Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan həbsdə olan biznesmen və milyarder Samvel Karapetyanın yeni yaradılmış siyasi komandaya rəhbərlik etməsi barədə danışıb.
Teleqraf xəbər verir ki, o, iş adamını “xarici ölkənin agenti” (Rusiyanı nəzərdə tutur - red.) adlandırıb.
“Deməli, siyasi komandamızın rəhbəri Samvel Karapetyan olacaq. Komanda lideri olmaq üçün neçə ölkənin pasportu lazımdır? Bəs baş nazir Samvel Karapetyana işləyəcək kukla kim olacaq? Namizəd olmaq üçün neçə ölkənin agenti olmaq lazımdır? Özü kimi kukla teatrı...”, - Çaxoyan bildirib.
Qeyd edək ki, iyulun 27-də Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan onun yeni yaradılmış siyasi qüvvəyə rəhbərlik edəcəyini açıqlamışdı.
Erməni əsilli rusiyalı iş adamı S.Karapetyan iyun ayında “dövlət çevrilişinə çağırış” ittihamı ilə həbs olunub.