BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                     Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                     Məzuniyyət bitsə də, ödəniş verilməyib .....                 

"Həyatda düz-əməlli əxlaqı olmayan adamlar dərdini danışana əxlaq dərsi keçirlər" - PROBLEM
Tarix: 14-04-2021, 09:10 | Çap et
"Həyatda düz-əməlli əxlaqı olmayan adamlar dərdini danışana əxlaq dərsi keçirlər"
Bu gün ölkə telekanallarının böyük bir hissəsini sosial yönümlü verilişlər əhatə edir. Həmin verilişlərdə əsasən ailə-məişət mövzuları, kimlərinsə həyatları müzakirə olunur. Bəzən bu müzakirələr öz sərhədlərini aşır desək, heç də yanılmarıq. Ən acınacaqlısı da odur ki, həmin verilişlərə 7-dən 77-yə qədər hər kəs baxır. Hər gün evlərimizin "çağrılmamış qonaqlar"ı gələcək nəsillərin tərbiyəsinə necə təsir edə bilər? Sputnik Azərbaycan olaraq bu məsələni müzakirə etdik.

Media eksperti, professor Qulu Məhərrəmli deyir ki, əgər orada azyaşlılar üçün zərərli informasiyalar varsa, qəbul olunmuş qaydaya görə, onlar müəyyən rənglərdən istifadə etməli və yaş məhdudiyyətini göstərməlidirlər: "Həmin verilişlər daha çox reklam qazandıran verilişlərdir. Ona görə də barəsində danışdığımız verilişlər həmin saatlarda efirə gedirlər. Dünya təcrübəsində də bu var. Məsələn, "18+", "12+", "16+", "7+" kimi işarələr qoyulur ki, bu yaşlarda olan uşaqlar və yeniyetmələr baxmasınlar. Amma təəssüf ki, bizim telekanallar buna riayət eləmirlər. İkinci bir məqam - niyə bu tipdə verilişlər efirlərdə çox gedir".

Məhərrəmlinin dediyinə görə, indi həmin verilişlər nisbətən azalıb:

"İki il əvvəl bu tipli verilişlər hədsiz çox idi. Qeyri-normativ hərəkətlər çox idi. İnsan talelərini şouya çevirmək, ədəbdən kənar situasiyalar baş verirdi. Etikadan kənar mövzular qoyulurdu. Qismən azaldılsa da, hələ də qalıb. Bunlar televiziyalarımızın "qara yarası"dır. Bunu şüurlu şəkildə, bilərəkdən edirlər ki, guya bununla insanların diqqətini ciddi verilişlərdən, ciddi problemlərdən uzaqlaşdıracaqlar. Amma görünən odur ki, bu, olduqca yanlış yanaşmadır. Cəmiyyətə çox ciddi ziyan verən, yeniyetmələrin psixologiyasını pozan, ictimai əxlaqa mənfi təsir edən nəticələr var. Milli Televiziya və Radio Şurası (MTRŞ) da bununla bağlı tədbirlər görür, amma görünür ki, bu tədbirlər kifayət deyil. Televiziyaların qanunda müəyyən olunmuş məhdudiyyətlər var, onlar buna mütləq əməl etməlidirlər".
Psixoloq Aytən Ələkbərova bildirir ki, bu tipli verilişlər uşaqlar üçün olduqca zərərlidir: "Bəzən həmin verilişlərə uşaqlar öz dayələri, anaları və ya nənələri ilə birlikdə baxırlar. Bəzən onlar öz işlərini tez bitirib otururlar televizorun qarşısında ki, həmin verilişlərə baxsınlar. Orada baş verən hadisələr uşaqların, yeniyetmələrin psixologiyasına təsir edir. Bəzən valideynlər deyirlər ki, uşaqlar verdiyimiz tərbiyəyə uyğun yox, başqa cür hərəkət edirlər, danışırlar. Araşdıranda görürsən ki, həmin verilişlərdən qaynaqlanıblar. Oradakı "qəhrəmanlar" kimi danışırlar, onlara bənzəyirlər. Buna görə də azyaşlılar həmin saatlarda ekran başında olmamalıdırlar".

Psixoloq bildirir ki, həmin verilişlərin müsbət tərəfləri də var: "Bəzən yeniyetmələr həmin verilişə baxır və oradan nəticə çıxarırlar. Tutaq ki, oradakı "qəhrəman"ın səhvi nəticəsində başına bədbəxt hadisə gəlib. Eyni səhvi etməyə çalışan yeniyetmə yolundan çəkinir. Oradakı ekspertlərin – hüquqşünasların, psixoloqların, həkimlərin fikirlərindən yararlananlar da var. Mən özüm də bir sosial yönümlü verilişdə ekspert kimi iştirak etmişəm. Mən görürdüm ki, hansısa problemi olan şəxs o veriliş sayəsində öz dərdinə çarə tapıb".

Bir çox televiziyalarda rejissor kimi fəaliyyət göstərən rejissor Elçin Elxanlı bildirir ki, həmin verilişlərdə ciddi mövzular müzakirə olunsa, bu, yeniyetmə və uşaqlara mənfi təsir göstərməz: "Ötən əsrin 80-ci illərindən başlayaraq dünyada sosial yönümlü verilişlər yaradılmağa başlandı. Azərbaycanda isə 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində başladı. Sosial yönümlü verilişlərimizdə daha çox ailə-məişət mövzusu qabardıldığı üçün, daha çox əxlaqında problem olan insanların həyatları müzakirə olunduğu üçün bu, uşaqların əxlaqına mənfi təsir göstərə bilər. Övladını atan, evdən qaçan və digər bu kimi əxlaqında problemlər olan insanların həyatı gündəmə gəlməsə, daha ciddi mövzular müzakirə olunsa, yeniyetmə və uşaqlarda fəsadlar törətməz".

Elxanlı əlavə edir ki, həmin verilişlərdə ekspert qismində iştirak edən insanlara diqqət edilməlidir: "Onlar son 10-12 ildə daha çox vüsət almağa başladı. Həmin verilişlərlə böyüyən uşaqlar indi gəncliyi təşkil edirlər. Gördüyünüz kimi, hazırda 18-20 yaşlı uşaqların intiharına daha çox rast gəlirik. Və yaxud rayondan gizlin qaçıb gələn xeyli gənc var. Bu problemlərin yaranmasında həmin verilişlərin də rolu var. Əslində həmin verilişlər elə həmin saatlarda getməlidir. Sadəcə olaraq, müzakirə olunan mövzulara, oraya çıxarılan insanlara diqqət edilməlidir. Ən vacib məsələ də orada ekspert qismində çıxış edən insanlardır. Hansı ki, mövzunu müzakirə edir, gələn qəhrəmanı mühakimə edir. Bax o insanlara diqqət yetirilməlidir.

Çarəsiz, hansısa bir dərdinə dərman axtaranları müzakirə və mühakimə edənlərə diqqət etmək lazımdır. Baxırsan ki, həyatda düz-əməlli əxlaqı olmayan adamlar dərdini danışana əxlaq dərsi keçirlər. Bu kimi şeylərin qarşısı alınmadır. Hətta aparıcılar özləri də hakim obrazını alıblar. Məhkəmə qururlar, sanki. Və insanları aşağılayırlar. Buna baxan azyaşlı, əlbəttə, bir dərs almayacaq. Etik qaydalara riayət edilməlidir. Bundan əlavə, verilişlərin xronometrajları (müddəti - red.) həddindən artıq çoxdur. Hər gün 3-4 saat insanları bu qədər yükləmək olmaz".

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov da məsələyə münasibətini bildirdi:

"Həmin verilişlər kateqoriyalara bölünür: "6+", "12+", "16+", "18+". Yayıma biz baxırıq, amma həmin proqramların bölgüsünə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir. Onların nəzdində yaradılan ekspert qrupları həmin proqramları kateqoriyalaşdırmalıdır. Mövcud durumda o kateqoriyalaşdırılma hazırda olmadığından biz təyin edə bilmərik ki, həmin veriliş hansı kateqoriyaya daxildir və ya daxil deyil.
Ümumi qəbul olunub ki, ümumi baxış üçün nəzərdə tutulub. Qanunvericilikdə həmin saatlarda o verilişlərin getməsini qadağan edən tələb yoxdur. O tələb olmadığına görə biz hələlik həmin verilişlərə müdaxilə edə bilmirik. Əgər hansısa verilişə "16+" kateqoriyası qoyulursa, həmin veriliş axşam saat 21-dən sonra göstərilməlidir. Yox əgər kateqoriya qoyulmayıbsa, həmin veriliş efirə gedirsə, burada heç bir qanun pozuntusu yoxdur. O verilişi siz "16+" kimi qiymətləndirirsinizsə, bu o demək deyil ki, bu "16+"dur. Bunu subyektiv yanaşma ilə təyin etmək olmaz. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kateqoriyalaşdırma aparmalıdır. Filmləri, şou-proqramları, verilişləri kateqoriyalara ayırmalıdırlar. Bu olmadığından, hələlik ümumi qəbul olunur".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru