İranda və ümumiyyətlə, dünyada baş verən məlum olayların fonunda neftin qiymətində baş verən hansısa bahalaşma faktı nədənsə özgə vaxtı "neftdən asılı olan iqtisadi həyatımızda" necəsə əks olunmur. "DİA-AZ" vurğulayır ki, bu məsələ daha çox neftçiləri düşündürür... o neftçiləri ki, 6-cı ildir maaşları yerində sayır... güzəranları isə günbəgün pisləşir...
Bu da problemin tam məğzi deyil... Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında paylaşılan müraciətdə SOCAR işçiləri səlahiyyət sahiblərinə xitab edərək soruşurlar:
"SOCAR-ın yuxarıda oturanlarından bir soruşun ki, niyə dənizdə can verən fəhlələrə bayram günləri 2 qat hesablanmır? Amma bunun əvəzində mühəndislərə 3 qat hesablanır?"
Hər halda, bu sualın cavabını eşitmək maraqlı olar...











