"9 ay öncə Bakının Nərimanov rayonu "Montin qəsəbəsi" deyilən ərazisində - qatar yolu ətrafında olan 161 ailənin evi heç bir məhkəmə qərarı olmadan zorla sökülüb". Bu barədə "DİA-AZ"a daxil olan müraciətdə deyilir.
Müraciətdə daha sonra qeyd olunur: "Bu zaman zor gücünə evlerimizdən çıxarılaraq və evlərimizdə olduğumuz halda ağır texnikalardan isdifadə edərək yaşayış yerlərimizi sökdülər. Bu vaxtı balaca körpəsindən tutmuş böyüyünə kimi... söküntüdən yaralanlar oldu. Bu da azmış kimi evlərimizin qarşılığında heç bir kompensasiya ödəmədən, heç bir yaşayış yeri ilə təmin etmədən məcburi şəkildə çölə atıldıq. Məsələ ilə bağlı bütün aidiyyatı qurumlara müraciət etmıymizə baxmyaraq hər kəs bizdən üz döndərdi və bizə heç bir köməklik göstərilmədi.
Hal-hazırda 161 ailə çarəsiz vəziyətdədir. Evləri sökən Azərbaycan"Dəmir Yolları"nın rəhbərliyi isə bütün bu qanunsuzluqların arxasında dayanır. "DİA-AZ" vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək xahiş edirik ki, bizim vətəndaş hüquqlarımız bərpa olunsun, əmlakımızın qarşılığı ödənsin..."









