Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                     Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                     Məzuniyyət bitsə də, ödəniş verilməyib .....                     Günün fotosu: .....                     İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... .....                     "Bu bankdan kredit götürərkən diqqətli olun" .....                 

Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Tarix: Bu gün, 09:59 | Çap et

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rihat Cəfərovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, Cəfərov Rihat Kamal oğlu bir neçə epizod üzrə ictimai qaydanı kobud surətdə pozma, xuliqanlıq və qəsdən adam öldürmə cinayətlərində təqsirləndirilir.

Belə ki, o, 2025-ci ildə gecə saatlarında Gəncə şəhəri, ictimai yer hesab edilən ərazidə – “Təbriz” marketin yaxınlığında, piyadalar üçün nəzərdə tutulmuş səkidə əvvəllər aralarında yaranmış mübahisəni bəhanə edərək tanışı, 2007-ci il təvəllüdlü zərərçəkmiş Maqsud Zabilova (soyadı şərtidir) hücum edib. Təqsirləndirilən şəxs üzərində saxladığı, istintaqa məlum olmayan bıçaqdan istifadə etməklə zərərçəkmiş şəxsin sağ bud nahiyəsinə iki dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər alıb. Bu əməl ictimai qaydanı kobud şəkildə pozmaqla müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

İttihamda göstərilən digər epizod isə daha ağır nəticələrlə müşayiət olunub.

Belə ki, Rihat Cəfərov həmin ilin oktyabrında Gəncə şəhəri, Mahrasa bağı ərazisində yerləşən yaşayış binasının qarşısında tanışı, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli ilə mübahisə zəminində münaqişə yaradıb. İstintaqla müəyyən edilib ki, o, heç bir əsaslı səbəb olmadan, ətrafdakı şəxslərin müdaxiləsinə məhəl qoymayaraq, özünü digərlərindən üstün tutaraq açıq hörmətsizlik nümayiş etdirib və xuliqanlıq niyyəti ilə hərəkət edib.

Belə ki, təqsirləndirilən şəxs üzərində gəzdirdiyi deşici-kəsici alətdən istifadə edərək Vaqifə bir neçə zərbə endirib. Zərbələr nəticəsində zərərçəkmiş şəxs əvvəlcə bədənin müxtəlif nahiyələrində – diz və əl nahiyələrində yüngül xəsarətlər alıb. Daha sonra isə döş qəfəsinin ön səthinə vurulan zərbə nəticəsində sol ağciyərin zədələnməsi ilə müşayiət olunan, daxili və xarici qanitirməyə səbəb olan, həyat üçün təhlükəli ağır xəsarət alıb. Göstərilən tibbi yardımlara baxmayaraq, zərərçəkmiş şəxs aldığı xəsarətlərdən həyatını itirib.

Beləliklə, Rihat Cəfərov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə törədilən təkrar xuliqanlıq əməlində ittiham olunur.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Rihat Cəfərov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, xuliqanlıqla bağlı epizod üzrə özünü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab etdiyini, lakin qəsdən adam öldürmə ittihamını qəbul etmədiyini söyləyib.

İfadəsində Rinat qeyd edib ki, ilk hadisə zamanı Maqsud Zabilov onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayaraq onu nüfuzdan salmağa çalışıb. Onun sözlərinə görə, tərəflər təsadüfən qarşılaşıb və mübahisə zamanı ilk zərbəni qarşı tərəf vurub. Bundan sonra Rinat əvvəlcə yumruqla, daha sonra isə bıçaqla zərbə endirdiyini etiraf edib və bunu “qisas almaq” məqsədi ilə törətdiyini bildirib.

İkinci, daha ağır nəticəli hadisə ilə bağlı isə Rihat Cəfərov söyləyib ki, zərərçəkmiş Vaqiflə səhər saatlarında təsadüfən qarşılaşıb. Onun sözlərinə görə, tərəflər arasında əvvəlcə sözlü dialoq olub, daha sonra isə vəziyyət gərginləşib. O qeyd edib ki, qarşı tərəfin də üzərində bıçaq olduğunu görüb və bunu təhlükə kimi qiymətləndirib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, ilk olaraq Vaqifin diz nahiyəsinə zərbə vurmaqla onu uzaqlaşdırmaq istəyib. Lakin onun geri çəkilmədiyini və üzərinə gəldiyini gördükdə ikinci dəfə bıçaqla zərbə endirib. Rinat bu hərəkətlərini özünü müdafiə məqsədi ilə etdiyini deyib və zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyətinin olmadığını bildirib.

Həmçinin o, hadisə zamanı özünün də xəsarət aldığını qeyd edib və törətdiyi əməldən peşman olduğunu vurğulayıb.

Məhkəmənin hökmü ilə Rinat Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Qətlə yetirilən 16 yaşlı məktəbli Vaqif Rəfibəyli polkovnik-leytenantın oğlu imiş. Onun atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb, Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi vəzifəsini icra edib və bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru