"Şövkət xanımın həyatı ağır və çətin olub" - ANIM
Tarix: 20-10-2022, 09:15 | Çap et
 “Bu gün Şövkət xanımın 100 illik yubileyidir. 100 yaşlı Şövkət xanımı təsəvvür belə edə bilmirəm. O hər zaman gözümüzdə gözəl, cavan qalıb. Bu gün çox sevinirəm ki, xalqımız, insanlarımız, onun tələbələri, musiqi sevərlər Şövkət xanımı unutmayıb və hər zaman yadda saxlayıblar. Şövkət xanım insanların qəlbində elə bir yer, taxt-tac qurub ki, bu sevgi uzun illər onunla yaşayacaq. 19 oktyabrda Şövkət xanımın ən sədaqətli, çox sevdiyi tələbəsi, gözəl müğənnimiz Aybəniz Haşımovanın təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında 100 illik yubileyi tədbiri keçirildi. Bu gün isə Heydər Əliyev adına sarayda böyük konsert proqramı baş tutacaq. Sənətkarın ailəsi olaraq bu bizi çox sevindirir və biz də ailəmiz adından bütün təşkilatçılara öz təşəkkürümüzü bildiririk”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında böyük sənətkarımız Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib. O daha sonra əlavə edib. “Şövkət xanımgilə gəlin gələndə onun 60 yaşı var idi. Tələbələrinə dərs deyirdi, sadə həyat yaşayırdı. Tələbələrini öz övladları kimi çox istəyirdi. Onları geyindirirdi, yedirdirdi, televiziyada işə düzəldirdi. Şövkət xanımın həyatı ağır və çətin olub. O insanlara buna görə əl tuturdu. İkinci dünya müharibəsi zamanı cəbhədə olmuşdu, konsert vaxtı yanında bomba partladığından kontuziya almışdı. Nəinki Azərbaycanın bir çox dünya ölkələrini də qarış-qarış gəzib. Azərbaycan mahnılarını dünyaya Rəşid Behbudov və Şövkət Ələkbərova yayıb” deyə Gülnarə Səfərova deyib. Gülnarə Səfərova deyir ki, Şövkət xanım heç vaxt sənətinin ailəsi tərəfindən davam etdirilməsini istəməyib.
“O sənətə çox ciddi yanaşırdı. Həmişə deyirdi ki, sənət xalq üçündür. Sən xalqın qarşısında özünü elə aparmalısan ki, onlar səndə hansısa nöqsan tapmasınlar. Şövkət xanım heç vaxt istəmirdi ki, övladları, yaxud da nəvələri onun sənətini davam etdirsinlər. Hətta bizim qızımız Şövkət anadan olandan sonra Şövkət xanım onun səsi olduğunu hiss edib, mənə demişdi ki, bunun musiqi duyumu çox yaxşıdır, amma onu musiqi sahəsinə qoyma. Qızıma öz adını vermişdi və deyirdi ki, Şövkət adı onun üçün çox qapılar açacaq” deyə o bildirib. Gülnarə Səfərova bildirib ki, Şövkət xanım qızının ölümündən sonra çox yaşamayıb.
“Şövkət xanımın şəkəri var idi. Qızı Natellanın 48 yaşında vəfat etməsi ona çox pis təsir etdi. Qızının xəstəliyini ondan gizlədirdilər. Kürəkəni deyirdi ki, biz bu haqda Şövkət xanıma nə isə desək, o elə indi ölər. Qızının ölümünə 3 gün qalmış Şövkət xanıma dedilər ki, Natella xəstədir. Şövkət xanım xəstəxanaya gedib, onunla görüşdü. Həqiqətən də bu xəbərdən şok olmuşdu. Natellanın 3 mərasimində Şövkət xanım artıq xəstəxanada idi. Natellanın iki oğlu var idi. Allaha yalvarırdı ki, qız nəvəsinin üzünü görüb, qızının il mərasimini versin, sonra dünyadan köçsün. Necə demişdisə elə də oldu. Yanvar ayında qızının ilini verdik, fevralın 7-də Şövkət xanım rəhmətə getdi” deyə sənətkarın gəlini bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Bu gün, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Bu gün, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Bu gün, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
|