FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir .....                     Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında .....                     Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     İlqar Bayramlı vərəm faktını niyə gizlədir? .....                     Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə .....                     Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib .....                     Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? .....                     Meloninin Bakıdan İran mesajı .....                     Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər .....                     Sirkə turşusu içən "estetik" həkimin .....                     Qarabağ ermənisinə Rusiya pasportu verildi .....                     “Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu .....                     Dostunun məhkəməsinə gəldi, özü həbs edildi .....                     Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... .....                     Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi .....                     Muzdlu lobbiçinin “ekspert rəyləri” .....                     Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? .....                     Yeni sahibkar kimləri işdən çıxara bilər? .....                     “Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır .....                     Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi .....                     Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə .....                     "Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." .....                     Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya .....                     “Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? .....                     Eldar Əzizov rəisi işdən çıxardı .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq .....                     “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur .....                     Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı .....                     Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir .....                     “Mehdiyev işi”ndə yeni gəlişmə .....                     "Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır .....                     Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir .....                     Rusiya artıq müharibəni uduzub, çünki Putin... .....                     "İlhamə Novruzova bizi boğaza yığıb..." .....                     ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər .....                     Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi .....                     Naxçıvanda Milyonluq tender təxirə salındı .....                 

"Arif Alışanovun həmin sözünə görə o gün-bu gün, AzTV kanalına çıxmıram..."
Tarix: 26-11-2020, 11:54 | Çap et
"Arif Alışanovun həmin sözünə görə o gün-bu gün, AzTV kanalına çıxmıram..."
DİA.AZ xalq aristi Ağadadaş Ağayevin Teleqraf.com-a müsahibəsinin ikinci hissəsini təqdim edir:

- Ağadadaş müəllim, Cəlilabad rayonunda doğulmusuz. Bakıya gəlişiniz necə oldu?

- Yeddinci sinifdə oxuyurdum, həmişə oxumağa gizli yer axtarırdım. Çox utancaq idim. Məktəbdən hamı gedəndən sonra qapıları bağlayıb oxuyurdum ki, eşidən olmasın. Bir dəfə məktəbdə "Sona bülbüllər" mahnısını oxuyanda riyaziyyat müəllimim təsadüfən eşitdi və otağa daxil oldu. Onun musiqi duyumu güclü idi. Ondan sonra Sərdar müəllim məni musiqiyə yönləndirdi. Mənim bu sahəyə gəlişim yeddinci sinifdən başladı.

Asəf Zeynallı adına Musiqi kollecinə daxil olmaq üçün gələndə gecikmişdim, sonra Pedaqoji Universitetin Fizika və texnologiya fakültəsinə daxil oldum. Musiqini çox sevirdim. İlk kasetim 1981-ci ildə işıq üzü gördü və və beş il sonra efirə çıxdım.

- Azərbaycan dövlət televiziyasında altı il aparıcılıq etmisiniz. Amma son illərdə AzTV-ə çıxmırsınız. Buna səbəb nədir?

- AzTV mənim həyatımın böyük bir dəyəridir. Bu televiziyanı çox sevirəm, çünki dövlətimin kanalıdır. Professor Nizami Xudiyev AzTV-də sədr olan zaman proqramım yayımlanırdı. Əslində, mənim insanların arasında bölgü aparmaq, şəxsiyyətləri qarşı-qarşıya qoymaq kimi xarakterim yoxdur. Bundan söhbəti gedə bilməz. Amma haqsızlıq görəndə orada durmuram, başım nə bəlaya düşərsə, düşsün.

Arif Alışanov AzTV-də sədr oldu və bir gün məni çağırdı ki, verilişinin saatını artıraq, tələbat çoxdur. Dedim, Arif müəllim, necə istəyirsiniz... Sonra başladı ki, dostun da getdi... Ona dedim ki, sözünüzü yiyəsinin üzünə deyin, mənim yanımda danışmayın. Ondan sonra verilişi dayandırdım. O gün-bu gün, AzTV kanalına çıxmıram.

Amma artıq Arif Alışanov yoxdur. Əslində, o dövrdə də dövlət tədbirlərinə qatılırdım. Tədbiri AzTV çəkir deyə getməmək kimi hal olmayıb. Amma Arif Alışanov sədr olan dövrdə AzTV-nin qapısından içəri girmirdim, heç kim də məni oraya apara bilmədi. Bu dəqiqə qapılar açıqdır, çoxlu zəng edirlər.

- Hər halda telekanallara çıxmırsınız. Buna səbəb nədir?

- Düzdür, televiziyalara çox çıxmıram. Amma bir neçə verilişə çəkilmişəm, yaxın günlərdə təqdim ediləcək. Hazırda ölkəmizdə bayramdır. Eləcə də bəzi verilişlər yavaş-yavaş səviyyəsini qaldırır. Mən təklif alanda verilişin səviyyəsinə, mövzusuna baxıram. Xalqa heç bir faydası olmayan verilişlər var, orada iştirak etməyəndə daha rahat oluram.

- Xəzər Televiziyasına xalq artisti Murad Dadaşov rəhbər təyin edildi. Ümumiyyətlə, bir neçə kanallarımızda vəziyyət düzəlir...

- Bəli, görürsünüz, fərqi hiss edirsiniz. Murad Dadaşova hörmətim böyükdür və inanıram ki, o, telekanalın reytinqini artıracaq.

- İTV kanalından aparıcılıq təklif edilsə, qəbul edərsinizmi?

- Bəli, İctimai televiziyadan təklif gəlsə, dəyərləndirərəm. Çünki o televiziyanı da çox sevirəm. O kanalda Azərbaycan millətinə hörmət, dəyərlərimizə diqqət var. Şou orada ən axırıncı plandadır. Şou da miqyasında olmalıdır. Bəzi verilişlərə baxırsan, qonaq sanki çayxanada oturub danışır.

Onu da deyim ki, bəzi müğənnilərimiz dahilərimiz haqqında mahnı oxuyurlar. Baxırsan ki, bu müğənnini heç kim tanımır. Sənin nə həddin var, bu mahnını oxuyursan?! Axı sənin səsin bu mahnıya uyğun deyil. İkincisi, şəxsiyyətlər haqqında mahnı oxuyan müğənninin də şəxsiyyəti olmalıdır. Belə mahnını səs tembrı, mahnıya münasibəti, xarakteri və obrazı yaşaya və anlaya bilən oxumalıdır. Hər yerindən duran hərbi geyim geyinir və oxuyur. Belə olmaz.

Keçmişdə bu tip mahnıları ancaq bariton səsə sahib olanlar oxuyardı. Bu gün o balans pozulub. İnşallah, bu qələbədən sonra həyatımızın bütün sahələrində tərəqqi olacaq. Azərbaycanı böyük inkişaf gözləyir.

- Eşitdik, Şuşada tarixi muzey açacaqsınız.

- Xeyr, mənim belə bir ideyam yoxdur. Amma böyük çıxmasın, tarixi muzey açılsa, çox sevdiyim antik əşyalarımı oraya təqdim edəcəm. Mənim çoxlu antik əşyalarım var. Məsələn, düyü dəyirmanım var, 250 yaşı olan küpüm var. Kolleksiya yığıram. Regionlarımıza gedərkən antik əşyaları gördümsə, gətirirəm. Muzey olsa, ən çox sevdiyim antik əşyalarımı təqdim etməyə hazıram.

- Dağlıq Qarabağda ev almaq, obyekt açmaq fikriniz varmı?

- Obyekt açmaq yox, amma yay tətillərimi ailəmlə birlikdə Şuşada keçirmək istəyirəm.

- Sonuncu dəfə Qarabağda nə zaman olmusunuz?

- Mən daim cəbhəyanı ərazilərdə olmuşam, konsertlər vermişəm. İki il əvvəl Horadizə getdim və orada 200-dən uşağa kiçik toy etdim. Sonra da konsert verdim. Eləcə də bütün hərbi hissələrdə konsert vermişəm.

- Müəllim kimi fəaliyyət göstərmisinizmi?

- Doğulduğum Hasıllı kəndində yeddi il müəllim işlədim. Vaxtıilə məktəbdə məni küncdə saxlayan müəllimlərimlə birlikdə jurnal götürüb sinfə daxil olurdum (gülür).

- Ali məktəbi bitirən kimi rayona getdiniz?

- Mən hərbi xidmətə getmədim, o vaxt sovet hökuməti idi. Adətən, azərbaycanlıları Sibirə göndərirdilər, ora getsəydim, səsim batardı. Müəllim işləməyimin də səbəbi bu idi. 27 yaşa qədər kənddə müəllim işləyəni əsgərliyə aparmırdılar. 27 yaşım tamam olan kimi Filarmoniyaya solist gətirdilər. Çox təzadlı həyatım olub. Sonra Mədəniyyət və İncəsənət Universitetini bitirdim.

- Ustadınız olubmu?

- Mənə xüsusi dərs deyən müəllimim olmayıb. Amma Sabir Mirzəyevi özümə müəllim bilmişəm. Gənclik illərimdə onun oxuduğu Çahargahı eynilə təqlid edirdim. Sonra gördüm ki, bəhrələnmək olar, təqlid etmək yox. Kişi odur ki, şöhrəti və pulu daşıya bilsin, baş gicəllənməsi olmasın. Bilmirəm bu günə qədər bunun öhdəsindən gəlmişəm, ya yox. Amma deyilənə görə vəziyyət pis deyil...

- Ağadadaş Ağayev deyəndə imkanlı müğənni kimi yada düşürsünüz. Obyektiniz də var...

- Allaha qurban olum, heç vaxt sıxıntı yaşamamışam. Allahım ruzimi verir. Mənə elə gəlir, Allah da bilir ki, mən onu dəhşətli dərəcədə sevirəm. Allaha çox bağlı insanam. Həyatımda ağır günlərimdə belə Allahıma naşükürlük etməmişəm. Çox ağır günlər, imtahanlar yaşamışam. Həyatımın ən ağır günləri 1999-cu ildə başladı, 2016-cı ilə qədər davam etdi.

- Hansı çətin günlərdən, imtahanlardan keçdiniz ki?..

- Övladım və ailəmizdə xəstələr oldu. Övladımı bütün dünyada gəzdirdim, 12 dəfə əməliyyat olundu. Hər əməliyyatda ölüb yenidən dirilmişəm. Aylarla Almaniyada qalırdım. Qızım bir gecədə səkkiz-on dəfə özündən gedirdi. Həmişə deyirdim ki, Allahım, qızım yeriməsin, amma özündən getməsin. Rəbbim onu da mükafatlandırdı. Dərmanını tapa bilmirdik, şükür Allaha, indi tapılır.

Bu gün danışır, mənimlə istədiyi vaxt mahnı oxuyur. Hər ağır günün daha ağırları var. Qızımı Türkiyədə xəstəxanaya aparanda görürdüm ki, daha ağır xəstələr var. Hər zaman şükür edə-edə yaşamışam. İnsanları çox sevirəm. Ümumiyyətlə, insanlara kömək etməyi sevirəm...

- Oğlanlarınızla birlikdə yaşayırsınız?

- Xeyr, Allaha şükür, oğlanlarımın hamısı ayrı yaşayır. Hər birinin evi, balaları var. Üçü evli, biri subaydır. Allah hər ataya belə övladlar nəsib etsin! Hamısı dövlət məmurudur. Oğlumun ikisi Fövqəladə Hallar Nazirliyində, biri hərbçi, biri isə Asan Xidmətdə çalışır.

- Adınızı daşıyan nəvəniz varmı?

- Bəli, kiçik Ağadadaşım da var. Mənim ona yazığım gəlir (gülümsəyir). Eyni ilə mənim uşaqlığımdır. Deyirəm ki, bizim nəsildə mənim yaşadıqlarımı buna yaşadacaqlar. Çünki eynilə mənim xasiyyətimdir.

- Kiçik Ağadadaşın sənətinizi davam etdirməsini istəyərsinizmi?

- Bir oğlumu dörd-beş il hazırladım, mənimlə toy mərasimlərinə də gedirdi. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşdır. İşin içinə girdi və dedi ki, mən burada qala bilmərəm. Hamısının yaxşı səsi var, amma keçdiyim yollara baxıram və əziyyət çəkmələrinə dözə bilmirəm. Bizim sənətimiz çox ağır sahədir.

- Pandemiya dövrünü necə keçirirsiniz?

- Şükür Allaha, hər şey qaydasındadır, ailəmizdə, nəslimizdə salamatçılıqdır. Onsuz da ömrü boyu karantində yaşayan adamam. Bütün qaydalara riayət edirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
Bu gün, 12:43
Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında
Bu gün, 12:27
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:19
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Bu gün, 12:17
Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə - VİDEO
Bu gün, 12:07
Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Bu gün, 11:56
Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? - İLGİNC
Bu gün, 11:44
Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Bu gün, 11:43
Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər
Bu gün, 11:36
Sirkə turşusu içən "estetik" həkimin SON DURUMU
Bu gün, 11:35
Qarabağ ermənisinə Rusiya pasportu verildi
Bu gün, 11:30
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Bu gün, 11:19
Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:12
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06
Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57
Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48
Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45
Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37
Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29
Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19
Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya nə qədər cəza verilib?
Bu gün, 10:18
“Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? - GÖZLƏNTİ
Bu gün, 10:12
Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 10:07
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 10:06
Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq - Melkonyan
Bu gün, 10:00
“Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - SİYAHI
Bu gün, 09:56
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Bu gün, 09:53
Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 09:49
Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir - GƏLİŞMƏ
Bu gün, 09:41
“Mehdiyev işi”ndə yeni gəlişmə - TƏFƏRRÜAT
Bu gün, 09:40
"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:29
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
"İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00
ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42
Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru