"Deyəsən, Azərbaycana daha toy lazım deyil"
Tarix: 17-02-2021, 17:40 | Çap et
 "Nə edim? Sabah oğurluq etsəm, tutub basacaqlar içəri. Bütün ölkəyə də car çəkəcəklər ki, filan yerdə məşhur müğənni cinayət əməli törətdi. Bəs yaxşı, cinayət etməyim, nə ilə dolanım?”
Bu sözləri Yenisabah.az-a tanınmış meyxanaçı Samirə Yusifqızı deyib.
Söz ustadı SMS-lə icazələrin ləğvi, restoran və kafelərin açılması qərarından sonra toylara olan qadağanın hələ də qüvvədə olmasına kəskin etirazını bildirib: “Mən fikirləşirəm ki, deyəsən, Azərbaycana daha toy lazım deyil. Azərbaycana nə evlənmək, nə ərə getmək, nə də dünyaya uşaq gətirmək lazımdır. Mənə elə gəlir ki, daha bizim ölümüz də, dirimiz də olmalı deyil. Ölümüzü it ölüsü kimi aparıb qəbrə atmalıdırlar, dirimiz də ki, daha hörmətdən düşüb. Gələcək üçün, övladların dünyaya gəlməsi üçün toy mütləqdir. Avropada, Rusiyada, bütün dünyada toy var, olacaq da, bunu danmaq olmaz. Eybi yox, qoy az insanla olsun, şərtlərə əməl edilsin, amma toylar mütləq olmalıdır. Qız ərə gedir, arvad getmir ki, elə iki-üç nəfər yığışıb evdən onu ər evinə yollasın. Belə olmaz, camaat arzu-kamı var, evindən qız çıxarır, oğul evləndirir. Elə valideyn var ki, cəmi bir övladı var, istəyir ki, ona dəbdəbəli toy etsin, niyə etməməlidir?! Azərbaycanda bu gün hara baxsan, insanlar bir-birinin ağzının içindədir. Avtobuslarda insanlar qapıdan sallanırlar. Metroda qatarlarda məsafə ilə otururlar, bu olmaz, amma avtobuslarda bir-birinin ağzının içinə girmək olar? Restoranlarda 9-10 nəfər bir masada otururlar, yeyib içib, atlanıb-düşürlər, bu olar, amma şadlıq saraylarını açmaq olmaz? Niyə?! Bu hansı qanunda yazılıb?! Dünyanın heç yerində belə şey yoxdur. Belə çıxır ki, pandemiyanın ən çox yayılan yeri Azərbaycandır. Çində - pandemiyanı dünyaya yayan ölkədə belə normal həyat davam edir. Rusiyada insanlar toyunu da edir, məclis də keçirir, metroya da minir. Əgər bu xəstəlik varsa, onsuz da insanlar yoluxacaq, istər evdə olsun, istər çöldə, istər restoranda. Qoy xəstələnsinlər, sağalan da sağalsın. Xəstəliyi keçirib sağalanlar da həyatına davam etsin”.
O qeyd edib ki, şadlıq sarayları ölkə iqtisadiyyatında mühüm yer tutur v orada çalışan minlərlə insan işsiz qalıb:
“Belə eləməklə insanları yalnız stressə salırlar. Şəxsən mən özüm aylardır depressiv vəziyyətdəyəm. Həmkarlarımın çoxu bu vəziyyətdədir. Həmkarlarımla telefonla tez-tez əlaqə saxlayırıq, danışırıq. Mən ad çəkmək istəmirəm, bəzisi zəng edəndə Allahha and olsun ki, ağlayır. Deyir, Samirə xanım, saçımı-başımı qırxdırmağa belə pulum yoxdur. Biri deyir evimə ərzaq almağa pul tapmıram, biri qarajını satır, biri evini... Bu nə qədər davam edəcək?! Dünyada ölkəni tanıdan iki sənət var: idman və incəsənət. İdmançılarımızın idman zalları bağlanıb, sənətçilərin oxuduğu yerlər. Belə olmaz axı, bəs bu insanlar nə ilə dolansınlar? Heç olmasa, konpensasiya verilsin. Görün bir toyla nə qədər insan evinə çörək pulu aparır. Bu qədər insanı çörəksiz qoymaq olmaz axı. Biz bundan sonra hansı gələcəkdən danışa bilərik? Gələcəyimiz artıq şikəst olub, hamımız iflic olmuşuq. Müəyyən orqanlar icazə verməlidir ki, insanlar işləyib pul qazansınlar”.
S.Yusifqızı işsiz qaldığını, xərclərini necə ödəməli olduğu sualına cavab axtardığını deyib:
“Mən özüm heç yerdə işləmirəm, maaş almıram, təqaüd almıram, müavinət almıram, baxmalı olduğum 6 nəfərlik ailə var, yaxşı, bəs mən necə dolanım?! Nə edim? Sabah oğurluq etsəm, tutub basacaqlar içəri. Bütün ölkəyə də car çəkəcəklər ki, filan yerdə, məşhur müğənni cinayət əməli törətdi. Bəs yaxşı cinayət etməyim, nə ilə dolanım? Bu düzgündürmü? Sözlərimi kəskin deyirəm, onda da başlayırlar baltalamağa”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02 |
|
|
|
• Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59 |
|
|
|
• Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56 |
|
|
|
• Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40 |
|
|
|
• Araz Abdullayev evləndi
Bu gün, 10:34 |
|
|
|
• Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23 |
|
|
|
• SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58 |
|
|
|
• “Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55 |
|
|
|
• Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45 |
|
|
|
• Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39 |
|
|
|
• “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25 |
|
|
|
• Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15 |
|
|
|
• Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05 |
|
|
|
• İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56 |
|
|
|
• Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54 |
|
|
|
• Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08 |
|
|
|
• Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07 |
|
|
|
• Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05 |
|
|
|
• Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
• “Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58 |
|
|
|
• Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56 |
|
|
|
• Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48 |
|
|
|
• Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
• Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44 |
|
|
|
• Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi - TƏFƏRRÜAT
Bu gün, 06:42 |
|
|
|
• Şəkidə abadlıq işləri də BAMƏZƏDİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:40 |
|
|
|
• "Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"
Bu gün, 06:31 |
|
|
|
• Zəngəzur dəhlizi hamının işinə yarayır... - ÇÜNKİ...
Bu gün, 06:28 |
|
|
|
• Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
Bu gün, 06:22 |
|
|
|
• İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir – Azərbaycan da var
Bu gün, 06:19 |
|
|
|
• Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Dünən, 18:03 |
|
|
|
• İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Dünən, 17:55 |
|
|
|
• Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Dünən, 17:54 |
|
|
|
• Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Dünən, 17:52 |
|
|
|
• ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Dünən, 17:23 |
|
|
|
• DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Dünən, 17:18 |
|
|
|
• İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Dünən, 17:12 |
|
|
|
• ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Dünən, 17:07 |
|
|
|
• Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:01 |
|
|
|
• Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Dünən, 16:58 |
|
|
|
• Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Dünən, 16:44 |
|
|
|
• Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Dünən, 16:31 |
|
|
|
• Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Dünən, 16:27 |
|
|
|
• Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Dünən, 16:18 |
|
|
|
• TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 16:07 |
|
|
|
• AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Dünən, 16:05 |
|
|
|
• Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:39 |
|
|
|
• İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Dünən, 15:29 |
|
|
|
|