İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası olub.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə Nəqliyyat və Rabitə
Nazirliyinin mütəxəssisi ifadə verib. Ok məhkəmənin suallarını cavablandırıb. Ona təqsirləndirilən şəxsin xaricdə fəaliyyət göstərən saytda profilinin olması, həmin profilə daxil ola bilməməsi bağlı suallar verilib.
Qeyd edəki, təqsirləndirilən şəxs ötən məhkəmə iclasında İnvestaz.com saytında profilin olması, Yeni Zelandiya da ünvanı olan şirkətə məxsus saytdakı profilin bloklanıb.
Mütəxəssis suallara cavab olaraq bildirib ki, profil admin tərəfindən bloklansa, profilin bərpa olunması mümkün olmayacaq: "Amma domenin qeydiyyatı müəyyən etməklə, məhkəmə qərarı ilə müəyyən tədbirlər görmək mümkün ola bilər. Bu şirkətin admin Azərbaycanda da olması mümkündür".
Daha sonra hakim mobil operatora ünvanlanan sorğunun cavabı elan olunub. Sorğuda N. Alışanın 9 aprel 2024-cü ildə harada olması ilə bağlı anten dairələri müəyyən edilib.
Daha sonra təqsirləndirilən xain vəkili Samir İsayev vəstət verib. O, İnvestaz-ın idarə heyətinin üzvü Ceyhun ibrahimovun əlavə şahid qismində dindirilməsini istəyib.
Təqsirləndirilən şəxs bildirib ki, Ceyhun İbrahimovu 20 ilə yaxındır tanışlığı var. Onun sözlərinə, həm Ceyhun, həm də Rövşənlə əlaqəsi olub: "Mənim kuratorom Rövşən müəllim olub. Pulların Yeni Zelandiya göndərilməsindən onların xəbəri var. Ceyhun müəllim İnvestaz-ın vasitəsi ilə pulıarın göndərilməsini təsdiqləyə bilər".
Məhkəmə vəsatəti təmin edib.
Növbəti proses iyulun 31-də davam edəcək.
İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.
Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.