"Bəlkə çox adamın xəbəri yoxdur. Mən də yeni bilmişəm. Deməli əvvəl "Azərcell" Asan İmza üçün ayda 2.50 ödəyirdik, nömrə aktiv qalırdı, amma təxminən bir neçə ay olar, fikir verirəm ki, 2.50 ödədim, nömrə bağlıdır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Bu da hər gün istifadə olunmur axı söhbəti tutasan. Bu günlərdə 2-gün ardıcıl istifadə edəsi oldum və işin üstü açıldı. 2 gün içində nömrə çıxan zənglər üçün bağlandı. *6050 nömrəsinə zəng etdim, operator bildirdi ki, Azercell Asanİmza nömrəsinin 1 ay aktiv qalması üçün gərək 6 manat 40 qəpik ödəyəsən. Təsəvvür edin ki, 2 manat 50 qəpikdən birbaşa 6 manat 40 qəpiyə qaldırılıb. Benzin 5 qəpik, dizel 10 qəpik bahalaşıb, amma Azərcell Asanİmza aylığı 3 manat 90 qəpik. Bu artıq 100%-dən artıq bahalaşmadır. Ona görə də mən artıq Bakcellin, ya da Nar-ın Asanİmza-sından istifadə edəcəm. Kimin pulu çoxdur və xərcləməyə yer tapa bilmirsə, onda 6.40 ödəməyə davam edə bilər. Mən isə nömrəni bağlayıb, qırıb atdım..."











