Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                 

İnam Kərimov da bacarmadı... - "Aqrar ölkə" statusumuz təhlükədə
Tarix: 30-03-2020, 09:50 | Çap et
İnam Kərimov da bacarmadı...
Son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra müsbət addımlar atılır. Aqrar texnikanın dövlət güzəşti ilə istehsalçılara çatdırılması, dövlətin aqrar istehsalçılara ayırdığı subsidiyaların verilməsi mexanizmində edilən dəyişikliklər bu baxımdan mühüm yenilik kimi qiymətləndirilə bilər.

Xüsusilə bu ilin yanvarından subsidiyaların elektron sistem vasitəsilə təyin olunması, hər hansı təmas olmadan istehsalçıların kartına köçürülməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən geniş təbliğ olunur. Yerli icra orqanlarının subsidiyalara əl qoymasının qarşısını almaq baxımından bu mexanizm təsirli vasitə olsa da, bir sıra istiqamətdə aqrar istehsalçılara problemlər yaratmağa başlayıb. Rayonlarda bir sıra xırda fermerlər kartlarını alsalar da, onu aktivləşdirə bilmirlər. “Kapitalbank”ın yerli şöbələri aktivləşmə üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron sistemindən göstəriş olmadığını deyirlər. Fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə müraciət etmələri məsləhət görülür. Lakin həmin sistemdə yaradılmış elektron kabinetlərdə belə müraciətlər üçün yaradılan bölmə normal işləmir. Yaxud bir sıra fermerlər əkinlərini çoxdan bəyan etsələr də, hələ də kartlarını alıb subsidiyanı əldə edə bilmirlər.
Daha bir böyük problem bələdiyyə torpaqlarını icarəyə götürüb taxıl əkən fermerlərlə bağlı yaranıb. Belə ki, EKTİS-lə subsidiya almaq üçün torpağa çıxarış tələb olunur. Bunu həmin əkinçilər təqdim edə bilmirlər. Çünki bələdiyyə ilə bağlanan müqavilə uzunmüddətli olmalıdır ki, ona çıxarış almaq mümkün olsun. Bu halda isə icarədarlar böyük məbləğdə əlavə xərc çəkməlidilər.
Onu da qeyd edək ki, fermerlər əkinə görə aldıqları subsidiyanın hamısını kartdan çıxarıb nağd xərcləyə bilməyəcəklər. Onlar subsidiya məbləğinin 25 faizindən nağdlaşdıraraq, 75 faizindən isə bununla bağlı qaydalarda müəyyənləşdirilən formada istehsalın təşkili məqsədilə qeyri-nağd qaydada istifadə edə biləcəklər. Amma yerlərdən aldığımız məlumata görə, rayonlarda gübrə, biohumus və digər təsərrüfat üçün lazım olan məhsul və vasitələri kart vasitəsilə almaq imkanı çox məhduddur. Buna görə də fermerlər bu sahədə müəyyən tədbirlərin həyata keçirilməsini istəyirlər.
Maraqlıdır ki, bir müddət əvvəl bəzi TV və elektron mətbuatda müxtəlif rayonlardan EKTİS-in fəaliyyəti ilə bağlı fermerlərin narazılıqlarını əks etdirən materiallar yer almışdı. Lakin bir həftə keçməmiş yazıların, süjetlərin hamısı silindi. Belə görünür ki, nədə olmasa da, KTN əməkdaşları narazılıqların ictimailəşməsinin qarşısının alınmasında çox aktiv işləyirlər.
EKTİS yaradılanda qarşıya qoyulan əsas məqsədlərdən biri dövlət subsidiyalaşmasında şəffaflığın yaradılması olub. Subsidiyaların istehsalçılara çatması baxımından bu şəffaflığın xeyli təmin olunduğunu söyləməklə yanaşı, qeyd edək ki, əkin sahələrinin reyestrinin şəffaflaşması baxımından buna nail olunmayıb. Belə ki, yeni subsidiyalaşma mexanizminin tətbiqinə başlanarkən bildirildi ki, elektron sistemə bəyan edilən əkin sahələrinin düzgün olub-olmadığı müxtəlif yollarla monitorinq olunacaq, səhv məlumatlara görə cəzalar tətbiq olunacaq. Payızlıq əkinlər və çoxillik əkmələrin bəyan olunması prosesi artıq başa çatıb. Lakin hələ də aparılan monitorinqlərin nəticələri ilə bağlı nazirlikdən hər hansı açıqlama verilməyib. Halbuki subsidiyalaşmanın əvvəlki mexanizminin mühüm çatışmayan tərəfi kimi əkin sahələrinin süni şişirdilməsi qeyd olunurdu. Yerlərdə xüsusilə yerli icra hakimiyyətlərinin əkin sahələrini olduğundan çox yazmaqda maraqlı olduqları hamıya məlumdur. İndiki halda yeni sistemin effektivliyinin qiymətləndirilməsi üçün aparılan monitorinqlərin nəticələri məlum olmalıdır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu ilə dair fəaliyyət istiqamətləri üzrə hesabatından aydın olur ki, 2019-cu ildə ölkədə 636.2 min hektar sahədə payızlıq buğda əkilib. Bu, 2018-ci ildə əkilmiş 667.9 min hektardan 4.8 faiz az deməkdir. Maraqlıdır, bu azalma monitorinqlər zamanı üzə çıxan şişirtmələrin qarşısının alınması nəticəsindəmi yaranıb? Buğda kimi strateji məhsulun əkin sahəsinin belə azalmasının başqa izahını təsəvvür etmək mümkün deyil.
Nazirliyin hesabatında diqqətimizi çəkən başqa bir məsələ istehsal olunan məhsulun keyfiyyət göstəriciləri ilə bağlı hər hansı məlumatın olmamasıdır. Məsələn, istehsal olunan buğdanın hansı hissəsi əla növ, hansı hissəsi birinci, hansı hissəsi ikinci növ olub? Yaxud sahəsi azalsa da, rekord həcmdə yığılmış pambığın keyfiyyət göstəriciləri necə dəyişib? Bildirilir ki, pambıq istehsalında məhsuldarlıq yüksəlib. Bu halda keyfiyyətin də adekvat olaraq yüksəlməsi lazım. Lakin KTN-in hesabatında keyfiyyət dəyişmələri barədə hər hansı məlumat əldə etmək, təəssüf ki, mümkün deyil.
Aqrar Tədarük və Təchizat ASC-nin Bakı şəhərində təşkil etdiyi “Kənddən şəhərə” yarmarkaları barədə hesabatda statistik məlumatlar yer alıb. Amma bu yarmarkaların təşkilindən əldə olunan gəlir, onların fəaliyyəti nəticəsində satışa çıxarılan məhsulların qiymətində nə qədər endirimə nail olunduğu bilinmir. Halbuki bu yarmarkaların fəaliyyətinin qiymətləndirilməsi üçün bu müvafiq analizlər aparılaraq ictimaiyyətə, dövlətə açıqlanmalıdır.
Hesabatda nazirliyin maliyyə fəaliyyətinə dair hər hansı məlumat da əksini tapmayıb. Halbuki mühüm bir sahədə tənzimləyici funksiyasını yerinə yetirən nazirliyin və onun strukturlarının illik maliyyə fəaliyyətinə dair məlumatın açıqlanması gözləniləndir: aqrar texnikanın, damazlıq heyvanların, gübrələrin güzəştli satışı, əkinə və məhsula görə subsidiyanın verilməsi mexanizmlərində şəffaflıq yaratmaq istəyən tənzimləyici ilk növbədə öz fəaliyyətində də şəffaflıq tələblərinə cavab verməlidir.

AFN-in İqtisadiyyat şöbəsi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru