Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                 

Daşkəsəndə NƏ BAŞ VERİB: Şəhid anası nələri iddia edir... - Jurnalistlərə hücuma qədər olan TƏFƏRRÜAT
Tarix: 21-12-2021, 09:23 | Çap et
Daşkəsəndə NƏ BAŞ VERİB: Şəhid anası nələri iddia edir...
DİA.AZ: - Sosial şəbəkələrdə Daşkəsənin Dəstafur kənd sakini, şəhid anası Sevda Şıxıyevanın rayon icra hakimiyyətinin Dəstafur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova tərəfindən döyülməsi barədə iddialar yayılıb. DİA.AZ xəbər verir ki, bu barədə “Report” məlumat yaymışdı.

Xəbərdə iddia olunurdu ki, “Baku TV, APA TV və “Space”in əməkdaşları hadisənin təfərrüatını araşdırdıqda hadisənin söylənilənlərin tam fərqli olduğu, şəhid anasının icra nümayəndəsini və qohumu Daşqın Cəfərovu döydüyü məlum olub. Baku TV-nin əməkdaşı Nazir Quliyev “Report”a bildirib ki, o həmkarları ilə hadisənin təfərrüatını araşdırıb. Media mənsubları əvvəlcə şəhid anasının xəsarət yetirdiyi və hazırda Gəncə şəhərindəki xəstəxanalarda müalicə edilən icra nümayəndəsi və qohumu ilə görüşüblər. İcra nümayəndəsi jurnalistlərə hadisə barədə ətraflı məlumat verib. Jurnalistlər bundan sonra hadisənin mahiyyətini ətraflı araşdırmaq üçün Daşkəsənin Dəstafur kəndinə gediblər. Lakin şəhidin anası “Space” telekanalının və APA TV-nin əməkdaşlarını hədələyib: “O, oğluna evin qapısını bağlayaraq bizi çölə buraxmamağı tapşırdı və görüntüləri tələb etdi. Biz ondan müsahibə almaq istədikdə qadın bundan imtina etdi”.

APA TV-nin jurnalisti Fuad Nazimoğlu da bildirib ki, şəhidin ailə üzvləri onların evdən çıxmasına mane olublar: “Şəhidin ailə üzvləri, o cümlədən əri və oğlu qapını bağlayaraq bizi çölə buraxmadılar. Buna görə, bir neçə saat həyətdə qalmalı olduq. Şəhidin anası tələb etdi ki, mən görüntüləri lentə aldığımız videokameranın yaddaş kartını qırım. Yalnız videokameranın yaddaş kartını qırdıqdan sonra şəhidin ailə üzvləri bizi buraxdılar”.

Onu da qeyd edək ki, bu olay geniş rezonans doğurub və demokratik.az saytı da Daşkəsənin Dəstəfur kəndində yaşayan şəhid anası Şıxıyeva Sevda İsrəfil qızı ilə kəndin icra nümayəndəsi Cəfərova Lalə Rafail qızı arasında son 1 ildə yaşanan münaqişə barəsində ilginc iddialar səsləndirib.

DİA.AZ olaraq demokratik az-ın araşdırmasını təqdim edirik:

"Dünən (srağagün -diaaz.space) xanım məmur və yaxınları kənddə bir araya gələrək şəhid anasına hücum ediblər. İki tərəf arasında yaşanan arzuedilməz fiziki zorakılıq nəticəsində şəhid anası da daxil, bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Davaya rayon polis şöbəsinin əməkdaşları da cəlb edilib.

Hadisənin sonunda şəhid anasının verdiyi açıqlamaya görə, onu bir qrup şəxs döyüb və bu tapşırığın icrasında Lalə Cəfərova da şəxsən iştirak edib. Hadisənin baş vermə səbəbi birmənalı açıqlanmasa da, aydın olur ki, ortaya düşmənçilik toxumu səpilib. Şəhid anası qarşı tərəfi şəhid oğluna sayğısızlıqda, kəndin yeganə şəhidinin dəfnində belə iştirak etməməkdə və digər qanunsuz əməllərdə suçlayır, əri bələdiyyə sədri, özü də icra nümayəndəsi olan şəxslərin kənddən çıxıb getməsini arzulayır.

Digər tərəf isə rayonun icra başçısı Əhəd Abıyevin yarıtmaz idarəetmə metodlarına sığınaraq olayı siyasiləşdirməyə, şəhid ailəsinə qarşı aqressiyaya və "ifşaedici" manevrlərə cəhdlər edirlər. Bu isə münaqişəni süni şəkildə dərinləşdirir, konfliktin uzanmasına əsaslar yaradır.

Daşkəsən icra hakimiyyətinin adından indiyədək yayılan açıqlamalar da məhz şəhid anasının incik ruhuna sus səpməyə, övlad itkisinə səbr diləməyə, onun şikayətlərinə hüzur gətirməyə deyil, sanki onu qızışdırmağa, siyasiləşdirməyə yönəlib desək yanılmarıq.

Daşkəsən İHB-nin açıqlamasından SİTAT: "Sevda Şıxıyevanı bacısı oğlu, Daşkəsən rayon Muşavaq kənd sakini, dövlət çevrilişi ilə bağlı təqsirləndirilərək 13 il həbs cəzası çəkən Məmmədov Asif Rəcəb oğlu öyrədərək, ona müxtəlif tapşırıqlar verir. Sevda Şıxıyeva da şəhid anası adından istifadə edərək Daşkəsən rayonunun Dəstəfur kəndində qarşıdurma yaradır"-sitatın sonu...

Göründüyü kimi, icra hakimiyyəti və şəxsən Əhəd Abıyev ilk başdan adıkeçən şəhid anasına qarşı qeyri-adekvat mövqedə dayanmaqla, hətta şəhidin ailəsində baş verən bir sıra şəxsi məlumatları da şikayətçinin əleyhinə şantaj kimi istifadə etməklə vətəndaş-məmur münasibətlərindəki uçurumu, anlaşılmazlığı bir az da dərinləşdirir, məqsədli intiriqa yaradır.

Bu fakt da göstərir ki, Əhəd Abıyev Daşkəsəndə özünü prezidentin səlahiyyətli nümayəndəsi adına yaraşan şəxsiyyət kimi deyil, daha çox uğursuz intirant siyasətçi kimi aparır. Bir şəhid anasını anlamayan, dinləməyən və dərdinə dinclik gətirə bilməyən birinin əslində eyni rayonda 10 ildir ki, icra başçısı işləməsi bütün Daşkəsənlilər üçün rəzalətdir.

Vətəndaşlarla ünsiyyətdə səmimi ola bilməyən biri əgər oğlunu şəhid vermiş bir ananın fəryadında da siyasi motiv axtarıb tapırsa, problemi həll etmək əvəzinə məmurunu savunub biçarə vətəndaşın üstünə yeriyirsə..."

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru