Simonyan Belarus XİN-in etiraz notasından danışıb: .....                     ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib .....                     Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! .....                     Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur .....                     Nazir sabiq müşavirini lisey direktoru təyin etdi .....                     FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir .....                     Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında .....                     Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     İlqar Bayramlı vərəm faktını niyə gizlədir? .....                     Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə .....                     Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib .....                     Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? .....                     Meloninin Bakıdan İran mesajı .....                     Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər .....                     Sirkə turşusu içən "estetik" həkimin .....                     Qarabağ ermənisinə Rusiya pasportu verildi .....                     “Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu .....                     Dostunun məhkəməsinə gəldi, özü həbs edildi .....                     Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... .....                     Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi .....                     Muzdlu lobbiçinin “ekspert rəyləri” .....                     Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? .....                     Yeni sahibkar kimləri işdən çıxara bilər? .....                     “Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır .....                     Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi .....                     Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə .....                     "Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." .....                     Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya .....                     “Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? .....                     Eldar Əzizov rəisi işdən çıxardı .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq .....                     “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur .....                     Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı .....                     Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir .....                     “Mehdiyev işi”ndə yeni gəlişmə .....                     "Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır .....                     Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir .....                 

Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ
Tarix: 23-11-2020, 11:14 | Çap et
Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ
Fransanın məşhur “Le-Figaro” nəşri dünya miqyaslı tanınmış sənətkarların bir neçəsinın Qarabağda separatçılığı dəstəkləyən fikirlərini çap edib. Onların arasında violonçel ifaçısı Yo YO Maya da var.

Azərbaycanın xalq artisti, UNESCO Beynəlxalq Musiqi Mükafatı laureatı, xanəndə Alim Qasımov 10 il ərzində “İpək yolu” layihəsi çərçivəsində əməkdaşlıq etdiyi dünya şöhrətli violonçel ifaçısı Yo Yo Maya açıq məktub yazıb. Lent.az məktubun mətnini təqdim edir:

"Cənab Ma!

Azərbaycandan sizə salam və sayqılarımı ünvanlayaraq bildirmək istəyirəm ki, müəllifi olduğunuz “İpək Yolu” layihəsi çərçivəsində 10 ildən artıq sürən faydalı əməkdaşlığımızı daim məmnunluq hissi ilə xatırlayır, yaradıcılığınızı diqqətlə izləyirəm.

Sosial şəbəkələrdə yayılan son çıxışlarınızdan birində erməni bəstəkarının əsərini ifa edərək sülhə çağırış etmənizin milliyətçi ünsürlər tərəfindən yanlış yozulmasına olduqca təəssüflənirəm. Belə hesab edirəm ki, dünyada sənəti ilə tanınan böyük simaların adlarından siyasi məqsədlərlə yararlanma halları yolverilməzdir.

Cənab Ma, əməkdaşlıq etdiyimiz illər ərzində sizin barış tərəfdarı olduğunuzun, irqçiliyə və millətçiliyə nifrət bəslədiyinizin şəxsən şahidiyəm. Bütün dünyada tanınan “İpək yolu” Ansamblında rus, ingilis, azərbaycanlı, yəhudi, amerikalı, çinli, hind və s . virtuoz ifaçıların heç bir ayrı-seçkilik qoyulmadan, səmimi dostluq şəraitində çalışdıqları hər kəsə, o cümlədən bu Ansamblla uzun illər birgə işləmək şərəfinə nail olmuş muğam qrupuma, mənə və qızım Fərqanə Qasımovaya açıq-aşkar bəllidir. Sanıram ki, əsərlərini ifa etdiyiniz Azərbaycan bəstəkarları Firəngiz Əlizadə və Cavanşir Quliyev də mənim bu fikirlərimlə şərikdirlər. Heyiflər olsun ki, yüksək mənalardan bixəbər olan, yalnız xırda maraqlarından çıxış edən insanlar bunu anlamırlar.

Elə məhz bu səbəbdən mənfur millətçilər Sizin son çıxışınızı Azərbaycana qarşı müharibə aparan Ermənistana tərəfdaşlıq aksiyası kimi təqdim edirlər. Bu informasiyanı yayanlar, gərək ki, “İpək yolu” Ansamblı ilə azərbaycanlı sənətçilərin 2008-ci ildən başlayaraq davam edən möhtəşəm “Leyli və Məcnun” layihəsini xatırlamırlar. Halbuki məhz bu layihə ilə ABŞ, Avropanın və Asiyanın ən nüfuzlu salonlarında konsertlər vermiş, islamofobiyanın geniş yayıldığı vaxtlarda İslam mədəniyyətinin incisi sayılan “Leyli və Məcnun” hekayəsi ilə sülh və sənət məramımızı birlikdə və açıq bəyan etmişdik. Qoy millətçilik xəstəliyinə tutulmuş kəslər anlasınlar ki, sənət cılız iddialardan çox üstündür və erməni bəstəkarının əsərini ifa edən Yo Yo Ma illər ərzində, ildə bir neçə dəfə dahi azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsərini violonçeldə sevə-sevə ifa edib. Buna əmin olmaq, layihənin miqyasını anlamaq üçün internetdə sadə bir axtarış vermək kifayətdir.

Cənab Ma! Sizinlə dəfələrlə qədim muğam sənəti haqqında söhbətlərimiz olub. Azərbaycan muğamının beşiyi olan Qarabağın, əsərlərini böyük məmnuniyyətlə ifa etdiyiniz Üzeyir Hacıbəyovun vətəni Şuşa şəhərinin 30 ildən bəri işğal altında olunduğundan yəqin ki, xəbərdarsınız. Bildiklərinizə yalnız bunu əlavə etmək istərdim: Azərbaycan Dövləti və Azərbaycan xalqı bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünü bərpa etdi. Erməni millətçilərinin, separatçıların iftiralarına rəğmən, bu Haqq və Həqiqət savaşı idi. Azərbaycanı terrorçu dövlət kimi təqdim edənlərin nə hüquqi, nə tarixi baxımdan heç bir əsası olmadığı kimi, müharibə cinayəti törədərək, cəbhə zonasından xeyli uzaqda, Gəncə, Bərdə, Tərtər şəhərlərində günahsız insanları- qadınları, körpələri gecə yatdıqları zaman raket və bombalarla qətlə yetirən cinayətkar erməni hakimiyyətinin də heç bir bəraəti yoxdur!

Bütün tərəqqipərvər bəşəriyyət bu fikirdədir ki, müharibələr insanlığa qarşı bir fitnədir. Bununla belə, indiki şəraitdə sülhsevər xalq olaraq, azərbaycanlıların yalnız təcavüzkara qarşı sivil sakinləri qorumaq və işğal olunmuş torpaqlarını yenidən qaytarmaqdan başqa məqsədi yoxdur. Əslində Azərbaycan xalqı beynəlxalq qurumların sənədlərdə təsdiqlədikləri müddəaları övladlarının qanı bahasına həyata keçirib. Qarabağ savaşını biz başlamadıq, amma dinc insanları doğma yurdlarından qovan, Xocalı soyqırımı kimi qətliamlar törədən, etnik təmizləmə aparıb azərbaycanlıları əvvəlcə Ermənistan, sonra isə Dağlıq Qarabağdakı dədə-baba yurdlarından zülmlə qovan, beynəlxalq qurumların qəbul etdikləri qətnamələrə, sülh çağırışlarına məhəl qoymayan, məsuliyyətsiz bəyanatlar verərək millətlər arasında nifaqı dərinləşdirən, terroru dəstəkləyən separatçı qüvvələr hökmən cəzalarını alacaqlar...

Və o zaman mən şəxsən Sizi böyük Azərbaycan korifeylərinin Vətəni olan Qarabağa, o cümlədən Üzeyir Hacıbəylinin Şuşadakı evinə dəvət edəcəyəm.

Müharibələr başlayır və bitir. Əbədi insani dəyərlər və sənət isə daim yaşayır. Elə buna görə də Sizin kimi böyük sənətkarın adının cılız insanların mənfur məqsədləri naminə hallanmasına əsla izn verməyəcəyəm".

Hörmətlə

Alim Qasımov.

Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Simonyan Belarus XİN-in etiraz notasından danışıb: - Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək
Bu gün, 13:19
ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib - TƏFƏRRÜAT
Bu gün, 13:12
Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar
Bu gün, 13:01
Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur - ŞƏRH
Bu gün, 12:54
Nazir sabiq müşavirini lisey direktoru təyin etdi - FOTO
Bu gün, 12:48
FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
Bu gün, 12:43
Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında
Bu gün, 12:27
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:19
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Bu gün, 12:17
Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə - VİDEO
Bu gün, 12:07
Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Bu gün, 11:56
Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? - İLGİNC
Bu gün, 11:44
Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Bu gün, 11:43
Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər
Bu gün, 11:36
Sirkə turşusu içən "estetik" həkimin SON DURUMU
Bu gün, 11:35
Qarabağ ermənisinə Rusiya pasportu verildi
Bu gün, 11:30
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Bu gün, 11:19
Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:12
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06
Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57
Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48
Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45
Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37
Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29
Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19
Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya nə qədər cəza verilib?
Bu gün, 10:18
“Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? - GÖZLƏNTİ
Bu gün, 10:12
Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 10:07
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 10:06
Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq - Melkonyan
Bu gün, 10:00
“Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - SİYAHI
Bu gün, 09:56
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Bu gün, 09:53
Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 09:49
Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir - GƏLİŞMƏ
Bu gün, 09:41
“Mehdiyev işi”ndə yeni gəlişmə - TƏFƏRRÜAT
Bu gün, 09:40
"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:29
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
"İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00
ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42
Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru