"İki otaqlı (60kv) mənzilin təmizlənməsi üçün Təmiz həyat MMC şirkəti ilə əlaqə saxladım..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fahmiyya Sadigova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "İki nəfər xadimə göndərildi. 2 nəfər üçün 5 saatlıq xidmətə 80 Azn ödəniş etdim. Evin təmizlənməsi üçün lazımı ləvazimatları isə özüm aldım.
Lakin bu 5 saat ərzində evin 50 %-i belə təmizlənməmişdi. Şirkət ilə əlaqə saxladım, xidmətdən narazı olduğumu bildirdim, işçisinin tərəfini tutaraq mənim şikayətimə baxmadı. Bildirdi ki, ev çirkli olub (yəqin təmiz ev üçün çağırmalı idim). Hətta baxılması üçün evə dəvət etsəm də, razı olmadılar. Evin videosunu çəkərək son vəziyyət barədə məlumat verdim, hörmətsizlik edərək mesaja cavab vermədilər.
Görünür ki, müştəri məmnuniyəti onlar üçün önəmli deyil..."