"Əri olmayan qadınların hamısını bilmirəm, mən qətiyyən özümü tək hiss etmirəm, çünki..."
Tarix: 9-12-2021, 09:09 | Çap et
 Tanınmış müğənni Əminə Şirinqızı Moderator.az-ın suallarını cavablandırıb.
- Əminə kimlərə dost deyir, kimlərə düşmən deyir?
- Dost ağır mövzudur. Xətrini çox istədiyim, əziz bildiyim, dostluq-yoldaşlıq etdiyim insanlar əlbəttə var, amma dönə-dönə deyirəm dost ağır mövzudur. Qanı-qanından, canı canından olmayan bir insanın səni canından ötə saymasıdır dostluq. Var indi? O ki, qaldı düşmənə. İnsan gərək dostun da, düşmənin də şərəflisini seçsin. Bu səbəbdən də düşmənim yoxdur. - Bir insanın sizin gözünüzdən düşməsi üçün onun nələr etməsi kifayətdir? - Heç nə etməməsi! Çünki bir insan insan olmaq üçün heç nə etmirsə, artıq onun mənim gözümdə dəyəri yox kimidir. - Əri olmayan qadınlar tək sayılır? Özünü nə vaxtsa tək hiss etmisiniz? - Əri olmayan qadınların hamısını bilmirəm, amma mənim ərim yoxdur. Buna baxmayaraq qətiyyən özümü tək hiss etmirəm, çünki itirməyə qorxduğum dəyərlərim var- anam, atam, qızım. Bu insanlar həyatımda ərdən də çox vacib əhəmiyyət daşıyır. Övladımı da valideynlərim böyüdür, dördümüz elə bərabər evdə yaşayırıq. Şükür bu günümüzə. - Niyə hələ də cəmiyyətimizdə boşanmış qadına qəribə baxış var. Sizcə bu doğrudur? - Kim öz qismətini öz əli ilə seçir ki? Kim boşanmaq üçün ailə qurur ki? Kimin nəslində, nəcabətində, kökündə 1 nəfər də olsa boşanmış yoxdur ki? Qisməti gətirməmək nə vaxtdan ayıb olub ki? Bu məsələyə yan gözlə baxanlar ilk növbədə suallarımı cavablandırsınlar, sonra bir də düşünsünlər.
- Siz o illərdə Vaqif Gərayzadənin W trio qrupunda oxuyurdunuz, amma Röya ilə oxuduğunuz “Yaz ayları” dueti sizi geniş tamaşaçıya sevirdi. Röya Ayxanla duet oxumasaydınız bu tezliyində tamaşaçı qarşısına çıxmağı düşünürdünüz? - Niyə düşünmürdüm? Az çox efirlərə çıxırdım da, amma tamaşaçı deyir ki, bizə sizin səliqə səhmanınız lazım deyil, qırın bir-birinizi biz də baxaq, tanıyaq. Rəy yazaq, təhqir edək, illər sonra da sevək. Ona görə də nə yaxşı qadın əli ilə məni qane edəcək qədər qabağa getdim. - Amina, mahnılarınız çox sevilir, dinlənilir, özünüz də tanınırsınız. Mənimlə yəqin razılaşarsınız ki, çox böyük fanat ordunuz yoxdur, bir o qədər də məşhur deyilsiniz. Sizcə o zirvədə olmaq üçün indi etdiyinizdən də artıq nə etmək lazımdır? - Heç nə. Çünki kənarda dayanıb zövqlü qulaqlar üçün keyfiyyətli musiqi təqdim etmək daha keyif verir, nəinki ailə ilə, qalmaqalla və buna bənzər şeylərlə gündəmdə qalmaq. - Sizcə o zirvədə kimlərdir? - Aygün Kazımova və Röya Ayxan. - Tamaşaçını təəccübləndirmək çox çətindir. Sizcə tamaşaçını cəlb etmək, diqqətini çəkmək üçün mütləq səviyyəsiz mahnılar oxuyub, açıq-saçıq geyimlərdə səhnəyə çıxmaq lazımdır? - Baxır hansı tamaşaçını? Nadir hallarda da olsa, özünə hörmət edən dinləyicilər var. O ki, qaldı səviyyəsiz mahnılar oxuyanlara, əcəb edirlər, elə dinləyicilərə elə müğənnilər lazımdır. Yoxsa bizim qədr-qiymətimiz az da olsa, bilinməzdi. Buna da şükür. - Sənətdən o vaxt gedərsiniz ki. - Heç vaxt getmərəm, günah olar. Getmək üçün yox, qalmaq üçün gəlmişəm. Ona qalsa 15 yaşımda ilk gün Vaqif Gərayzadənin W trio qrupunda çıxışlara başlayanda atam istəmirdi. Əgər atamın sözüylə belə sənətdən getmədimsə, daha vacib bir kəs ola bilməz ki, onun sözü ilə gedim. Yeri gəlmişkən, bu gün artıq atam sənətimə qarşı deyil, çünki illər keçdi, həqiqətən də sənətlə məşğul olduğuma özü də şahid oldu. - Ən böyük arzunuz nədir? - Bir gün hamı ölüb gedəcəksə, ötəri arzularla işim olmaz. Əsas ailəmin canının sağlığıdır, övladımın istəyinə laiq böyüməsidir. Bunun üçün də ağaca yaylıq bağlayıb, dilək tutub arzu etmirəm. Sadəcə dua edirəm. Allah bizi hər iki dünyada utandırmasın.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07 |
|
|
|
| • Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00 |
|
|
|
| • AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56 |
|
|
|
| • Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47 |
|
|
|
| • “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36 |
|
|
|
| • İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31 |
|
|
|
| • “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09 |
|
|
|
| • Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05 |
|
|
|
| • İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59 |
|
|
|
| • Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47 |
|
|
|
| • Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
| • Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41 |
|
|
|
| • İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35 |
|
|
|
| • Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25 |
|
|
|
| • Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22 |
|
|
|
| • Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05 |
|
|
|
|