Bəzi nazirlik və qurumların ləğvinə çağırış: qənaət, yoxsa... .....                     “Flaminqo” raketi Krım körpüsünü məhv edə bilərmi? .....                     Azərbaycanla Ermənistan arasında “saat əqrəbləri” bu dəfə Çində tutuşduruldu və... .....                     700 manata tozsoran aldı... O DA BELƏ... .....                     Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq? .....                     Modinin anlamsız Qafqaz siyasəti .....                     Bahalaşma xəbərinə AYNA hələ də SUSUR .....                     Elçin Məmmədov mühüm təhsil ocağını bazara çevirib .....                     Töhmət almış patrondan daha bir TENDER .....                     “Minsk quldur dəstəsi”nin sonu .....                     Ehsan qadağasına mane olan BİZNES MARAQLARI .....                     İlham Əliyev və Vladimir Putin Çində niyə görüşmədilər? .....                     Kremlin tələbi: Fiko və Orban təhdidlə üz-üzə .....                     MDB bizə lazımdırmı? .....                     Üzr... təzminat... VƏ: Borclu Rusiyanın həyasız tələbi... .....                     Tural Abbaslının Duqinin sərsəmləmələrinə cavabı .....                     "Üzümün cizgilərini qətiyyən dəyişə bilmərəm" .....                     “Paşinyanı devirib ərazi iddialarını bərpa etmək istəyirlər” .....                     Deputatın milyona yaxın borcu olsa da... .....                     40 ildir birinci qrup əlillik pensiyası alırdı .....                     Ağ Ev görüşü dönüş nöqtəsi oldu .....                     Qalmaqallı direktorun QİSASI .....                     Regionu gözləyən fəlakət: türk liderdən anons .....                     “Qarabağ”la oyuna biletlərin qiyməti 40-60 avrodur .....                     Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olub .....                     ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti .....                     İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasındakı təmir işləri nə vaxt bitir? .....                     "Əfsuslar olsun ki, AYNA-nın rəhbərliyi efirə çıxmır" .....                     Zelenski ilə görüşü heç vaxt istisna etməmişəm .....                     Azərbaycan MDB-dən çıxa bilər .....                     Donbası Putinə verməyəcəm .....                     Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır .....                     Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub? .....                     Rusiya və İran Azərbaycana savaş açmaq istəsə, nə baş verəcək? .....                     Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı .....                     Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı .....                     "Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." .....                     Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır .....                     65 yaşlı direktora "stop" qoyuldu .....                     FHN-nin "kapitan Əliyev"i həbs edildi .....                 

İlham Əliyev və Vladimir Putin Çində niyə görüşmədilər? - Bir salama dəymədi...
Tarix: Bu gün, 07:06 | Çap et

Avqustun 31-dən etibarən Çinin Tyanjin şəhərində start götürən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyinə həsr olunmuş yubiley sammiti yekunlaşmağa doğru gedir. Liderlər artıq sentyabrın 3-də Pekində keçiriləcək II Dünya Müharibəsi və Yaponiya üzərində qələbənin 80-ci ildönümünü anmaq üçün hərbi paradda iştirak etmək məqsədilə Çinin paytaxtına gəliblər.

Beləliklə, qarşıdakı bir gündə sammitdə iştirak edən liderlər arasında ikitərəfli görüşlər olmayacaq; əvvəlcədən razılaşdırılmış təmaslar Tyanjində artıq baş tutub. Azərbaycan Prezidenti İlham Əliyev də Çinin sədri Si Cinpin başda olmaqla bir sıra ölkə liderləri ilə ikitərəfli görüşlər keçirib.

Prezidentin qrafikində yalnız bir görüşə yer olmadı – Rusiya Prezidenti Vladimir Putinlə heç bir təmas qurulmadı. Jurnalistlər salamlaşma və ayaqüstü söhbət olacağına ümid etsələr də, Əliyev və Putin bir-birilərini görməzdən gəldilər. Hansı liderin görüşə istəksiz olduğunu müəyyən etmək üçün sammit ərəfəsində Bakıdan və Moskvadan səsləndirilən açıqlamalara nəzər yetirmək kifayətdir.

Prezident İlham Əliyev Pekinə getməzdən əvvəl “Əl-Ərəbiyyə” kanalına müsahibəsində Rusiya ilə hazırki münasibətlərdəki böhranın səbəblərini aydın şəkildə ifadə edib, məyusluğunun səbəblərini açıqlamışdı.

Əvvəlcə tarixə ekskurs edən dövlət başçısı 1920-ci ilin aprelində bolşevik işğalını xatırladıb. Qeyd edib ki, həmin ilin noyabrında Moskva qərar qəbul edərək Zəngəzuru Azərbaycandan alıb Ermənistana verib. Bununla da Azərbaycan əsas hissə və Naxçıvan olmaqla iki yerə bölünüb, Qərbi Zəngəzur isə onların arasında qalıb.

İlham Əliyev münasibətlərdəki hazırkı böhranın əsas səbəbi kimi ötən il dekabrın 25-də Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya üzərində vurulmasını və Kremlin qeyri-adekvat davranışını göstərib. Prezident bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi Azərbaycanın mülki təyyarəsini vurub və bu, böyük faciə və “qətiyyən yol verilməməli hadisə”dir.

Əliyev xatırladıb ki, 2020-ci ilin noyabrında Azərbaycan təsadüfən rus helikopterini vuranda, Bakı dərhal üzr istəmiş, təzminat ödəmiş və məsul şəxsləri cəzalandırmışdı. Amma bu dəfə Rusiya oxşar addım atmayıb, məsuliyyəti üzərinə götürməyib və araşdırmanı şəffaf aparmayıb.

Ölkə başçısı daha sonra Rusiyadakı azərbaycanlılara qarşı hücumlara diqqət çəkir: “Təyyarə insidentindən sonra Rusiyada azərbaycanlılara qarşı zorakılıq halları baş verib. İki nəfər işgəncə ilə öldürülüb, rəsmi versiyada isə ‘ürək tutmasından ölüm’ göstərilib”. Əliyev bunu xalqımıza qarşı “misli görünməmiş hörmətsizlik” adlandırıb.

Prezident vurğulayıb ki, Azərbaycan heç vaxt təcavüz və hörmətsizliyə göz yummayacaq. Münasibətlərin gərginləşməsinə görə məsuliyyət Bakının üzərinə düşmür, ölkə yalnız konstruktiv və hüquqi cavab verir.

İlham Əliyevin bu çıxışı Kremlə bağlı təbliğat mediasında genişmiqyaslı anti-Azərbaycan kampaniyasına start verib. Dövlət televiziyasında və Z kanallarında prezidentin özü hədəf alınıb, Azərbaycana qarşı təcavüz iddiaları səsləndirilib. Hazırda bu kampaniya bütün gücü ilə davam etdirilir. Paralel olaraq, Rusiyada yaşayan azərbaycanlıların həbsi və təzyiqlərə məruz qalması da həyata keçirilir.

Prezident İlham Əliyev bu çıxışı ilə Çinə getməzdən əvvəl Rusiya ilə münasibətlərin normallaşma perspektivinin çərçivəsini cızıb. Yəni Bakı, təyyarənin vurulması ilə bağlı mövqeyində qətidir, Zəngəzur dəhlizi ilə bağlı hazırkı reallıqları Rusiya işğalı ilə əlaqələndirir və ikitərəfli münasibətlərdə yalnız bərabərhüquqlu tərəfdaşlığa əsaslanır. Rusiya buna hazırdırsa, təşəbbüs göstərsin; görüşmək və danışmaq mümkündür.

Rusiya belə bir görüşə hazır idimi? Kremlin sözçüsü Dmitri Peskovun 21 avqustda verdiyi açıqlamadan belə nəticə çıxarmaq olar ki, Rusiya tərəfi Azərbaycan lideri ilə görüşün baş tutmasını istəyir, amma Bakının cızdığı çərçivədə yox, ənənəvi qaydada. Peskov deyib: “Putin və Əliyevin ŞƏT sammitinin kənarında görüşmək imkanı ola bilər. Ümid edirik ki, sabah görüş çərçivəsində onların qarşılaşmaq imkanı olacaq. Heç olmasa, belə bir imkan mövcud olacaq”.
Sentyabrın 1-də Peskov bildirdi ki, Putin və Əliyev hələ danışmayıblar.

Kreml sözçüsünün açıqlamasında görüş təşəbbüsünün Azərbaycandan gəlməli olduğuna eyham vurulur. Necə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Putinin digər liderlər ilə söhbətinin bitirməsini gözləyib, daha sonra ona yaxınlaşdı və görüş baş tutdu. Azərbaycan rəhbərliyi üçün bu cür təmaslar qəbul edilmir; qarşılıqlı hörmət və istək prinsipi olmayan görüşlər arzuolunmaz hesab edilir.

Beləliklə, Azərbaycan və Rusiya liderləri arasında yüksək səviyyəli təmas imkanı dəyərləndirilmədi. Çünki problemlər dərindir və şəxsi məna daşıyır. Konkretləşdirsək, Azərbaycanın sərnişin təyyarəsinin vurulması və daha sonra Kremlin sayğısız münasibəti Azərbaycan Prezidenti üçün prinsipial məsələyə çevrilib. Rusiya tərəfi bunu aradan qaldırmayana qədər münasibətlərdə gərginlik davam edəcək.

Əsas sual budur: gərginlik eskalasiyaya çevrilib nəzarətdən çıxa bilərmi? Avqustun 23-də Həştərxanda keçirilmiş iqtisadi əlaqələr üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında müzakirə olunan məsələlər hər iki tərəfin böhranın idarə olunmasında maraqlı olduğunu göstərir. Bəli, siyasi əlaqələr az qala dondurulub, amma ticarət və iqtisadi münasibətlər az təsirlənib və böhranın bu sektora sıçramasında hələ ki, heç bir tərəf maraqlı deyil. Bununla belə, mediada kəskin ritorika davam edəcək, Rusiyada yaşayan azərbaycanlılara qarşı hücumlar və təzyiqlər sistematik xarakter alacaq. Azərbaycanın da öz növbəsində bəzi tədbirlər görməkdə davam etməsi şübhə doğurmur. Prezident bildirib ki, biz yalnız konstruktiv, hüquqi və güzgü prinsipi ilə özümüzə qarşı olanlara cavab veririk.

Əlbəttə, düyünün çözülməsi imkanları da mövcuddur və bu, daha çox Rusiyadan asılıdır. Kreml “daşı ətəyindən tökərsə”, münasibətlər əvvəlki səviyyəyə qalxmasa da, böhrandan çıxa bilər. Qarşıda oktyabrın əvvəlində MDB liderlərinin sammiti var; o tarixə qədər Rusiya tərəfi uyğun addımlar atarsa, liderlər arasında təmaslar mümkündür.

Pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəzi nazirlik və qurumların ləğvinə çağırış: qənaət, yoxsa... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
“Flaminqo” raketi Krım körpüsünü məhv edə bilərmi? - KİV
Bu gün, 08:59
Azərbaycanla Ermənistan arasında “saat əqrəbləri” bu dəfə Çində tutuşduruldu və... - Rusiyaya “sarı kart” göstərildi
Bu gün, 08:49
700 manata tozsoran aldı... O DA BELƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:43
Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq? - AKTUAL
Bu gün, 08:38
Modinin anlamsız Qafqaz siyasəti - Bu, əslində cığallıqdır...
Bu gün, 07:40
Bahalaşma xəbərinə AYNA hələ də SUSUR - AXI NİYƏ?..
Bu gün, 07:37
Elçin Məmmədov mühüm təhsil ocağını bazara çevirib - Bakıda “kitayski” lisey
Bu gün, 07:33
Töhmət almış patrondan daha bir TENDER - TƏFƏRRÜAT
Bu gün, 07:26
“Minsk quldur dəstəsi”nin sonu - BELƏ DƏ OLMALI İDİ...
Bu gün, 07:17
Ehsan qadağasına mane olan BİZNES MARAQLARI - NƏ ETMƏLİ?
Bu gün, 07:15
İlham Əliyev və Vladimir Putin Çində niyə görüşmədilər? - Bir salama dəymədi...
Bu gün, 07:06
Kremlin tələbi: Fiko və Orban təhdidlə üz-üzə - GƏLİŞMƏ
Bu gün, 07:03
MDB bizə lazımdırmı? - AKTUAL
Bu gün, 07:01
Üzr... təzminat... VƏ: Borclu Rusiyanın həyasız tələbi... - HƏLƏ ŞƏRT QOYURLAR...
Bu gün, 06:59
Tural Abbaslının Duqinin sərsəmləmələrinə cavabı - "Dünənki nökər..."
Bu gün, 06:54
"Üzümün cizgilərini qətiyyən dəyişə bilmərəm" - ETİRAZ
Bu gün, 06:51
“Paşinyanı devirib ərazi iddialarını bərpa etmək istəyirlər” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:49
Deputatın milyona yaxın borcu olsa da... - TENDER UDUR...
Bu gün, 06:47
40 ildir birinci qrup əlillik pensiyası alırdı - KƏSDİLƏR...
Bu gün, 06:41
Ağ Ev görüşü dönüş nöqtəsi oldu - BUNDAN SONRA...
Bu gün, 06:36
Qalmaqallı direktorun QİSASI - BU NƏDİ BELƏ?
Bu gün, 06:33
Regionu gözləyən fəlakət: türk liderdən anons – 5 ölkə birləşə bilər
Bu gün, 06:28
“Qarabağ”la oyuna biletlərin qiyməti 40-60 avrodur
Dünən, 23:51
Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olub - ADLAR
Dünən, 23:48
ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti NƏDİR?
Dünən, 18:03
İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasındakı təmir işləri nə vaxt bitir? - “Bunlar nəzərə alınmayıb, ona görə də...”
Dünən, 18:01
"Əfsuslar olsun ki, AYNA-nın rəhbərliyi efirə çıxmır" - ETİRAZ!
Dünən, 17:59
Zelenski ilə görüşü heç vaxt istisna etməmişəm - Putin
Dünən, 17:56
Azərbaycan MDB-dən çıxa bilər - AKTUAL
Dünən, 17:54
Donbası Putinə verməyəcəm - Zelenski
Dünən, 17:50
Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır -ŞƏRH
Dünən, 17:46
Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub? - TƏFSİLAT
Dünən, 17:38
Rusiya və İran Azərbaycana savaş açmaq istəsə, nə baş verəcək? - SENSASİON DETALLAR
Dünən, 17:26
Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı - SƏBƏB
Dünən, 17:21
Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı - SƏN DEMƏ...
Dünən, 17:10
"Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." - ŞƏRH
Dünən, 17:01
Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır - Britaniya kəşfiyyatı
Dünən, 16:58
65 yaşlı direktora "stop" qoyuldu - Sığorta pullarını ödəməyib...
Dünən, 16:45
FHN-nin "kapitan Əliyev"i həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
BQXK-nin də SONU ÇATDI – Təşkilat 30 ildə hansı qərəzli addımlarla YADDA QALDI?
Dünən, 16:41
Valeh Kərimov teatrı tərk etdi: - “Borcum deyildi, bunları etməli deyildim”
Dünən, 16:36
“Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” - deputat
Dünən, 16:34
AYNA-nın bəlaya saldığı Sumqayıt... - NARAZILIQ VAR...
Dünən, 16:29
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - ARAŞDIRMA
Dünən, 16:17
Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu – Sensasion detallar
Dünən, 16:08
Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:02
Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? - AKTUAL
Dünən, 15:57
Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir - Sürüşkən siyasət
Dünən, 15:53
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru