İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                     Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir .....                     Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Quru sərhədlər bu şəxslər üçün açıla bilər .....                     Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi .....                     AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi .....                     Yenə də iş başında: KƏSİB DOĞRAYIR... .....                     Atalıq testindən qaçış, "narkotik damğası" .....                     Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq .....                     88 yaşını HƏBS QƏRARI altında keçirir... .....                     "Mən kuryeri tanımıram, mən “Yango”nu tanıyıram..." .....                     “Space” fəaliyyətini davam etdirir, optimallaşdırma aparılır .....                     Paşinyan konsert verəcək .....                     Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik... .....                     Ağdamın yol polisinə yeni rəis təyin olundu .....                     Komitə olmayan dövlətlərin adını rəsmi bülletenlərə necə salır? .....                     Dövlət qəzetinə yeni baş redaktor təyin olundu .....                     Vasif Müslümova yüksək vəzifə verildi .....                     Azərbaycanlı ailəyə AĞIR İTTİHAM: 13 nəfəri "istismar ediblər" .....                     Nə “xoşbaxtlığ”a qafiyə, nə də sənətdə özünə yer tapa bilməyən adam .....                     Daha bir şirkətin vergi borcu var .....                     196 ölkədə axtarışda olan "Qızıl adam": İnqilab Babayev saxlanıldı .....                     "Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsindən azad edildi .....                     Karapetyanın partiyasının saxlanılan altı üzvü barədə qətimkan tədbiri seçilib .....                     Kirayə yaşayanlara pis xəbər: Qiymətlər qalxır .....                     Köçəryan narazılıq etdi, Putin dərhal tapşırıq verdi .....                     Paşinyanın keçmiş arvadı seçkilərdə onu dəstəkləyəcək .....                     Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi yenidən məhkəmə qarşısında .....                     Azərbaycanda özəl neft-qaz şirkətinə təyinat olub .....                 

Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur - İLGİNC FAKTLAR...
Tarix: 13-04-2026, 10:54 | Çap et

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2025-ci ildə keçirilmiş bəzi dövlət satınalmaları ətrafında araşdırma apardıq. Araşdırmalarda məlum oldu ki, sözügedən idarənin Satınalma Komissiyası tərəfindən kifayət qədər ciddi qanun pozuntusuna yol verilib.

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi kanal qırağı yolların abadlaşdırılması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Samir Ramazan oğlu Verdixanov ilə 298.068 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 16.01.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Samir Ramazan oğlu Verdixanov 2007-ci ildən Qusar rayonu, Qusar şəhəri, Muxtadır, ev 74-də fiziki şəxs kimi vergi uçotuna alınıb. Samir Ramazan oğlu Verdixanovun (VÖEN: 4700224882) hazırki günə 16 014.11 manat vergi borcu var.

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satınalınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “ESM-Trading” MMC ilə 410.918 manat məbləğində müqavilə bağlamışdır. Məlumat satınalmaların portalında 30.10.2025-ci ildə dərc edilib. Müqavilə bağlanma tarixi 27.10.2025-ci il, bitmə tarixi 30.12.2025-ci ilə müəyyən edilib.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən keçirilmiş bu tenderlərdə bir mənbədən satınalma metodunun tətbiq edilməsi bir sıra suallar doğurur, əsaslı şübhələr yaradır.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, nə kanal qırağı yolların abadlaşdırılması, nə də avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Bu səbəbdən də, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin satınalma prosedurunu bu şəkildə keçirməsi yuxarıda qeyd etdiyimiz kimi, bir sıra şübhələr yaradır. Əsas şübhələr isə idarənin satınalma müqaviləsi bağladığı şirkətlərlə bağlıdır.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hidromexaniki və elektrotexniki avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satınalınması üzrə qalib secdiyi “ESM-Trading” MMC göstərilən satınalma predmetinin konkret təchizatçısı olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Qeyd olunan satınalma predmetinin əvəzedicisi və alternativi olduğu halda Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi nə üçün “ESM-Trading” MMC ilə bir mənbədən satınalma metodu tətbiq etməklə müqavilə bağlamışdır?

Qeyd edək ki, “ESM-Trading” (VÖEN:3102061471) Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 26.12.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, SƏMƏD VURĞUN (XIRDALAN), ev.1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quluzadə İlkin Rasim oğludur.MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Mehdi Eldar oğlu olub.

MMC 15.10.2025-ci ildə İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə subartezian quyuların cari təmiri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 488.833 manat dəyərində müqavilə bağlayıb.

Bunlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbər vəzifəli şəxslərinin göstərişi ilə bağlanan müqavilələrdir və büdcə vəsaitlərinin təyinatından kənarlaşdırlmasından başqa heç nəyə xidmət etmir.

Yuxarıda qeyd etdiyimiz kimi, bir mənbədən satınalma metodu satınalma predmetinə təcili tələbat yarandıqda tətbiq edilə bilər. Sual oluna bilər. Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin fiziki şəxs Samir Ramazan oğlu Verdixanovla bağladığı müqaviləyə təcili tələbat hardan yaranıb? Bir fiziki şəxs olaraq Samir Verdixanov 11.12.2025-ci ildən 29.12.2025-ci ilə qədər, yəni 18 gün ərzində 298.068 manat dəyəri olan tendiri həyata keçirmək iqtidarındadırmı? Onun bu işləri yerinə yetirməyə texniki bazası varmı?

Təbii ki, bunlar əvvəlcədən razılaşdırılmış, planlaşdırılmış bir satınalmadan başqa bir şey deyil. Çünki, nə “ESM-Trading” MMC, nə də fiziki şəxs olaraq Samir Verdixanov yuxarıda qeyd etdiyimiz kimi, uyğunluq göstəricilərinə cavab vermir, müvafiq tələblərə cavab verən işçi qüvvəsi yoxdu.

Göründüyü kimi Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi qısa müddət ərzində bir mənbədən satınalma metodu tətbiq etməklə ümumi dəyəri 708 986 manat olan iki satınalma müqaviləsi bağlamışdır. Bu satınalmaların təşkilini Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərini pozumaqla həyata keçirib. Belə ki, MMC-lərin heç birinin analoji işlərdə təcrübəsi, işçi qüvvəsi və digər uyğunluq göstəriciləri nəzərə alınmayıb ki, bu da tenderlərdə saxtakarlığa yol verildiyinə şübhələri artırır.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məzahir Əzizovdur. O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin kadrlarından hesab edilir. 2012-ci ildən üzü bu yana sözügedən quruma rəhbərlik edir. Daha əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədri, sonradan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə rəhbərlik edən Zaur Mikayılov nədənsə Əhməd Əhmədzadənin bu kadrına hələ də vəzifə başında saxlayır. Bir çox rayonlarda Əhməd Əhmədzadənin kadrlarını vəzifədən çıxarmasına, dəyişməsinə baxmayaraq.

Məlumatlara görə onun arxasında hələ Əhməd Əhmədzadənin dövründə müavini olan, hazırda isə Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev durur. Sual yarana bilər. Zakir Quliyev hansı xidmətlərinə görə i4 ildir Məzahir Əzizovu sözügedən idarənin başında saxlayır, ona şərait yaradır.

Rayon sakinlərinin mediada yayılan şikayətlərinə görə Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçiləri 1 ha əkin sahəsinin suvarılması üçün, imkanlı şəxslərdən 100 manat pul alırlar və günlərini kafedə yeyib –içməkdə keçirirlər. İdarəyə rəhbərlik edən Məzahir Əzizov isə əksər vaxtlarda iş başında tapılmır. Görünən odur ki, Məzahir Əzizovun işçiləri su satıb kef edir, özünün isə başı tenderlərə ayrılan yüzminlərə qarışıb.

Elə Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçayın məcrasını dəyişərək 6 evi təhlükə altında qoyması barədə sakinlərin şikayəti də bu qəbildəndi. Sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb. Amma Qusarçayda sahilbərkitmə, bəndatma işlərinə ayrılan pulların hara getdiyi bəlli deyil.

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədilə Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasına ünvanladığımız məktuba cavabında idarənin baş mühasibi bildirir ki, “Mən Qusar SMSİİ-nə baş mühasib yeni təyin olunmuşam. Məqalədə göstərdiyiniz məsələlərə heç bir aydınlıq gətirə bilməyəcəyəm.

Həmçinin də Məzahir Əzizovun meliorasiya su sahəsində gördüyü işləri sadalamaqla qurtarmaz
İşini sevən, kollektivin qeydinə qalan, müraciət edən abonentin şikayətini dinləyib yerindəcə həll edən və həm də çox insani keyfiyyətlərə malik rəhbərdir.”
Maraqlıdır, yeni təyin olunmuş baş mühasib Məzahir Əzizovun meliorasiya su sahəsində gördüyü işləri sadalamaqla qurtarmadığını haradan bilir?

Aktuaılinfo.net











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
"Mən kuryeri tanımıram, mən “Yango”nu tanıyıram..." - GİLEY
Bu gün, 11:30
“Space” fəaliyyətini davam etdirir, optimallaşdırma aparılır - İcraçı direktor
Bu gün, 11:23
Paşinyan konsert verəcək - KİV
Bu gün, 11:22
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik...
Bu gün, 11:20
Ağdamın yol polisinə yeni rəis təyin olundu - ƏMR
Bu gün, 11:14
Komitə olmayan dövlətlərin adını rəsmi bülletenlərə necə salır? – Fotofakt
Bu gün, 11:13
Dövlət qəzetinə yeni baş redaktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:05
Vasif Müslümova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:04
Azərbaycanlı ailəyə AĞIR İTTİHAM: 13 nəfəri "istismar ediblər" - TƏFƏRRÜAT
Bu gün, 10:53
Nə “xoşbaxtlığ”a qafiyə, nə də sənətdə özünə yer tapa bilməyən adam - Orxan Saffari yazır…
Bu gün, 10:51
Daha bir şirkətin vergi borcu var
Bu gün, 10:40
196 ölkədə axtarışda olan "Qızıl adam": İnqilab Babayev saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:37
"Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Bu gün, 10:29
Karapetyanın partiyasının saxlanılan altı üzvü barədə qətimkan tədbiri seçilib
Bu gün, 10:27
Kirayə yaşayanlara pis xəbər: Qiymətlər qalxır - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:23
Köçəryan narazılıq etdi, Putin dərhal tapşırıq verdi – Moskvada “baş erməni” dəyişdirilir
Bu gün, 10:22
Paşinyanın keçmiş arvadı seçkilərdə onu dəstəkləyəcək - “İravunk”
Bu gün, 10:20
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:18
Azərbaycanda özəl neft-qaz şirkətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvan susuz qalıb: VƏTƏNDAŞ DAD DEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:04
“İclasda vidalaşmaq, halallaşmaq mövzusu olmayıb” - AÇIQLAMA
Bu gün, 09:50
Təhsil sistemində NƏLƏR BAŞ VERİR?.. - İLGİNC İDDİALAR
Bu gün, 09:45
Sevgilisini telefonda başqa qızla yazışmasını görən qadın döyüldü - MƏHKƏMƏ
Bu gün, 09:40
Azərbaycan neftinin qiyməti yenidən 115 dolları ötüb
Bu gün, 09:38
FHN-in keçmiş əməkdaşının cinayət işi: - 2 minə nazirliyə sürücü kimi işə düzəltmək vədi veribmiş
Bu gün, 09:36
Azərbaycan qlobal reytinqin “qırmızı zona”sında - AKTUAL
Bu gün, 09:34
Keçmiş iş yoldaşını küçədə döyən şəxs: - “Mənim işdən çıxarılmağıma sən səbəb oldun...”
Bu gün, 09:27
Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Övladının həyatını təhlükəyə atdı - VİDEO
Bu gün, 09:24
“Bakı Neft Mədən Avadanlıqları” mənfəətini bölüşdürəcək
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru