Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                 

"Bütün xalqımız, əhalimiz həsrətlə o günü gözləyir"
Tarix: 19-08-2021, 08:34 | Çap et
"Bütün xalqımız, əhalimiz həsrətlə o günü gözləyir"
44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra Qarabağa qayıdışı tez bir zamanda reallaşdırmaq dövlətin başlıca prioritetidir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən mühüm sərəncamlar imzalanıb. Qarabağa qayıdış üçün bir sıra vacib layihələrə imza atılıb. Hazırda öz ata-baba yurdlarından uzaq düşmüş minlərlə həmvətənimiz dövlət başçısının qayıdışla bağlı əmrini gözləyir. Vətən həsrəti çəkənlər arasında işğaldan azad edilmiş rayonların cəmiyyətdə tanınan sakinləri də var. Bəs görəsən, onların torpaqlara qayıdış başlayanda ata-baba ocaqları, yurdları, evləri ilə bağlı nə kimi planları var?

Bizimlə söhbətdə Azərbaycanın səfalı yerlərindən birindən - Zəngilandan olan BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli qayıdışla bağlı arzularından, planlarından danışıb: “İstər tanınan, istərsə də tanınmayan adam olsun, hər kəsin öz ata-baba yurduna, işğaldan azad olunmuş torpaqlarla bağlı müəyyən bir planları var. Qohumlarımız arasında da köçkünlər var, mənim iki qardaşım da məcburi köçkündür, onlar da gələcək üçün öz planlarını qururlar. Hətta məndən məsləhətlər istəyirlər. Fikrimcə, indi insanlar işğaldan əvvəlkindən daha işgüzar düşüncənin sahibidirlər. Məsələn, bizim dünyagörüşümüz, baxışımız, hazırda gedən proseslər, qaçqınlıq həyatının yaşanması insanlarda tamamilə başqa düşüncə və sözün yaxşı mənasında xeyli faydalı vərdişlər yaradıb. Əlbəttə, bizim problemlərimiz var.

Mən hesab edirəm ki, torpaqlarımızda yaxşı təsərrüfat qurmaq olar. Bununla belə, insanlar artıq mədəniyyət, informasiya kommunikasiya ilə bağlı işlərin görülməsində də maraqlıdırlar. Ona görə də əhalinin planları təkcə ferma saxlamaq, balıq təsərrüfatı yaratmaqla bağlı deyil, həm də mədəniyyətlə bağlıdır. Məsələn, mən düşünürəm ki, bizim gedəcəyimiz kənddə yaxşı bir internet mərkəzi yaratmaq, insanları maarifləndirmək, xüsusən uşaqlarla, təhsillə bağlı müəyyən planları reallaşdırmaq olar. Beynimizdə həm iqtisadiyyatla bağlı, həm də maarifçiliklə bağlı ideyalar var. Məsələn, bir təhsil-tədris, internet mərkəzi yaratmaq olar. Orada gələcəyin qurucularını, gələcək azərbaycanlıları, milləti irəli apara biləcək uşaqları öyrətmək kimi missiyanı həyata keçirmək olar”.

Əfsanəvi Qarabağ döyüşçüsü Hacı Əkbər Rüstəmov öz doğma yurdu Ağdama qayıtmaq istəyindən ürəkdolusu danışıb: “Torpaqlar geri alınandan sonra üç dəfə ata ocağında olmuşam. Fevralın 8-i, 25-i və mayın 14-də getdim. Bu dəqiqə imkan olsa, gedib çadır qurub orada qalaram. İmkanım daxilində o küçələri də süpürərəm. Mənim, ailəmin həyatı ora ilə bağlıdır. Ona görə də imkan versələr, gedib çadır qurub o düzdə qalaram. Elə bilərəm ki, ”Turş su"yun yaylağındayam. Əvvəllər üç ay gedib, may ayından avqustun axırına qədər orada, alaçıqda qalırdıq. Üç aydan sonra qayıdırdıq Ağdama. İndi mən də fikirləşirəm ki, buradan Ağdama gedib alaçıq qurub qalaram. Ac olaram, tox olaram, heç kimə də giley-güzar etmərəm".

Ağdamın daha bir tanınmış siması, xalq artisti Mənsum İbrahimov da bizimlə söhbətdə gələcək planlardan danışdı: “Bizim kəndimiz işğal altında deyildi. Yəni ata evim yerindədir, ora gedib gəlirik. Ümumiyyətlə, bir mədəniyyət xadimi kimi mədəniyyətlə bağlı bütün layihələrdə çox böyük həvəslə iştirak edəcəyəm, arzularım da var. Muğam müsabiqələrində, festivallarında iştirak edəcəyik. Ətrafımda olan qohumlarım, doğmalarım hamısı o günü gözləyirlər. Bu yaxınlarda ”Yolumuz Ağdama“ adlı tur təşkil olunacaq, yaşlı, xəstə insanlar var ki, ən azı o torpaqları görəcəklər. Düşünürəm ki, bütün xalqımız, əhalimiz həsrətlə o günü gözləyir”.

Füzulidən olan Musavat.com saytının baş redaktoru Xalid Kazımlı isə bildirib ki, qayıdışla bağlı planları dövlətin həyata keçirəcəyi qərarlardan asılı olacaq: “Məcburi köçkünlərə ev veriləcəkmi-verilməyəcəkmi, ”Ağıllı kənd" layihəsi olacaqmı-olmayacaqmı, hələ ki bunlar bilinmir. Bütün bu suallara aydın cavablar yoxdur. Məchul bir durum olduğu üçün bir plan qurmaq da mümkün deyil. Rayonumuz işğaldan azad olunandan bəri bu kimi suala 5-6 dəfə cavab vermişəm. Bir müəyyənlik olsaydı, yaxşı olardı".

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə dünyaya göz açdığı Cəbrayıl rayonunun illərdi ki, xiffətini çəkdiyini deyir: “Cəbrayılda ikimərtəbəli evimiz, geniş həyətimiz vardı. Həyətimizdə 100-dən artıq meyvə ağacı əkmişdik. Hamısı bar verirdi. Dadı hələ də damağımdan getməyib. Ən böyük arzum Cəbrayıla qayıdıb meyvə bağı salmaqdır. Mənə bir neçə ay əvvəl doğma kəndimizə getmək qismət oldu. Həmin gecə atam yuxuma girmişdi. Yuxuda mənə deyirdi ki, gilas ağacının dibinə su tökərsən. Həyətimizdə ağ gilas ağacı vardı, o qədər bar verirdi ki, ağac başını yerə qoyurdu. Mən çoxdan xarabazara çevrilmiş evimizə getsəm də, həmin ağacı tapa bilmədim. Ermənilər bütün ağacları dibindən çıxarmışdılar. Allah qismət eləsin, doğma Soltanlı kəndinə gedəndə çoxlu gilas ağacları əkəcəm. Ağ gilas... Başqa planlarım da var. İnşallah, qayıdaq, onları da reallaşdırmağa çalışacam”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru