Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən
“Şəhid ailəsi olaraq mənzillə təmin olunmaöım üçün yaradılan süründürməçiliyə son qoyulması və şəhid ailələri arasında ayrıseçkiliyin dayandırılması, nəhayət dövlət başçısına bu barədə edilən yalan məruzələrə son qoyulması ” barədə ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"-a daxil olan müraciətdə deyilir:
"Çox hörmətli cənab Prezident İlham Əliyev, Siz həmişə Ali Baş Komandan kimi həmişə şəhid və qazi ailələrinə qarşı həssaslıqla yanaşmış və yerli məmurlara bu barədə xüsusi göstəriş vermisiniz. Çox əfsuslar olsun ki, mən 78 yaşlı çoxuşaq və şəhid anası olaraq ömrüm boyu cəmi bircə imtiyazdan istifadə etmək istəmişəm
Bir daha xatırladım ki, Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün - 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.
Bildirim ki, Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-ci, ümumidə isə 40-cı olmuşdur. Amma nə olsun. 14 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır. Amma bu siyahıda yer alan şəhid ailələrinin məndən sonra, yəni 2012-ci ildən sonra növbəyə duranların əksəriyyəti evlə təmin edilmişdir. Cənab Prezident! Sizin 2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma 1-ci Qarabağ Müharibəsində oğullarını itirmiş biz şəhid anaları bunu görmürük.
26 avqust 2023-cü il tarixli müraciətimə cavab olaraq 08 sentyabr 2023-cü ildə yenə də Şəki İH-nin müavini, qohumumuz sayılan Həsən Həsənov əvvəlki kimi təkrar cavab yazıb ki, «2028-ci ilə kimi növbəlilik əsasında siz mənzillə təmin olunacaqsınız.» Elə hər dəfə ƏƏSMN-yi də belə formal cavab verməklə işlərini bitmiş hesab edirlər.
Bu yalana arayış olaraq qeyd edim ki, oğlum Həziyə bir şəhid qardaşı kimi Şəki-Qax yolunun 18-ci km-də 10 sot torpaq sahəsi həyətyanı torpaq kimi 2013-cü ildən yerli bələdiyyə tərəfindən rəsmən verilmişdir. Torpağın çıxarışı da var. Hazırda yaşadığım 28 kv m sahəsi olan təmirsiz və yarasız(divarlarda çoxsaylı çatların olmasına görə) evimin həyəti də 1 ha həyətyanı sahəsi var. Rəsmilər gəlib evə də həyətə son 10 il ərzində 90 dəfə baxıb fotolar çəkib gediblər. Onlar sadəcə mənimlə -çoxuşaqlı şəhid anası ilə ( ailədə 10 nəfər olmuşuq) utanmazcasına prinsip aparırlar. Vəssəlam. Belə prinsip nə kişiyə, nə insanlığa, nə də müsəlmana yaraşan bir hərəkət deyil.
Cənab Prezident Siz öz rəsmi çıxışlarınızda və son dəfə də 7 fevral president seçkilərindən sonrakı rəsmi çıxışlarınızda bildirisiniz ki, 2025-ci ilədək bütün şəhid ailələri mənzillə təmin olunacaqlar. Amma Sizin yerli və nazirliyin səbatsız, süründürməçi məmurlarınız mənə rəsmi məktub göndərib yazırlar ki, 2028-ci ilədək Sizə mənzil növbənizə uyğun olaraq evlə təmin olunacaqsınız. Bu süründürməçilər sadəcə mənə həqarət edirlər. Və yaşımın ( 78 yaş) bu vaxtında bu bürokrat cavabla mənə utanmazcasına bildirilər ki, «SƏN MƏNZİL ALACAĞIN GÜNÜ GÖRMƏYƏCƏKSƏN!» Hələ bu azmış kimi, Şəki İH-də işləyən Əhməd qaynımın oğlu Yaşar Əbdürrəhimov gölcəsinə sığındığı 1-ci müavin olmuş Həsnov Həsənin diqtəsilə 525-ci qəzəetdə guya bizim evin hər bir şəraiti olduğunu, heçnəyə ehtiyacımızın omadığını və guya əmisi Məmmədəli ( həyat yoldaşım olan) tərəfindən şəhid oğlum Faiqin cəbhədən yayınmaması döyüşə getməsi barədə sifarişlə yazdırdığı məqalə məni çox sındırdı. “Düşmən ocaq başında imiş” atalar sözü yadıma düşdü. Halbuki bu məmurların oğulları fərari olub heç xidmətə getməyiblər. Dövlət də bunlara vəzifə verib ki, hər yeri talasınlar.
Əgər dövlətimiz çox düzgün olaraq şəhid ailələrinin mənzillə təmin olunması üçün bu qədər vəsait xərcləyirsə, o zaman yerli məmurlar niyə mənə 2028-ci ili gözləməyimi məsləhət görürlər? VƏ O ZAMAN NƏYƏ GÖRƏ MƏNDƏN SONRA NÖVBƏYƏ ALINANLAR ( 2013-2014-2015 və 2017-ci illərdə növbəyə duranlar nəzərdə tutulur) MƏNZİLLƏ təmin olundular Elə məlumat varki, eyni qayda Qəbələ rayonunda da şəhid ailələrinə tətbiq edilmişdir. Yalnız bir neçə istisna olmaq şərtilə. Yəni, əlil şəhid analarından nəsə ummayıblar.
Cənab Prezident mən bu yerli və ƏƏSMN-nin süründürməçi məmurlarından bezərək 18 sentyabr 2023-cü ildə məni şəxsən qəbul etməyiniz barədə teleqram vurmuşam. Bundan sonra 08 oktyabrda və 04 noyabrda yenə təkrar olaraq Sizə məni şəxsən qəbul etməyinizlə bağlı teleqramlar vurdum. İlk teleqrama Şəki İH-dən cavab verdilər ki, guya onlar mənimlə görüşüb söhbət edibləmiş və növbənin gözləniməsini başa salıblar. Bu ağ yalandır. Ola bilsin ki, bu teleqramların heç biri şəxsən Sizə çatdırmayıblar. Sizdən çox xahiş edirəm mənim 14 il gözlədiyim mənzil problemimin həll edilməsini şəxsi nəzarətinizə götürəsiniz. Çox sağ olun.
Mən etyni zamanda son ümid olaraq Azərbaycanda fəaliyyət göstərən 7 Səfirliklərə müraicət etmək zorunda qalıram. Çünki, yerli məmurlar və Sosial Müdafiə Nazirliyinin bürokratları çox kasıb olduğuma görə məni mənzillə təmin edən deyillər. Və dövlət başçısına da yalan məlumatlar verirlər. Ona görə də Türkiyə, Pakistan, Almaniya, ABŞ, İtaliya və Yaponiya Səfirlilərinə müraciət edərək xahiş edirəm ki, hazırda ailəm və nəvələrimlə birlikdə yaşadığım 28 kv m təmirsiz və yararsız mənzilin yenisilə əvəz olunması üçün mənə maddi cəhətdən yardım göstərməyinizi və yaxud iki otaqlı babat bir mənzillə təmin olunmağımıza köməklik göstərməyinizi xahiş edir və əvvəlcədən sağ olun deyirəm..."