“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

"Plastik əməliyyat etdirən aparıcının efirdə nə işi var?"
Tarix: 15-02-2021, 09:16 | Çap et
"Plastik əməliyyat etdirən aparıcının efirdə nə işi var?"
Uşaqlığımız onun aparıcısı olduğu verilişlərə baxmaqla keçib. Milli radiomuzun və televiziyamızın əvəzolunmaz diktoru Ofeliya Sənani ilə ötən əsrin ortalarına qiyabi səyahət etdik. Xanım-xatınlığı ilə insanların sevgisini qazanan diktorumuz sənətə gəlişindən, sənət fəaliyyəti dövründə başına gələn hadisələrdən Sputnik Azərbaycan-a danışdı:

"Hələ 4 yaşım var idi. Radioda xəbərləri həvəslə dinləyirdim. Hələ onda televiziya yaranmamışdı. Fatma Cabbarova, Gültəkin Cabbarlı, Südabə Manafova idi diktorlar. Bu qadınların səsi məni radioya bağladı. Mətn oxumağı o qədər sevirdim ki. Mənim oxumaq səsim də çox yaxşı idi. Atamın da çox yaxşı olub. Stalinin dövründə Moskvada qurultay olub. Atam da filarmoniyada işləyirmiş. Atamı aparıblar qurultaya. Onun ifasından sonra Stalin yığıb işçiləri ki, bu oğlan filarmoniyalıq deyil, sizə əmr edirəm, onu operaya işə götürün. Gələn bayramda köməkçimə xəbər edərsiniz, mən sizi yenidən dinləyəcəm. Atam konsertdən gəlib əmimlə konsert təəssüratlarını bölüşəndə deyib ki, Stalin onu operaya məsləhət görüb. Əmim də deyib: "Necə?! Sən bığını qırxacaqsan? Arvad olacaqsan? Adımızı batıracaqsan? Çıx! Filarmoniyadan da çıx!". 1938-ci ildə həyat şərtləri daha ağır idi".

Atasına qoyulan qadağa sonradan Ofeliya xanıma da qoyulur: "Bizim bağımız var idi. Hamımız yığılardıq, atam, əmim, əmimin həyat yoldaşı və mən qoşulub mahnılar oxuyardıq. Bütün qonşular hasardan boylanıb bizə baxardı. Bir gün məktəbimizdə konsert oldu. Mən oxuyub bitirəndən sonra bir kişi yaxınlaşdı. Dedi "qızım, hansı məktəbdə oxuyursan?" Dedim "190 nömrəlidə". Dedi "sabah gəl konservatoriyaya, səni götürəcəm, notu öyrənəndən sonra oxumaq rahat olacaq. Səni məşhur müğənni edəcəm, bütün dünyanı gəzəcəksən". Sən demə, mənə yaxınlaşan adam Konservatoriyanın dekan müavini, muğam şöbəsinin müdiri imiş. 10-cu sinifdə oxuyurdum. 3 gün getdim ora. Mənə notları öyrədirdilər".

17 yaşlı məktəbli qızın musiqiyə olan həvəsinin qarşısını atası alır: "3-cü gün gördüm ki, atam Konservatoriyanın qabağında dayanıb, kəmərini də çıxarıb, hazır dayanıb ki, məni vursun. Dedim "ata, kəmərini belinə bağla, mən bura bir də gələn deyiləm. Bir halda ki, sən narazısan, sənin narazı olduğun işə mən getmərəm. Bəs niyə bağda oxutdurursan məni? Dedi "bağda yad adamlar yoxdu ki, hamısı doğmamızdı. Hansı sahəyə gedirsən get, amma müğənni olmayacaqsan".

Yeniyetmə qız ingilis dilinə həvəsi olsa da, radioya olan sevgisinin arxasınca gedir:

"Sonra ingilis dilinə həvəsim yarandı. Özü də çox yaxşı bilirdim. 10-cu sinifin sonlarına yaxın müsabiqə elan olundu. Sən demə, həmin vaxt Gültəkin Cabbarova və Züleyxa Hacıyeva analıq məzuniyyətinə çıxırmışlar. Bir gün məni məktəbdən şeirlər oxumaq üçün dəvət elədilər radioya. Soltan Nəcəfov mənə dedi ki, "qızım, sənin nə gözəl səsin var, işləyərsən bizdə?" Dedim əlbəttə, çox istəyirəm. Dedi "atana denən ki, nigaran qalmasın, gözümüz üstündə olacaq". Beləcə, mənim radio fəaliyyətim başladı".
"Əvvəllər balaca xəbərləri oxuyurdum, uşaqlar üçün verilişləri aparırdım. Sonra dedilər yox sən mütləq Universitet oxumalısan. Aydın Qaradağlı dedi "istəyirsən səni teatr instutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) qoyaq. Dedim yox, atam ora icazə verməz, arzum ingilis dili müəllimi olmaqdır. Qaradağlı dedi ki, "elə burada saxla. Bizə ingilisdilli diktor lazım deyil. Sən gedib orada deyəcəksən "one, two", burda da gəlib deyəcəksən "dəftər". "T" hərfini ingilislər kimi tələffüz edəcəksən. Radio diktorunun diksiyası pak olmalıdır"", - deyə O.Sənani əlavə edib.

Gələcəyin məşhur diktoru gecə-gündüz çalışıb filologiya fakültəsinə qəbul olunur: "Qərara gəldik ki, Filologiya fakultəsinə gedim. Həmin il gecə-gündüz çalışıb qəbul olundum. Köhnə univermağın yanında idi studiyamız. Bapbalaca studiyalar idi. Qəbul olunana qədər mən maaş almırdım. Amma çox xoşbəxt idim. Atam hər gecə saat 12-də gəlib aparırdı məni. Atamın radio işçilərinə böyük hörməti var idi deyə sərt təpki vermədi. Diktorluğu mənə Gültəkin Cabbarova öyrətdi".

Gördüyü hər işə sidq-ürəkdən bağlı olan Ofeliya xanım özünü aktrisa kimi də sınayıb. Öz rolunu o qədər ürəkdən oynayır ki, Xalq artisti Əli Zeynalov onu buna görə tənbeh edir:

"Bir dəfə Əli Zeynalovla Paula Messinin "Gəlin" adlı əsərində gəlini oynayırdım. Gəlinin də taleyi çox pis olur. Səhnələşməni ağlaya-ağlaya oxuyurdum. Studiyadan çıxanda Əli Zeynalov qayıtdı ki, "qızım, yaxşı ki sən aktrisa deyilsən, 35 yaşında infakt vura bilər. Ağlayanda ürəkdən ağlama, "aktyorski" ağla". Deyirdi, "sənin ürəyin aktyorlardan daha böyükdür, gəl sənə aktyorluğu öyrədim". Dedim, yox, mən ömürlük diktor qalacağam".
Artıq 16 il idi ki, radionun vazkeçilməz aparıcısı Ofeliya xanımı televiziyaya və dublaja dəvət edirlər: "Onlar da istəyirdilər ki, mən televiziyada işləyim. Deyirdim yox, atam mənə icazə verməz. Nəbi Xəzri deyirdi, "gec-tezi var, ay Ofeliya, nə vaxtsa televiziyaya gələcəksən". 16 il sonra məni güclə televiziyaya apardılar. Qurban Yusifzadənin dövründə həm radioda, həm də televiziyada aparıcı oldum. Sonra məni filmlərə, dublajlara dəvət elədilər, getdim. Dublajda həmişə bir dəfəyə səsimi yazırdılar. Saat 8-dən 2-ə qədər radioda olurdum, 2-dən sonra qaçırdım kinostudiyaya. Həmin dönəmdə Validə nişanlandım. Validin mənim üstümdə əziyyəti çox böyük olub. Mənə redaktəni öyrətdi. Mənim mətnlərimi redaktə etmədən efirə buraxmazdı".

Ofeliya Sənani Azərbaycanın görkəmli kino rejissoru və aktyoru Adil İskəndərovun onu filmə çəkmək istədiyini, lakin bundan imtina etdiyi deyib:

"Bir gün Adil İskəndərov mənə dedi ki, "qızım, sən nə vaxt İncəsənəti oxudun ki, mən səni heç vaxt görmədim". Dedim mən oranı bitirməmişəm. Dedi "axı hardandır səndə bu istedad? Sənin elədiyin dublyajlar "pervıy" kateqoriyalı deyil e, "vısşiy"dır. Elə bil onları sən oynamısan. Mən görürəm ki, sən bir dəfə yazırsan. Məəttəl qalmışam sənə. Gəl səni 30 filmə çəkim, qalsın arxivdə. Haçan efirə gedər, gedər". Dedim Adil müəllim, mənim 2 uşağım var, onları qoyub necə filmə çəkilim? Çatdırmaram. Bir filmə çəkilmişdim, dedilər səhər gedib axşam qayıdacaq. 3 gün meşədə qalmışdıq. Çünki, gün çıxmırdı. Həm də mənim radiodakı verilişlərim də hərəsi mənim bir balamdı".
Radiodakı "Biləyən" verlişini xatırladan diktor deyir ki, o verilişi yazmaq üçün bağdan şəhərin mərkəzinə gəlirmiş.

"9:15-də veriliş başlayırdı, mən 8:30-da işdə idim. Gəlib gördürdüm Sadıq Hüseynov məndən də qabaq gəlib. Sadıq müəllim deyirdi "ay balam, sən nə vaxt oyandın ki, gəlib çatmısan". Rusiyanın Yessentuki şəhərinə gedirdik. Həmin vaxt verilişlərim olurdu. Minirdim təyyarəyə, gəlib verlişi yazıb qayıdırdım. Uşaqları da tapşırırdım rus qonşularıma".

Xalq artisti deyir ki, indinin özündə televiziyaya getməyəndə, özünü yaxşı hiss eləmir. Amma telestudiyanın həyətinə girəndə hər şeyi unudur:

"Rövşən müəllim AzTV-yə gələndən sonra məni dəvət elədi ki, veriliş aparım. Həm də müəllim kimi çalışım, gənclərə kömək edim. Dedim mən ayağımı basmaram, ayağımı bassam, gedib qayıtmayacam. Mənim fiziki gücüm buna yetməz".

Ofeliya xanım çəkilişlərin birində insult keçirdiyini də deyib:

"1999-cu ildə "Gəl səhərim"verilişini aparırdım. Həmin veriliş Montində "Günəş" restoranında çəkilirdi. Bir gün avqust ayında gəldim efirə, gecə saat 12 olur veriliş bitmir. Mənim də böyrəklərimdə problem olduğuna görə, təyziqim qalxırdı. Səhərdən ac, susuz. Su da yoxdur ki, dərmanlarımı qəbul edim. Gecə saat 2-də rejissora dedim ki, özümü çox pis hiss edirəm. Sən demə mənim ağzım-burnum əyilibmiş. Demişəm ki, Validə zəng elə. Valid gəldi, məni apardı, sən demə insult keçirmişəm. Məni Respublika Xəstəxanasına yerləşdirdilər. Dedilər 3 günə filan ölər. Hər şeyi də eşidirəm. Dedim əşi cəhənnəm, uşaqlarım böyüyüb, rahat ölə bilərəm".
Həmsöhbətimiz Ulu öndər Heydər Əliyevin ona olan diqqətindən də danışdı: "Dedilər ölməsə, Moskvaya aparın. Məni Moskıvaya göndərdilər. Rəhmətlik Heydər Əliyev o verilişi çox sevirdi. Mən xəstə olan vaxt verilişi Yaşar Nuri aparırdı. Zəng edib Nizami Xuduyevə deyib ki, "Nizami, mən Yaşarı çox istiyirəm. Amma bu verilişi Ofeliya aparırdı. Hanı Ofeliya? Sənin bu köhnə diktorlarla olan konfiliktlərin bitmədi? Kin saxlayırsan? Ofeliya efirə çıxanda oturub verilişə baxıram. Bilirdi ki, Nizami bizi sevmirdi. Deyib ki, "cənab prezident, Ofeliya xanım Moskvadadır, xəstədir". Əliyev xəstə olduğumu biləndən sonra tapşırıq verib ki, mənə xüsusi diqqət ayırsın".

Xalq artisti AzTV-nin sabiq rəhbəri Nizami Xudiyevin onu və həmkarlarını televiziyadan didərgin salmasından da söhbət açıb:

"Nizami hamımızı pərən-pərən saldı. Şərqiyyə Hüseynova ANS-ə getdi, mənə də dedilər ki, sən də hansı kanala istəyirsən get. Dedim mən heç yerə gedə bilmərəm, burada Validin izi var. Məni keçirin kinoproqrama. Özüm aparım, özüm də yazım verilişi. Keçdim kinoproqrama. Yazıçı Firudin Ağayev "Cırtdan" kino zalını hazırladı. 2 ay sonra Firudin müəllim rəhmətə getdi. Baş redaktor Əhməd Aşurbəyli dedi ki, "bağlayaq verilişi?" Dedim yox, özüm yazaram".
İllərin aparıcısı müasir televiziya aparıcıları tənqid edərək deyib: "Radioya qulaq asa bilmirəm. Həddindən artıq bərbaddır vəziyyət. Radioda maraqlı heç nə yoxdur. Ancaq məişət söhbətləri edirlər. Maarifləndirici heç nə yoxdur. Televiziyalarımız da həmçinin. Aparıcı xəbəri reaksiyasız oxuyur. Sevincli xəbəri də, kədərli xəbəri də eyni tonda oxuyurlar. Tutaq ki, filan yerdə yanğın hadisəsi olub, ölən və yaralananlar var. Daha sonra keçir ikinci xəbərə, bu sevincli xəbərdir. Hər ikisini də eyni səs tonunda oxuyur. Hava haqqında məlumatı açıq-saçıq geyimdə verirlər. Qətiyyən doğru deyil. Son zamanlar yeni tendensiya çıxıb. Hamı plastik əməliyyatlar edir. Plastik əməliyyat etdirən aparıcının efirdə nə işi var? Ümumiyyətlə, aktyor, müğənni, aparıcı plastik əməliyyat etdirməməlidirlər. Onlar süni sifətlə hislərini necə çatdıracaqlar? Elə ona görə də bayağılıq baş alıb gedir".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru