Vladimir Putinin təhlükəsizliyi ciddi şəkildə gücləndirilib.
Bakupost.az “CNN International”a istinadən xəbər verir ki, buna səbəb kimi artan sui-qəsd və çevriliş ehtimalları göstərilir. Məlumata əsasən, prezidentə yaxın şəxslərə nəzarət artırılıb, evlərinə müşahidə sistemləri quraşdırılıb. Onların ictimai nəqliyyatdan istifadəsi belə qadağan olunub.
Hazırda isə Kremlə girişlər iki mərhələli yoxlamadan keçirilir. Yüksək vəzifəli şəxslər interneti olmayan telefonlardan istifadə edir. Bu tədbirlərin 2025-ci ilin dekabrında rus generalının öldürülməsindən sonra sürətləndirildiyi bildirilir.
Məlumata görə, Putinin səfərləri kəskin şəkildə azaldılıb. Ölkə başçısının bir çox çıxışlarının belə əvvəlcədən yazıldığı iddia olunur.
Kremlin sözçüsü Dmitry Peskov təhlükəsizlik tədbirlərinin gücləndirildiyini təsdiqləsə də, bu tədbirlərin nədən ibarət olduğunu açıqlamayıb.









