“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                 

“Atam mənə dedi ki, bir də eşitsəm ki, mahnı oxuyursan, gəlib səni öldürəcəyəm...”
Tarix: 22-12-2021, 09:23 | Çap et
“Atam mənə dedi ki, bir də eşitsəm ki, mahnı oxuyursan, gəlib səni öldürəcəyəm...”
Xalq artisti, xanəndə Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Sədaqət xanım, sizi xoş gördük. Siz bizim böyük sənətkarımız Hacıbaba Hüseynovun yeganə qızısınız. İstərdim söhbətimizə uşaqlıq illərinizdən danışmaqla başlayaq.- Sizə təşəkkür edirəm ki, bu gün mənim atamı yad edirsiniz. Bu boyda böyük sənətkarları yad etmək, yadda saxlamaq özü də böyük bir işdir. Ümumiyyətlə, sizin saytı izləyirəm və hər dəfə mədəniyyət xadimləri ilə müsahibələri görəndə sevinirəm. Mənim uşağlığım çox gözəl keçib. Atam o qədər maraqlı adam idi ki. O dünyasını dəyişəndə mənim yaşım az idi, amma bu müddətdə mən ondan çox şeylər öyrənmişdim. Ailədə çox ağır xasiyyətli adam idi. Sözü bir dəfə deyərdi. Hamı onun xasiyyətini bilirdi, hörmət edirdi, yeri gələndə də ondan çəkinirdi. Mən onun bir sözünü iki edə bilməzdim. Bu xasiyyəti ilə bərabər mənim ağzımdan çıxan, ürəyimdən keçən sözü edirdi. Elə bil ki, bir növ dost idik. Mən ona “ağa” deyirdim. Baxmayaraq ki, mən gec dünyaya gəlmişəm, amma hər şeyimi onunla bölüşürdüm.

- Atanızın hansı xasiyyəti sizə keçib?

- Mən ondan çox şey öyrənmişəm. Düzgünlüyü, sözü üzə deməyi. O məni həm əzizləyirdi, həm də sıxırdı. Evdən çölə tək gedə bilməzdim, xoşlamazdı.

- Atanızın sənətini davam etdirmək istəmisiniz?

- Mənə hamı deyirdi ki, nə gözəl səsin var, nə əcəb səni sənətə qoymayıb? Mən onun yanında incəsənətin adını çəkə bilməzdim. Hətta bir dəfə məktəbdə tədbir idi, anam evə gəlib ona dedi ki, ay Həci, qızın məktəbdə bir gözəl oxudu ki, elə gözəl səsi var. Bizdə hamının səsi olub. Mənə dedi ki, nə? Sən tədbirdə oxumusan? O zaman mən 2, yaxud 3-cü sinifdə oxuyurdum. Dedi ki, mən bir də eşitməyim ki, sən oxuyursan, birinci və axırıncı dəfə olsun. Mən məktəbin yanından keçsəm, səsini eşitsəm gəlib səni öldürərəm. Mən elə inanırdım ki, qəfildən gəlib məktəbin yanından keçər və səsimi eşidər. O, bu, mən bir daha məktəbdə oxumadım.

- Yaşa dolandan sonra bu dediklərini yada salırdınız?

- Hə, daha sonra danışırdıq. Bir dəfə oxuyanda səsimi eşitmişdi. Dedi ki, səsin pis deyil, yaxşı “dxanyan” var. Kaş o səs məndə olaydı. Güldüm və utandım ki, atam səsimi eşidib. Məni məktəbdə də oxutmadı, tez çıxartdı məktəbdən. Sözünün qabağında heç kim nəsə deyə bilməzdi. Çox gözəl ata və insan idi.

- Siz həm də böyük sənətkarımız Sara Qədimovanın bacısı qızısız. Deyilənə görə atanız sənətə xalanız Sara Qədimovanın dəstəyi ilə gəlib. Bu doğrudur?

- Atamgil o vaxt Çəmbərəkənddə olurdular. Bir dəfə Sara xalam bizə qonaq gələndə anam ona deyib ki, Həcinin yaxşı səsi var, bir qulaq as. Atam o vaxt nağara ifaçısı kimi toylarda tanınırdı. Xalam nə illah edir, atam deyir ki, yox utanıram. Çünki o vaxt Sara xalam artıq sənətdə idi. Xalam ona and verir və atam oxuyur. Atam danışırdı ki, hətta utandım və kitabı üzümə tutdum ki, Sara mənim üzümü görməsin. Xalam görür ki, bu elə belə səs deyil. O gəlib Əhməd Bakıxanova və Cahangir Cahangirova deyir. Atamı televiziyaya dəvət edib, qulaq asırlar. Atam onların sayəsində televiziyaya da çıxır. Hətta o vaxt bir neçə adamlar olub ki, deyiblər bu televiziyaya yaraşmır, qaradır. Əhməd Bakıxanov deyib ki, nə olsun ki? Şokolad da qaradır da. Sənətdə atama mane olanlar da az olmayıb.

- İstərdim Sara xalanızla atanızın söhbətlərindən danışaq.

- Sara xalam bizdə çox olurdu. Gələndə də ən çox qəzəldən danışırdılar. Çünki atamın 300-ə yaxın qəzəli var idi. Hansı muğama düşürdüsə, Sara xalam onu ifa edirdi. Atam bir qəzəl deyərdi, Sara xalamın gözləri dolardı. Xalam oğlu Akif İslamzadə də atamla bu mövzuda çox söhbətlər edirdi. Atam danışır ki, Akif uşaq idi, muğam səsi eşidən kimi ağlayırdı. Çünki musiqini dərindən duyurdu, hiss edirdi.

- Sevginizi atanıza tam bildirə bilirdiniz?

- Xeyr, bildirə bilmirdim. Nəyə görə? O qədər xasiyyəti ağır idi ki, hələm-hələm yaxına buraxmırdı məni. Anam deyirdi ki, atanın doğum günüdür, get onu öp, qucaqla, təbrik et. Gedirdim atamı qucaqlamağa, deyirdi ki, təbrik etdin bəsdir də. Mən hələ də heyfslənirəm ki, onu doyunca qucaqlayıb, öpə bilmədim. Axır günlərində qucaqlayıb öpürdüm onu.

- Hacıbaba müəllimin son günlərini necə xatırlayırsınız?

- Atam Fransaya, Hollandiyaya və bir neçə ölkəyə səfərə getməli idi. Xəstəxanadan həkimlər səfərə getməyə ona icazə vermirdilər. Hətta dilindən kağız da almışdılar. Dedi ki, xeyr, gedəcəyəm, qızıma ordan kürk və musiqi mərkəzi (maqnitofon) gətirəcəyəm. Getdi də, gözəl konsertlər də verib gəldi. Amma İran səfəri bir az ağır oldu, çünki 2 ay orada qalıb konsert verdi. Dünyasını dəyişməzdən bir gün qabaq televiziyada konserti getdi. Özü də izləyirdi. Bir gözəl muğam oxudu evdə, mən dedim ki, bu daha ölməz. Hətta ölümündən bir neçə saat əvvəl onu qonaq da aparmışdılar. Orada xeyli söhbətlər olmuşdu, çox danışmışdı. Əslində ona çox danışmaq olmazdı. Evə gələndə gördüm ki, nəfəs ala bilmir. Səhəri gün də dünyasını dəyişdi.

- Atanızın sənət yolunu bu gün ailədə kim davam etdirir?

- Kiçik qızım Fatimə bir müddət onun sənət yolunu davam etdirdi. O bu işin təhsilini də alıb. Düzdü, indi müəyyən səbəblərə görə fasilə verib, inşallah, yenidən sənətə başlayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru