Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                 

Telekanallarda rəhbərlər dəyişsə də, rəng dəyişmir - SƏBƏB
Tarix: 12-02-2021, 09:30 | Çap et
Telekanallarda rəhbərlər dəyişsə də, rəng dəyişmir
Bir neçə gün öncə “Space TV”nin rəhbəri Vaqif Mustafayevin vəzifəsindən azad olunması ümumi telekanallardakı vəziyyəti bir daha gündəmə gətirmiş oldu.

Bundan əvvəl də bir neçə həm özəl, həm də büdcədən maliyyələşən televiziyalarda rəhbər dəyişikliyi olmuşdu. Lakin müşahidələr onu göstərdi ki, televiziya rəhbərləri dəyişsə də, ümumi rəng dəyişməz olaraq qalır. Bəs telekanalları baxımlı etmək və cəmiyyətin əsas hissəsini, hətta narazı elektoratı da milli efirə bağlamaq üçün nələr dəyişməlidir?

Teletənqidçi Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Auditoriyanın bəyəndiyi, yaxşı televiziyanı ərsəyə gətirmək üçün 3 mühüm şərt var. Birincisi, əlbəttə ki, televiziya rəhbərliyində idarəçiliyi və yaradıcı menecmentliyi yaxşı bilən olmalıdır. Bu, çox ciddi məsələdir. İkincisi, televiziyanın yaxşı maliyyə mənbəyi, sərbəst bazardan gələn maliyyəsi olmalıdır və bu həm də çox şəffaf olmalıdır. Burada reklam və sairə nəzərdə tutulur. Üçüncüsü, şübhəsiz ki, televiziyanın yaradıcılıq səviyyəsi və peşəkar kadrları olmalıdır. Bu şərtlər birləşməyəndə əvvəlki iki faktorlar önəmli rol oynamır. Ona görə də məsələ əvvəldən yanlışdır, istər büdcədən maliyyələşən televiziyalara, istərsə də özəl kanallara rəhbər təyin olunanda. Bütün televiziyaların hamsının ali məqsədi auditoriyaya tamaşaçı cəlb etməkdir. Kommersiya televiziyaları pul qazanmağa uyğun gələn formatlar düşünməlidir. Bu formatlar özəl televiziyalara reklam gətirirsə, deməli, normal işləyə bilir. Lakin təəssüf ki, hazırda bir sıra özəl televiziyaların maliyyə mənbəyi heç də şəffaf deyil. Belə olan halda orada gedən maliyyə proseslərindən, kadr axınından, onların mənasını duymaq olmur. Amma ümumilikdə, necə etmək lazımdır ki, televiziya baxımlı olsun - bunun əsas şərti tamaşaçı auditoriyasının orta səviyyəsini tutmaq və ona uyğun verilişlər hazırlamaq vacibdir. Məsələn, Böyük Britaniya televiziya məkanlarına qoyulan əsas şərt auditoriyanı maarifləndirməkdir. BBC klassik ictimai televiziyadır. Lakin məsələn, 3-cü kanal və yaxud 4-cü kanal təsis olunanda onların da qarşısına mütləq şərt qoyulur ki, əsas məqsədləri auditoriyanı maarifləndirmək işi olmalıdır.

Maarifləndirmək deyəndə yazı lövhəsinin qarşısında durub, dərs keçməkdən söhbət getmir. Mahiyyətcə bütün verilişlərin məğzində, informativlik və faydalı məlumatların çatdırılması olmalıdır. Bunlar isə yoxdur. Televiziyalarda verilən məlumatlar birtərəflidir, təbliğatdır. Maarifçi proqramlar isə ümumiyyətlə, arxasında kommersiya dayandığına görə hədəfə çox təsir edə bilmir. Fikrimcə, düşünülmüş televiziya siyasəti olmalıdır ki, özəl televiziyalar bunu daşıya bilsinlər".

Qulu Məhərrəmli qeyd etdi ki, televiziyalarla bağlı çox ciddi məsələlərdən biri də kadr məsələsidir: “Son 10-15 ildir ki, parlaq jurnalistlərimizin sayı artmır. Auditoriyanın sevdiyi, özünün müstəqil düşüncəsi olan, persona səviyyəsinə qalxan jurnalislətlərimiz demək olar ki, çox azdır. Yaradıcılıq baxımından sərbəstliyin çox böyük önəmi var. Konkret olaraq, ”Space TV" uzun müddət nə işlə məşğul idi? Auditoriyaya təqdim etdiyi verilişlər yalnız köhnə hind filmləri, bayağı şoular idi. Bunlar auditoriyaya nə verir? Biz verilişlərə tələb qoyanda bunun auditoriya üçün faydalı olmasını, yəni əmsalının yüksək olmasını nəzərdə tuturuq. Məncə, elə maraqlı verilişlər hazırlamaq olar ki, auditoriyanın diqqətini cəlb edər.

Hazırda bizdə “Youtube”da yayımlanan internet televiziyalarının bumu yaşanır. Adətən bu cür televiziyalarda əyləncə proqramları olmur. Burada yalnız söhbətlər, ölkəiçi problemlər, Qarabağla bağlı, korrupsiya əleyhinə və yaxud milli-mənəvi məsələlərin müzakirəsi olur. Deməli, bu söhbətləri böyük ekranda da etmək olar. Amma bunun çox ağıllı, düşünülmüş formatını tapmaq lazımdır. Yəni bayağılıqdan uzaq, auditoriyanın “ürəyindən tikan çıxaran” verilişlər, söhbətlər, diskussiyalar, debatlar olsun ki, auditoriyanı maraqlandıra bilsin. Bu baxımdan bizim cəmiyyətin səviyyəsinin aşağı olması ilə bağlı iddialarla razılaşmıram. Yəni biz cəmiyyəti hansı qida ilə böyüdürüksə, insanlar da o qidanın məhsulu kimi ortaya çıxır".

Qulu Məhərrəmli son dövrlərdə televiziyalarda şou tipli proqramların çəkisinin artmasından da söz açıb: “Son dövrlərdə şoular Azərbaycan televiziyalarında o dərəcədə böyük çəkiyə malik idi ki, artıq oxumuş tələbə, müəllim, həkimlər şounun içərisində əriyib gedirdi. Halbuki onlardan biri cəmiyyətini ruhunu, digəri isə onun sağlamlığını qoruyan təbəqədir. Amma baxırıq ki, onlar da şou üzərində köklənirlər. Həyatın özü qədər ekran da əlvan olmalıdır. Biz tamaşaçı auditoriyasının arxasınca sürünməli, onun aşağı zövqlü hissəsinə uyğunlaşmalı deyilik. Bəlli standartlar, hansı ki, onların bəziləri qanunla müəyyənləşib, onların təbliğinə və tələbinə uyğunlaşdırmalıyıq. Yaxşı keyfiyyətli şoular, maraqlı informasiyalar, yaxşı debatlar, diskussiyalar, cəmiyyəti düşündürən problemləri qaldırmaqla biz auditoriyanın diqqətini özümüzə cəlb edə bilərik”.

Tanınmış jurnalist Elçin Şıxlı isə bunları dedi: “Əlbəttə ki, özəl kanalların təsisçiləri var və rəhbərliyə kimin gətirilməsi onlardan asılıdır. Yəni təsisçi işini normal görmək istəyirsə, rəhbərliyə televiziyadan anlayışı olan adam qoymalıdır.

Beləliklə, özəl kanallarda bu dəyişikliyi qiymətləndirmək istəmirəm, bu mənada ki, özəl kanalların “öz əli, öz başıdır”. Söhbət əgər dövlət büdcəsindən maliyyələşən kanallardan gedərsə, bu zaman nəsə fikir demək olar. Bəli, müşahidə edirik ki, kanalların rəhbərləri dəyişir, amma rəng yerində qalır, çünki yanaşma tamamilə dəyişməlidir. Yəni söhbət insanların dəyişməsindən getmir. Adətən məktəbdə riyaziyyatdan öyrənirik ki, “toplananların yerini dəyişəndə, cəm dəyişmir”. Biz cəmi dəyişməliyik, toplananların yerini deyil. Ümumiyyətlə, indi jurnalistikaya münasibət, ona yanaşma düzgün deyil. Biz bu yanaşmanı düzəltməliyik. Əlbəttə ki, şəxslərdən müəyyən məsələlər asılıdır. Amma ümumi istiqamət düzgün olmayanda kimi gətirib “Space TV”yə qoysan, eyni nəticə olacaq. Yəni istiqamət dəyişməlidir. Həmçinin qeyd etdiyim kimi, jurnalistikaya və informasiyaya münasibət dəyişməli, azad sözə daha çox yer verilməlidir ki, insanlar həqiqəti, həqiqi informasiyanı başqa yerlərdə axtarmasın. Yəni peşəkarlardan almalı olduqları informasiyaları ala bilmədikdə tamaşaçı, izləyici, oxucu qeyri-peşəkarların ötürdüyü informasiyalara yönlənir. Bu zaman istənilən mənfi məqamlar ortaya çıxa bilir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru