"Bu mənim ən böyük arzumdur, bu arzu ilə də yaşayıram"
Tarix: 16-03-2021, 08:46 | Çap et
 Xalq artisti, məşhur aktyor və müğənni Sərxan Sərxan Moderator.az-ın suallarını cavablandırıb. - Sərxan bəy, öncə sizi salamlayıram. Müsahibəyə görə təşəkkür edirəm. Hal-hazırda haradasız və pandemiya günlərini necə keçirirsiz? - Salam, əziz dostlarım! Mən düz bir ildir ki, Moskvadayam, bir il əvvəl martın 15-də mən Bakıdan Moskvaya yola çıxdım. 2-3 gündən sonra karantin elan etdilər və o vaxtdan burada qalmışam. - Gitara ilə dostluq etdiyinizə görə yəqin ki, digər insanlara nisbətən pandemiya günlərində darıxmazsız? - Çalışıram ki, darıxmayım. Bəli, gitara mənim ən yaxın dostumdur, evimdə səsyazma studiyası var. Öz yaradıcılıq fəaliyyətimi davam etdirirəm. Mahnılar oxuyuram, nəsə yaradıram. Hətta Moskvada bir neçə çıxışım da olub. Sənətçi üçün səhnə lazımlı şeydir. Müğənni səhnəsiz boğulur. - Siz Azərbaycanın ən yaraşıqlı sənətçilərindənsiz. Yaraşıqlı olmağınız sizə həyatda hansısa çətinliklər yaşadıbmı? - Yaraşıqlı olduğuma görə ata və anama təşəkkür etməliyəm. Aktyor yaraşıqlı olanda bu ona sənətində kömək edir. İnsan gərək çalışsın ki, daxildən də yaraşıqlı olsun. Daxili və xarici yaraşıq insanda harmoniya yaradır və onun yaradıcılığına kömək edir. Narahatçılıq nədən olub? O zaman pərəstişkarlarımın xoşlarına gəlirdim, əsas da onlar xanımlar idi. Həmin xanımların nişanlıları və sevdikləri insanlar qısqanırdılar və mənə tərs-tərs baxışlarla baxırdılar. - İllər sizi sanki heç dəyişməyib. Bu cür qalmağınızı nəyə borclusuz? - Hər zaman idmanla məşğul oluram, yeməyimə fikir verirəm. Əlbəttə ki, çox yemək olmaz. Çalışıram ki, təmiz havada çox vaxt keçirim. Burada yaxınlıqda Moskva çayı var, hər gün 2-3 saat o çayın sahillərinə gedirəm. - Həm aktyorsuz, həm də müğənni. Gələcəklə bağlı arzularınız hansı sənətinizlə bağlıdır? - Mənim üçün əsas musiqi fəaliyyətimdir. Ona görə ki, səhnə və tamaşaçı mənim həyatımda çox vacibdir. İndiki zamanda bir arzum var ki, pandemiya tez keçsin və məndə bir imkan yaransın ki, yenidən səhnəyə çıxıb konsert verim, Bakıya qayıdım, əziz pərəstişkarlarımın qarşısında çıxış edim. Bu mənim ən böyük arzumdur. Bu arzu ilə də yaşayıram. - Siz həm də “Musiqi müəllimi” filmində çəkilmisiz. - “Musiqi müəllimi” filminə çəkilməyə əvvəl etiraz etdim, daha sonra bəstəkar Tofiq Quliyev məni məcbur etdi ki, mütləq çəkilməlisən. Daha sonra ssenari xoşuma gəldi, orada aktyor kimi çəkilsəm də müğənni kimi də mahnılar ifa edirəm. - Xalq artisti Həmidə Ömərova da sizinlə həmin filmdə tərəf müqabili olub. - Bəli, Həmidə Ömərova orada Çinarə adı ilə mənim sevgili rolumu oynayıb. Hətta Həmidə Ömərovaya filmdə “Lizz Çinara” adlı mahnı da ithaf etmişəm. - Ömrünüzün hansı illərini unuda bilmirsiz? - 33 yaşım olanda ata oldum, qızım Kamilla dünyaya gəldi. 1985-ci ildə mən fəaliyyətimi Azərbaycanda davam etdirməyə başladım. Onda da mən Lenin komsomolu mükafatını aldım, daha sonra əməkdar artist fəxri adına layiq görüldüm. Hər dəfə ümumittifaq qastrol səfərlərinə gedib, ölkəmizi, musiqimizi təmsil edirdim. Bu illəri həyatımın ən parlaq illəri kimi qiymətləndirərdim. - O illərdə məşhurlaşan və indiyə qədər də sevilən mahnılarınızdan biri “Ay gecikən məhəbbətim” mahnısıdır. Məhəbbət sizin üçün nədir? - Məhəbbət arzudur. Əgər bu hiss səndə yaşamırsa demək ki, sən də yaşamırsan. Məhəbbət səndə yaşamağa, yaradıcılığa enerji verir. Məhəbbət təkcə sevmək deyil, bunu bir sözlə ifadə etmək mümkün deyil. Mənim üçün məhəbbət geniş anlamdadır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Bu gün, 18:03 |
|
|
|
• İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Bu gün, 17:55 |
|
|
|
• Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Bu gün, 17:54 |
|
|
|
• Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Bu gün, 17:52 |
|
|
|
• ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Bu gün, 17:23 |
|
|
|
• DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Bu gün, 17:18 |
|
|
|
• İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Bu gün, 17:12 |
|
|
|
• ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Bu gün, 17:07 |
|
|
|
• Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:01 |
|
|
|
• Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Bu gün, 16:58 |
|
|
|
• Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Bu gün, 16:44 |
|
|
|
• Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Bu gün, 16:31 |
|
|
|
• Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Bu gün, 16:27 |
|
|
|
• Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Bu gün, 16:18 |
|
|
|
• TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Bu gün, 16:07 |
|
|
|
• AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Bu gün, 16:05 |
|
|
|
• Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:39 |
|
|
|
• İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Bu gün, 15:29 |
|
|
|
• “Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Bu gün, 15:22 |
|
|
|
• İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Bu gün, 15:12 |
|
|
|
• "Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Bu gün, 15:08 |
|
|
|
• Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Bu gün, 14:57 |
|
|
|
• “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Bu gün, 14:52 |
|
|
|
• AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:48 |
|
|
|
• Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Bu gün, 14:40 |
|
|
|
• Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Bu gün, 14:35 |
|
|
|
• Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Bu gün, 14:32 |
|
|
|
• Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Bu gün, 13:40 |
|
|
|
• “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32 |
|
|
|
• “Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28 |
|
|
|
• Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24 |
|
|
|
• AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22 |
|
|
|
• Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15 |
|
|
|
• Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02 |
|
|
|
• “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48 |
|
|
|
• Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44 |
|
|
|
• “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
• "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12 |
|
|
|
• Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09 |
|
|
|
• Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04 |
|
|
|
• TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57 |
|
|
|
• Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53 |
|
|
|
• Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47 |
|
|
|
• Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28 |
|
|
|
• Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11 |
|
|
|
|