"2025-ci ilin iyun ayında Baku Electronics-da Roborock Flexi lite məhsulunu əldə etmişdim. Bir müddət istifadə edəndən sonra batareyası şarj yığmadığına görə zəmanətə əsasən Baku Service Company-ya təmir üçün 12 avqust tarixində məhsulu təhvil verdim (Nərimanov rayonu. Əhməd Rəcəbli küç.)..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində Bakı sakini Ayla qeyd edir.(dia-az)
O daha sonra əlavə edir: "Mənə bildirildi ki, təmir bitəndən sonra əlaqə saxlanılacaq. Bir müddət keçəndən sonra bir xəbər olmadı deyə özüm əlaqə saxladım 991 qaynar xətt ilə. Bildirildi ki, diaqnostika və təmir 2 həftəyə qədər zaman ala bilir. Yenə də gözlədim, 2 həftə keçdi , lakin bir məlumat gəlmədi. Bir neçə dəfə əlaqə saxlasam da mənə hər dəfə "Məhsul diaqnostikadadır" deyə bildirildi. Son zənglərimdə dedilər ki, başqa servisə gedib məhsul. Digər servisin də nömrəsin aldım, oradan bildirdilər ki, onlara heç bir məhsul göndərilməyib. Baku Electronicslə əlaqə saxladım 143 qaynar xətti ilə, bu dəfə də bildirdilər ki, rəsmi e-mail yönləndirildi və mənə bu gün günortaya qədər məlumat veriləcək. Nəticədə əlaqə saxlanılmadı. Mənim məhsulum hardadır, problemi nədir, nə zaman düzələcək? Dəfələrlə əlaqə saxlamağıma baхmayaraq mənə bu barədə heç kim məlumat vermədi. 700 azn alınmış tozsoran niyə bu qədər tez xarab olur? Bu problemi zəmanət olmağına baxmayaraq niyə təmir edə bilmirlər? 23 gün keçməyinə baxmayaraq niyə heç kimin xəbəri yoxdur məhsulun harada olduğundan? Bu suallar məndə açıq qalıb və ümid edirəm buradan dəstək ala bilərəm..."