Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                 

"Aparıcı və aktyorların arasında olan intriqalar heç bir sahədə yoxdur"
Tarix: 4-01-2022, 11:29 | Çap et
"Aparıcı və aktyorların arasında olan intriqalar heç bir sahədə yoxdur"
Onun atdığı hər addım, müəllifi olduğu bütün layihlər ölkə gündəmində böyük sensasiya yaradır. Onu təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində tanıyırlar, əl işlərinə heyranlıqla tamaşa edirlər. Adı brendə çevrilən Anar Ağakişiyevin məkanında onunla həmsöhbət olduq.
DİA.AZ xəbər verir ki, tanınmış stilist sənətə gəlişindən, layihələrindən Sputnik Azərbaycan-a söhbət açıb. O, bu sahəyə addımlarını atdığı illərdə barmaqla sayılacaq qədər stilist var idi. Həmin dönəmlərdə Azərbaycanda kişilərin bu sahəyə gəlməsi heç də birmənalı qarşılanmırdı. Qəhrəmanımız da bu barədə bir çox maneələrə rast gəlib:
"Mən yeni gəldiyim vaxtda ailəmizdə hər gün dava idi. Bütün qohum-əqrabam üstümə düşmüşdü ki, bu, qadın sənətidir".

Ailəsi Anarı həkim kimi görmək istəyirdi. Amma o, sevdiyi sənətin arxasınca getməyi üstün tutub:
"Ailəmə dedim ki, mən bu dünyaya bir dəfə gəlmişəm, imkan verin öz istədiyim kimi yaşayım. Mən sizin saytınız vasitəsilə oxuculara demək istəyirəm ki, övladlarınıza azadlıq verin. Əgər onlar pis vərdişlərin alüdəçisi deyillərsə, öz yaşıdlarından fərqli düşünürlərsə, onlara azadlıq verin. Necə ki, mən etdim. Mən onlara dedim ki, məndən həkim olmayacaq".
Uşaqlığı Gürcüstanda keçən həmsöhbətimiz deyir ki, orada böyüməyi ona bir növ öz arzusuna çatmaq üçün vasitə olub: " Mən valideynlərimə dedim ki, təhsilimi gürcü dilində almışam. Azərbaycan ədəbi dilini öyrənənə, sonradan universitetə girənə qədər mənim ən əzı 5 ilim gedəcək. Hələ universiteti demirəm. Ondansa imkan verin, mən istədiyim sənətə gedim".

Nəhayət, gələcəyin məşhur stilisti bütün sədləri aşır və ilk addımını atır:
"Atamla anam ayrılıblar. O vaxt anamdan 150, atamdan isə 250 dollar aldım. Bu, mənim onlardan aldığım son pul idi. O pulla stilist Zahiddən bazanı öyrəndim, ondan sonra İtaliyaya getdim. Orada gecələr pizza restoranında qabyuyan işləyirdim, gündüzlər kursa gedirdim. Oradan qazandığım puldan sənətimə aid jurnallar alırdım".

Həm Azərbaycanda, həm də dünyada bir çox məşhurlarla işləyən stilistin Azərbaycanda işlədiyi ilk ulduz Məleykə Əsədova olub:
"Onun "Gözəllik işığında" verilişi var idi. Orada xanım aktrisanın imici ilə mən məşğul olurdum. Heç bir həyəcan-filan yox idi. Çox tələbkar və zövqlü xanımdır, amma mənimlə çox yaxşı iş birliyimiz oldu. Dünyada isə ilk üzərində işlədiyim məşhur dünya şöhrətli model İrina Şeyk olub".

Həddindən artıq kaprizli insan təəssüratı bağışlayan Türk musiqisinin divası Bülənt Ərsoyla işbirliyi haqqında danışarkən Anar Ağakişiyev deyib:
"Həyatımda gördüyüm ən kaprizsiz, ən rahat, ən dürüst, ağa ağ , qaraya qara deyən insandır. Ekran başında gördüyümüz vahiməli, qorxunc insan sadəcə personajdır. O, bir diva obrazıdır. Onunla aramızda yaş fərqi olmağıma rəğmən, biz dostuq. Çox böyük insani keyfiyyətləri var. Məsələn, bir dəfə yol keçirdik, eyni vaxtda bir it də yolda idi. Maşın az qala iti vuracaqdı. O, maşını saxlatdı, sürücünü tənbeh etdi. Tutaq ki, gedirik hansısa yanacaqdoldurma məntəqəsinə, oradakı işçilərin hamısına çıxarıb pul paylayır, bəxşiş kimi".

Xarici ulduzlarla yerli ulduzları müqayisə edən Anar Ağakişiyev bildirir ki, xarici ulduzlar daha əliaçıqdırlar. Onlar qazandıqları qədər, çalışırlar ki, yanındakı insanlar da qazansın. Bizdə isə məşhurlar ancaq öz büdcələrini düşünürlər:
"Bizdə hansısa müğənni gedir toya, 5 min qazanırsa, onun yalnız 500 manatını yanında çalışanlara verəcək. Qalan 4500-ü öz cibinə qoyacaq. Amma xaricdə, elə götürək Türkiyədə belə deyil. Orada çalışan hər kəs qazanır. Mən özüm də bu sistemlə işləyirəm".

Ağakişiyev deyir ki, insan qazancını tək yeməməlidir. Tanınmış stilist uşaqlıqdan bunu özü üçün rəhbər tutub:
"Mən işləyirəm, hansısa bir işdən gəlir əldə edirəmsə, ehtiyacı olan insana mütləq verirəm. Evimdə ərzağa ehtiyac olmasa da girib marketdən konservləşdirilmiş yemək alıram. Bilirəm ki, o, köhnəlməyəcək. İnsanlar bilməlidir ki, dünyada hamı qazansa, hamı da qazandığını özünə çəksə, çox böyük fəsadlara gətirib çıxara bilər. Mən demirəm insanlar israfa yol versinlər, amma simiclik də etməsinlər. İmkan vermək lazımdır ki, hər kəs qazansın".
Öz adını brendə çevirən stilist dələduzlarla da qarşılaşıb:
"Kamera önündə olmağı sevmirəm. Daha çox adımın tanınmağına çalışmışam. Biznesdə də belədir. İdarəetməni özüm etmişəm, özüm qurmuşam, amma kiminləsə şərik işləmişəm. Zaman olub ki, öz şərikim məni aldadıb. Milyonlar qazandırdım, amma mənə dedilər ki, sən heç nə etməmisən. Mən uzaqlaşdım, həmin məkan batdı. Bu gün mənim sahib olduğum gözəllik salonundan 60-70 nəfər evinə çörəkpulu aparır. Pandemiya dövründə dövlətin sahibkarlara ayırdığı yardımı öz işçilərimə verdim, özüm Türkiyədə fəaliyyətimi davam etdirdim. Bəzi sənətçilər pandemiya vaxtı artistilik edirdilər ki, guya heç nələri yoxdur. İnanın ki, yalandır. Necə ki mənim 3-4 yerdə evim var və kirayəyə verirəm, eləcə də onların bir neçə yerdə evləri var".

Müxtəlif televiziya layihələrində çalışan Ağakişiyev bildirir ki, müsahibə almaq, müsahibə verməkdən daha çətindir. Xəzər tv-də "Dəyişən cavab" adlı verilişin aparıcısı olan tanınmış stilist sual verməkdə çətinlik çəkdiyi məqamları bölüşərək deyib:
"Sualları redaktor hazırlayırdı. Mən Dövlət televiziyasının aparıcıları kimi ədəbi dildə danışmırdım. Elə ona görə də tamaşaçılar tərəfindən sevildi. Ən çox çətinlik çəkdiyim Flora xanıma verdiyim sual oldu. Redaktor mənə o sualı ver deyəndə özümü itirdim. Bu, efirdə də hiss olunub. Bilmədim ki, o sualı necə verim. Həm bir baryer var, bəy xanıma, özü də özündən yaşca böyük xanıma bu sualı efirdə verə bilməz. Çətin də olsa, mən sualı verdim. Məsələ belə idi ki, Flora xanım gənc olanda sevdiyi insandan nikahdan kənar hamilə qalıb. Tək qadın olduğundan məcburən uşağı abort etdirib. Mən düşündüm, bu sualı necə verim ki, həm Flora xanım inciməsin, həm də 5-10 adamın yanında hörmətim var, onu itirməyim. Bir az da Gülüstan Əliyevada əziyyət çəkdim. Digərlərində elə də çətin olmadı".

Stilist deyir ki, layihə rəhbəri Toğrul Məmmədov ona bu layihəni təklif edəndə uzun müddət fikirləşib. Sonra müharibə başlayıb. Deyib ki, müharibədir, olmaz. Müharibə bitdikdən sonra da layihə müəlliflərini 4-5 ay gözlətməli olub. Həmin layihə ölkə gündəmini lərzəyə salıb. Hətta aparıcılar arasında Anarı qısqananlar da olub:
"Ölkənin ən məşhur aparıcısı əvvəllər məni təmtəraqla qarşılayırdı. Həmin layihədən sonra salam verdim, götürmədi. Yanımdakılara dedim, baxın, mən bundan çəkinirdim. Halbuki verilişlərimizin yönümü də başqadır. Aparıcıların və aktyorların arasında olan intriqalar heç bir sahədə yoxdur. Qurban olum stilistlərə, onlar nə qədər quyumu qazsalar da, intriqalardan uzaqdırlar".
Məşhur stilist özünə heç bir sərhəd qoymadığını deyir. Yəni digər məşhurlarda olan bəzi komplekslərdən uzaqdır.
"Samirə Əfəndi mənə deyir ki, "uşaqlıqda metroya minirdim, metronun iyindən ötrü darıxmışam". Deyirəm ki, "darıxırsan, gəl bir gün düşək metroya, bütün stansiyaları gəzək. Mən evimi təmir etdirirəm, dostum deyir ki, lazım olan avadanlıqları mən alaram, sən getmə. Razılaşmadım, getdim Sədərəkdən lazım olanları özüm aldım. Özümə heç bir sərhəd qoymuram. Təbii ki, lazım olan yerdə məsafə saxlayıram, amma "mən tanınıram, filan yerə getməyim" kimi komplekslərim yoxdur. Mən Türkiyədə də tanınıram, Brazilyada daha çox tanınıram, orada da rahat gəzirdim".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru