapşırır ki, xalqa xidmət etmək borcunuzdur, vətəndaşlarla işləməlisiniz, onları dinləməlisiniz. Çünki dövlət başçısı özü də xalqın içində olur, onlarla səmimi söhbət edir, problemlərini eşidir, prezidentə göndərilən məktub və teleqramlara cavab verilir. Amma yerlərdə elə "kiçik padşah"lar var ki, onlar Prezidentin göstərişlərini qulaqardı edərək müştəbeh hərəkətlərindən qalmırlar. Hətta onlar
"kiçik padşah" da deyil, ondan da aşağı vəzifə sahibləridir. Elə aprelin 6-da Suraxanı rayon İcra Hakimiyyətində sakinlərlə keçirilən görüş zamanı bu tip məmurlardan biri haqda məlumat verəcəyik. Bu barədə az sonra...
Amma gəlin əvvəlcə həmin görüşün məğzinə diqqət yetirək. Anaxeber.info.az ilk növbədə bildirir ki, aprelin 6-da Suraxanı İH-də icra başçısı Adil Əliyevin qəbuluna və xahişə gedən sakinlər "Sahil-S İnşaat" şirkətindən mənzil alan pay sahibləri olub. 165 ailəni təmsil edən bir qrup sakin icra başçısı Adil Əliyevin qəbuluna yazılıb və həftənin ilk iş günü də onunla görüşmək imkanına nail olublar. Söhbət o sakinlərdən gedir ki, yaşadıqları binanın problemləri Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın daim diqqətində olub, onun tapşırıqları və dəstəyi əsasında bir sıra problemlər həllini tapıb. Yəni binanın kommunal təchizatının (qaz, su, işıq və s.) təmin olunmasında hörmətli Mehriban xanımın xüsusi əməyi olub. Çünki sözügedən şirkətdən mənzil alan sakinlər dələduzluğun qurbanı olub və indiyə qədər də bu iş üzrə məhkəmə prosesi getməkdədir. Ona görə də dövlətin himayəsi nəticəsində sakinlərin bir çox çətinlikləri keçmişdə qalıb. Ancaq indiyə qədər binanın həyətinin və ətrafının abadlaşdırılması, yaşıllaşdırılması, park salınması, uşaqlar üçün stadion, sürüşkən və başqa oynamaq şəraiti yaradılması mümkün olmayıb. Çünki sakinlərin buna maddi gücü çatmayıb. Zərər çəkmiş insanlar öz daxili resursları hesabına ancaq onu edə biliblər ki, binaya liftlər alınıb və digər həyati əhəmiyyətli ehtiyaclar qarşılanıb. Bununla belə "Sahil S İnşaat" binasında neçə ildir ki, yaşayış olsa da, sakinlərin və uşaqların istirahəti, əyləncəsi üçün şərait yoxdur.
Anaxeber.info.az məlumat verir ki, iki il bundan əvvəl isə sakinlər Suraxanı rayon icra başçısı Adil Əliyevə müraciət edərək abadlaşma üçün köməklik göstərilməsini xahiş ediblər. O zaman hörmətli icra başçısı əraziyə gəlib və baxış keçirib, sakinlərə bildirib ki, İH-nə layihə təqdim etsinlər, binanın ətrafını necə görmək istədiklərini göstərsinlər. Həmin vaxt eskiz kimi bir layihə hazırlanıb və Suraxanı İH-nə təqdim olunub. Ancaq geridə qalan 2 il ərzində rayon rəhbərliyi heç bir addım atmayıb. Baxmayaraq ki, Adil Əliyev özü ərazidə olarkən vəziyyətlə tanış olmuşdu. Bu səbəbdən, iki il heç bir səs-səmir çıxmadığını görən sakinlər icra başçısının qəbuluna gedib və aprelin 6-da onunla görüşüb. Sakinləri dinləyən icra başçısı onlardan 1 ay vaxt istədiyini söyləyib. Lakin qəbul otağında olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov özünü icra başçısından və Prezidentdən, dövlətdən üstün bilərək ürəkbulandırıcı müdaxilələr edib. MKTB rəisi sakinlərə deyib ki, bəli, o vaxt əraziyə baxış keçirilib, vətəndaşlardan layihə istənilib, amma "səhv etmişik". Yəni icra başçısının gözü qarşısında ona aid olmayan işlərə "burun soxan" Mais Məmmədov dövlətin, onun icra orqanı adından "səhv etmişik" deyərək sakinlərə yersiz cavab qaytarıb. Ümumiyyətlə, qəbul zamanı icra başçısı Adil Əliyev son dərəcə nəzakətli və praqmatik görünsə də, Suraxanıda etmədiyi qanunsuzluq qalmayan MKTB rəisi Mais Məmmədov bütün kobudluqlara yol verib. Halbuki onun nə Adil Əliyevin, nə dövlətin və nə də dövlət strukturu adından danışmağa ixtiyarı, icra başçısının yerinə "səhv etmişik" deməyə səlahiyyəti yoxdur. Üstəlik, "səhv etmişik" demək ən biabırçı sözdür ki, bir aşağı vəzifəli məmurun dilindən çıxır. Əslində, Mais Məmmədov düz deyib. Çünki özünün Suraxanı rayonunda düz əməli yoxdur, hamısı səhvdir. Rayonda küçələrin zibil içində olması, baxımsızlıq, zibil yeşiklərinin qoyulmaması göz deşir. Əslində, dövlət və onun müvafiq orqanları Mais Məmmədov daha hansı səhvləri edib deyə yoxlama aparmalıdır. Ancaq Adil Əliyevin adından danışması iki nəticə çıxarmağa əsas yaradır: ya Mais Məmmədov təkcə MKTB rəisi deyil, Suraxanı İH adından və başçının yerinə danışmaq səlahiyyəti verilib, ya da özünü icra başçısından üstün sayır. Hərçənd Adil Əliyev ondan fərqli olaraq sakinlərə deyib ki, 1 ay vaxt istəyir. İndi bina sakinləri ümid edir ki, icra başçısı MKTB rəisinin "səhv etmişik" deməsinin ardınca getməyəcək. Axı necə yəni səhv etmişik? Necə dövlətin və başçının adından belə demək olar? Hər halda, bu məsələnin müsbət həllinə ümid bəslənir. Sakinlərin isə istəyi böyük bir şey deyil, Suraxanı İH başçısının tapşırığı yetərlidir ki, qısa müddətdə binanın ətrafı abadlaşsın, park düzəldilsin, uşaqlara oynamağa şərait yaradılsın və onlar üçün yaya qədər bir sürpriz olsun. Necə ki hörmətli Mehriban Əliyeva bu binanın sakinlərini ümidsiz qoymayıb, Adil Əliyevin də eyni mövqedən çıxış edəcəyinə inam var. Mais Məmmədov isə gedib öz səhvlərini düzəltməyə başlasın, yoxsa sonra...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
"Mən kuryeri tanımıram, mən “Yango”nu tanıyıram..." - GİLEY
Bu gün, 11:30
“Space” fəaliyyətini davam etdirir, optimallaşdırma aparılır - İcraçı direktor
Bu gün, 11:23
Paşinyan konsert verəcək - KİV
Bu gün, 11:22
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik...
Bu gün, 11:20
Ağdamın yol polisinə yeni rəis təyin olundu - ƏMR
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru