Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi .....                     Cahangir Əsgərov Azərbaycanı tərk edib: Bankda görün nə qədər pulu varmış… .....                     Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb .....                     Moskvanı narahat edən Bakı gedişi .....                     Ermənistandan sürpriz Zəngəzur mesajı: .....                     Atasının qətlini sifariş verən Fərəc Fərəcova hökm oxundu .....                     "Bəzən gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir" .....                     Qadın kassirlər fəhlə kimi işlədilir .....                     Məhkəmə Vətən müharibəsi qazisinə bu cəzanı verdi .....                     Sülh prosesində İran və Rusiya FAKTORU: .....                     Telekommunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib .....                     "Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" .....                     Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir .....                     Rusiyanın İÇİNDƏ SIXILAN AZƏRBAYCAN QAZI... .....                     Azərbaycanda kişi istidən öldü .....                     Bu artıq sıradan müharibə deyil .....                     İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi .....                     Tikintiyə sərf edilən vəsaitin 82%-i işğaldan azad olunan rayonların payına düşüb .....                     “Atəşgah” Sığorta Şirkəti”nin İdarə Heyətində dəyişiklik .....                     Ağ Şəhərdə “kupça”sız sakinlərdən məcburi parkinq haqqı .....                     Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb .....                     ABŞ Rusiyanın nüvə bazaları istiqamətinə kəşfiyyat təyyarəsi göndərib .....                     Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı .....                     Məktəbli formalarının qiymətləri artacaq? .....                     Tramp Əliyev və Paşinyanı qonaq edəcək .....                     Bakıda köşk işçisini aldatdılar: .....                     Rusiyada həbs olunan Azərbaycan diasporunun rəhbəri istintaq təcridxanasında .....                     Dövlət Məşğulluq Agentliyi “Azpetrol”dan 137 min manatlıq benzin alacaq .....                     Dini düşmənçilikdə ittiham olunan .....                     Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? .....                     Ermənistanda PANİKA: Trampla görüşdən sonra... .....                     Bu ilin yeddi ayında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib .....                     Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən sabiq vəzifəlisinin məhkəməsi başlayıb .....                     Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib .....                     Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ... .....                     Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir .....                     Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib .....                     Putin Kremldə Uitkoffu qəbul edir .....                     “Qarabağ”ın təklifini geri çevirdi, .....                     Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA .....                 

"Demişik, nə lazımdırsa, edəcəyik, hətta gecə yatmayacağıq" - Xalq artisti
Tarix: 21-10-2022, 10:43 | Çap et
"Demişik, nə lazımdırsa, edəcəyik, hətta gecə yatmayacağıq"
Xalq artisti Tünzalə Ağayeva Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Tünzalə xanım, yaradıcılığınızda nə kimi yeniliklər var?

- Əslində, sentyabra planlaşdırdığımız yenilikləri cəbhədəki vəziyyətə və şəhidlərimizə görə təxirə salmalı olduq. Bu addımı şəhidlərimizə hörmət əlaməti olaraq etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, analara səbr versin. Bu hissləri sözlə ifadə etmək çox çətindir. Mədəniyyət, incəsənət sferasında yaradıcılıq planları arxa plana keçdi. Onsuz, pandemiya da müəyyən mənada planlarımızı pozmuşdu.

Yaradıcılıq sahəsində çox yeniliklərimiz var. Konsert verməyi düşünürük. "Sevdi can səni" adlı klipimiz hazırdır. Yəqin yaxın günlərdə təqdim edəcəyik.

- Klipinizi ad günü ərəfəsində təqdim edəcəksiniz?

- Bəli, ad günüm yaxınlaşır, 46 yaşım tamam olur.

- Deyəsən, doğum gününüzü qeyd etməyi sevirsiniz...

- Qızım Fidan az öncə zəng edib ki, ad gününü konsert kimi keçirmə (gülür).

- Şou-biznes nümayəndələrini dəvət edəcəksiniz?

- Əlbəttə, şou-biznesdə çox yaxın və əziz həmkarlarım var. Onlarla oturub-durmağı, zarafat etməyi sevirəm. İnsanlara maraqlıdır ki, kim-kiminlə dostluq edir. Çünki tez-tez qarşılaşıram, insanlar sevinirlər və mənə yazırlar ki, nə yaxşı, incəsənət nümayəndələri arasında dostluq var. Halbuki şou-biznesdə daim rəqabət hökm sürür, özü də çox vaxt qeyri-sağlam... Rəqabət də paxıllıqlar, qalmaqallar üzərində qurulur, yalnız peşəkar və sağlam düşüncəli sənətçilər bir-birinin uğuruna sevinə bilirlər.

Müharibədə qələbə qazandıq, bu da bizə bir-birimizlə fəxr etməyi öyrətdi. Məncə, müharibə insanları bir az tərbiyə etdi, insanlara acı dərs keçdi. Torpağa şəhid qanı tökülübsə, onun qədrini bilməyə borcluyuq, bu, həm də iki fərqli düşüncəli rəssamın, sənətçinin, siyasətçinin, hətta müxalif fikirdə olan azərbaycanlının lazımi məqamda birləşməsi, həmrəy olması deməkdir.

Az öncə dəyərli hərbçimizlə danışdım, noyabrda zəfərimizlə bağlı xarici ölkələrdən birində tədbirimiz olacaq. Mən ona dedim ki, siz necə hərbi missiyanızı yüksək səviyyədə yerinə yetirirsinizsə, mən də özümü səhnənin əsgəri hesab etmişəm. 22 il ərzində Diasporla İş üzrə Dövlət Komitəsində ən aktiv incəsənət adamlarının siyahısına daxil olmuşam. Bir çox ölkələrə səfərlərə getmişik. Demişik, nə lazımdırsa, edəcəyik, hətta gecə yatmayacağıq. Səmimiyyətimə inanın, heç kim orada maddi qazanc gözləməyib.

Qarabağ məsələsinin ən gərgin dövrlərində erməni lobbisi dəfələrlə xarici ölkələrdə konsertlərimizə mane olmaq istəyib. 2007-2008-ci illərdə Yunanıstanın iki böyük şəhərində konsert verdik. Yunanıstandakı səfirimiz Rəhman Mustafayev konsertimizin təşkilində yaxından iştirak etmişdi. Həmin şəhərlərdən birində çoxlu erməni yaşayırdı. Türklər də vardı, amma əksəriyyəti ermənilər idi.

Ermənilər bizə mane olmağa çalışırdılar. Plakatlar açmışılar ki, konsert baş tutmasın. Bizi sorğulayırdılar ki, nə məqsədlə Azərbaycandan müğənnilər gəlib, siyasi maraq nədir? Biz sülhməramlılığımızı göstərdik və dedik ki, qapımız hər kəsin üzünə açıqdır. Konserti təşkil edən diplomatik nümayəndəliyimiz hər şeyi üzərinə götürmüşdü. Sağ olsun şəhərin meri, məsələyə o da müdaxilə etdi. Konsertimiz uğurlu keçdi.

Demək istəyirəm ki, müxtəlif hadisələr yaşamışıq, amma həmişə istəmişik ki, vətən bizim adımızdan, dilimizdən gözəl səslənsin.

- Siz vətənpərvər və savadlı müğənnilərimizdənsiniz. Ümumiyyətlə, siyasətlə nə dərəcədə maraqlanırsınız? Vaxtilə millət vəkiliyinə namizədliyiniz haqda da xəbərlər yayılmışdı...

- Xeyr, heç vaxt millət vəkilliyinə namizəd olmağı düşünməmişəm. Əgər belə fikrim olsaydı, indiyə qədər nəticəsi üzə çıxardı. Nədənsə hər seçki öncəsi bu suallar ortaya çıxır. Savadlı olmaq o demək deyil ki, mütləq millət vəkili olacaqsan... İnsan savad yiyəsi olmalıdır, bu, təbiidir.

Vətəni daxilən sevmək lazımdır. Hansısa postda oturduqdan sonra vətəni sevmək böyük yalançılıqdır.

Heç vaxt millət vəkili olmaq iddiasına düşməmişəm. Əks halda deyərdim, millət vəkili olmaq istəmişəm, sonra fikrimdən daşınmışam. Bəlkə ictimai aktivliyimə görə insanlara bu impulsu ötürmüşəm?

İlk illər millət vəkili olmağım haqqında xəbərlərə qıcıqlanırdım. Ən azı iki dəfə seçki öncəsi bu vəziyyəti yaşamışam. Hamı məni yaxından tanımır və fikirləşirlər ki, millət vəkili olmaq istəyir. Digər tərəfdən, siyasi fəaliyyətlə məşğul insanlar həmişə mənə deyirdilər ki, Tünzalə, heç vaxt "heç vaxt" demə. Demişəm ki, düz deyirsiniz, hansısa missiya naminə mən Tünzalə Ağayevanın zərrə qədər qatqısı olarsa, nə xoş mənə, gedib o işi görmək qabiliyyətindəyəm.

Millət vəkiliağır bir missiyadır. Sənə səs verənlərin etimadını, problemlərini, səsini çatdıracaqsan, həll edəcəksən. O zaman yaradıcılıq fəaliyyətim dayanacaq, sənətim ikinci-üçüncü plana düşəcək. Mən elə bir insanam ki, öhdəmdə olan işə canımı qoymalıyam...

- Yaxın günlərdə estetik əməliyyata üz tutduğunuz bildirilirdi. Bu, nə dərəcədə doğru idi?

- Tanınmışlar haqqında müxtəlif xəbərlər yayılır. Bu suala nə "hə", nə də "yox" demək istəyirəm. Hər zaman sağlam həyat tərzi keçirir, idmanla məşğul oluram. Günə pilates və idmanla başlayıram. Qadın vücudunun elə hissələri var ki, idman ona kömək etmir. O zaman estetik əməliyyata üz tutmalı olursan. Bu kimi hallar istisna, qadınlarımıza estetik əməliyyata qaçmağı tövsiyə etmirəm.

Mənə sual verirlər ki, burnunuzu niyə əməliyyat elətdirmirsiniz? Mən bu burnumla çox xoşbəxtəm... Barbara Streysand daim cazibədarlığını qoruyub, saxlayıb. Onun əməliyyat elətdirməyə pulu yoxdur? Var!

Burnum haqqında yüksək zövqlü insanlar deyirlər ki, Tünzalə, birdən həvəsə düşüb, burnunu əməliyyat elətdirərsən... Cavab verirəm ki, qətiyyən!

- Ümumiyyətlə, estetik əməliyyat elətdirməyi düşünürsünüz?

- Çox qocalarmsa, estetik əməliyyata getməliyəm (Gülür). Üzüm elə vəziyyətə gələ bilər ki, qırışlara nə botoks, nə də digər inyeksiyalar kömək edər...

- İndiki, yoxsa əvvəlki görünüşünüzü daha çox sevirsiniz?

- Hər zaman özümü sevmişəm, sadəcə, təcrübəm bu dərəcədə deyildi. Əvvəl indiki təcrübəm və həyat anlayışım olmayıb. Hər gün aynaya baxıb şükür edirəm...

- Hər kəs sizi güclü, iradəli xanım kimi tanıyır. Həqiqətən elədir?

- O qədər zəif hallarım olub... Yəqin sizdə bu əminliyi yaradan iradəli danışmağım və qəti mövqe bildirməyimdir. Uşaqlıqdan belə olmuşam. Məktəb illərim sovet dövrünə düşüb. Həmin Tünzaləyəm - rus məktəbində oxuyurdum, Molla Pənah Vaqifin qəzəlini öyrənib, gedib danışırdım. Deyirdilər ki, tədris proqramında bu dərs yoxdur, sən haradan öyrənmisən? Cavab verirdim ki, bizim evdə bu kitabdan var.

Həmişə evimizdə millətçilik təbliğ olunub. Ata babam millətçi olduğu üçün sürgün edilib.

- Mübarizlik sizə yəqin babanızdan keçib...

- Babam İosif Stalinin plakatına qamçı vurub. On görə babamı gecəylə aparıblar, nə ölüsünü, nə dirisini görən olub. Ailəsini də darmadağın ediblər.

- Bir qadın kimi xoşbəxtsiniz?

- Məncə, qadın kimi xoşbəxtəm. Bilmirəm kənardan necə görünürəm... Sevirəm və sevilirəm. Sevgisiz həyat olar?! Həyatımda sevdiyim şəxs var. Qadın ağaca, çiçəyə bənzəyir. Ona nəvaziş və qayğı göstərmək lazımdır. Qadın onda çiçək açır.

Bütün sevən qadınların problemləri ola bilər. Amma məsələni araşdıranda görürsən ki, günah qarşı tərəfdə deyil, özündədir.

- Son zamanlar cəmiyyətimizdə boşanmaların sayı artıb. Bu haqda nə deyə bilərsiniz?

- Öncə onu deyim ki, boşanma tərəfdarı deyiləm. Mən özüm də həyat yoldaşımdan ayrılmışam və heç kimə boşanmağı arzulamıram. Hər şeyin həll yolu var. Bu da bizim özümüzdədir. Səbəbi araşdırmalı və problemin hardan qaynaqlandığını öyrənməliyik. Özümüzə etiraf etməliyik ki, səhvimiz nədədir...

Eləcə də valideynlər düzgün istiqamətdə kömək etməlidirlər. Yeddi ilə yaxın ailəli olmuşam. İlk öncə qızım Fidanı münaqişədən, tramva yaşamaqdan qorumağa çalışmışam. O zaman qərara gəldim ki, nəzarəti ələ alacam və həyat yoldaşımdan boşanacam. Çünki iki insan ailə daxilində bir-birini xoşbəxt edə bilmirsə, qıcıq olursa, bir-birini anlamırlarsa, sözlərini düzgün qəbul etmirlərsə, bu ailə davam edə bilməz.

Bəlkə də qarşı tərəf hansısa sözü yaxşı mənada deyir, sən qəbul etmək istəmirsən. Faciə bu vaxt baş verir. Nə deyirsə, sənə xoş gəlmir... Onda sakitliyin naminə kənara çəkilib düşünmək lazımdır, düşmən olmaq yox. Axı, niyə ayrılıqlar düşmənçiliyə çevrilir? Problem ayrılmaqda deyil, daha dərindədir.

Məsələ ailə qurandan sonra bir-birini anlamaq və yaxud anlamamaqdadır. İnsanlar bir-birini düşmənçiliyə təhrik etməməlidirlər. Çünki ortada uşaq var. Ayrıldıq, niyə düşmən olaq?!

Mən heç vaxt qarşı tərəflə düşmənçilik iddiasında olmamışam. Yadıma gəlmir ki, onun haqqında hansısa saxta məqalə sifariş edib, yazdırım. O, uşağımın atasıdır.

- Qızınız Fidan atasıyla görüşürmü?

- Xeyr, qadağa qoymuşam. Bunun ciddi səbəbləri var. Fidan elə bir yaşdadır ki, hekayəmi dürüstülklə, ədalətli şəkildə bilir. Qızım bilir ki, heç kimin pis təbliğatını aparmamışam.

- Qızınız Türkiyədə təhsil alır. Yenə radioda çalışırmı?

- Bəli, univerisiteti bitirmək üzrədir, radioda çalışmaq tələbəlik dönəminin fəaliyyəti idi.

- Qızınız ad gününüzə gələcəkmi?

- Xeyr, Bakıya gələ bilmir, mən Türkiyəyə gedəcəm. Noyabrda da Fidanın doğum günü olacaq. Bəlkə ad günümüzü birlikdə qeyd etdik...

- Deyirlər ki, Bodrumda ikimərtəbəli villanız var...

- Bəlkə ətrafdan kiməsə hər şey asan gəlir. Amma mən həyatımı zəhmət üzərində qurmuşam. Hər kəsin gözünün içinə dik baxıram. Sözüm əsla başqasının zəhmətinə kölgə salmaq deyil, hər kəs özünə bir yol seçir. Türkiyədəki evim iki yox, bir mərtəbəlidir və onu da çoxdan almışam.

- Özünüz haqqında hansı şayiə sizi təəccübləndirib?

- İnsanlar vaxtilə təəccüblənirdilər ki, Tünzalə niyə yaylıqdadır? Yəqin saçı yoxdur. Üzü niyə görsənmir? Düşünürdülər ki, üzümdə problem var. Kökdür, yaxud arıq?..

- Həmkarınız Röya Ayxanla duet oxumaq fikriniz nə yerdədir?

- Doğrudan da neçə ildir bu mövzuda danışırıq. Röya Ayxan deyir ki, Tünzalə, ömrümü çürütdün, oxuyaq... Artıq üçüncü dəfədir müəllifi olduğum mahnını seçirik. Amma istəyirəm ki, mahnı hər birimizin ürəyincə olsun.

- "Səs Azərbaycan" yarışmasında münsif olan zaman xalq artisti Brilliant Dadaşova ilə problem yaşadığınız qeyd edilirdi. Bu nə dərəcədə doğru idi? Hazırda münasibətləriniz necədir?

- Yəqin ki, vizual görüntülər onu göstərirdi. "Səs Azərbaycan" yarışmasının formatı elə idi. Yarışda dörd münsif var idi və hər birimiz xoş danışsaq maraqlı çıxmazdı, kimsə əksinə getməlidir, ya yox?..

Brilliant xanımın və mənim, hər birimizin öz mövqeyimiz vardı. Bu mövqelərdə isə birləşən və birləşməyən öqtələrin olması təbiidi. Məncə, yarışmanın ən maraqlı buraxılışı bizim fikirlərimizin toqquşduöu veriliş idi.

Brilliant xanımla heç bir problemimiz yoxdur, onun səsini, mahnılarını sevirəm. Yarış emosional layihə idi, kulis arxası gərginliklər olurdu. Amma elə xarakterə sahibəm ki, mövqeyimi dəyişmirəm.

Bir peşəkar kimi qarşımda olan ifaçıya arqumentli şəkildə mövqeyimi bildirdim və gəncə fayda verəcək şəkildə mesaj ötürdüm.

- Tədbirlərin birində küsülü həmkarınız Aygün Kazımova ilə də bir araya gəlmişdiniz.

- Bəli, bir araya gəlmişdik, çünki Azərbaycan mədəniyyətinin təmsilçiləri idik. Mən həmişə deyirəm, kiməsə "Allah ürəyinə görə versin" deyəndə ürəkdən "amin" səslənə biləsən. Heç vaxt kiməsə nə düşmənçilik mövqeyində olmuşam, nə arxasınca danışmışam, nə də üz-üzə gələndə qeyri-etik davranmışam. Nə görmüşəmsə unutmağa çalışmışam... Mən sülhsevər insanam, düşmənçilik heç kimə fayda gətirmir.

- Tünzalə xanım pislikləri tez unudur?

- Bəli, pislikləri tez unuduram. Belə bir söz var, " Allahı və ölümü unutma, Sənə edilən yaxşılğı və pisliyi unutma".

- İranda Əxlaq Polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əmini haqda dünya ulduzları paylaşım etilər, saçlarını kəsdilər. Sizin qadın kimi fikriniz maraqlıdır.

- Mən də belə aksiyaların tərəfdarıyam. Məhsa Əmininin ölümündən çox sarsıldım. Bizim orada soydaşlarımız var. Bu, çox böyük faciədir. Lazım olsa, qadın azadlığı, qadın birliyi üçün biz də aksiyaya qoşularıq.

Orada tarixi torpaqlarımızın möhtəşəm gözəliyi var, Təbrizin, Ərdəbilin dəyərini kənara qoya bilmərik. Mənim ana tərəfim Cənubi Azərbaycanlıdır. Anamın atası uşaq olanda Bakıya köçüb, buradan da Tovuza... Tovuzda evlənib, anam dünyaya gəlib. Belə bir hekayəmiz var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 03:56
Cahangir Əsgərov Azərbaycanı tərk edib: Bankda görün nə qədər pulu varmış… - İLGİNC
Bu gün, 03:53
Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb - "Fox Business"
Bu gün, 03:49
Moskvanı narahat edən Bakı gedişi – Zelenski birbaşa əlaqəyə keçdi
Dünən, 18:02
Ermənistandan sürpriz Zəngəzur mesajı: - Bir addım qaldı
Dünən, 18:00
Atasının qətlini sifariş verən Fərəc Fərəcova hökm oxundu
Dünən, 17:51
"Bəzən gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir"
Dünən, 17:48
Qadın kassirlər fəhlə kimi işlədilir - Ekspert xəbərdarlıq edir
Dünən, 17:44
Məhkəmə Vətən müharibəsi qazisinə bu cəzanı verdi - TƏFƏRRÜAT
Dünən, 17:42
Sülh prosesində İran və Rusiya FAKTORU: - Ermənistanın durumu çətindir
Dünən, 17:39
Telekommunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib
Dünən, 17:34
"Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" - "Azercell"dən ŞİKAYƏT
Dünən, 17:31
Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir - GƏLİŞMƏ
Dünən, 17:26
Rusiyanın İÇİNDƏ SIXILAN AZƏRBAYCAN QAZI... - ONSUZ DA...
Dünən, 17:22
Azərbaycanda kişi istidən öldü - TƏFƏRRÜAT
Dünən, 17:17
Bu artıq sıradan müharibə deyil – Böyük ərazinin tam işğalı başlayır
Dünən, 17:14
İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi - TƏFƏRRÜAT
Dünən, 17:08
Tikintiyə sərf edilən vəsaitin 82%-i işğaldan azad olunan rayonların payına düşüb
Dünən, 17:03
“Atəşgah” Sığorta Şirkəti”nin İdarə Heyətində dəyişiklik
Dünən, 17:00
Ağ Şəhərdə “kupça”sız sakinlərdən məcburi parkinq haqqı – “Evimizi almışıq, küçədə yer tapmırıq”
Dünən, 16:58
Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb - Shamshyan.com
Dünən, 16:56
ABŞ Rusiyanın nüvə bazaları istiqamətinə kəşfiyyat təyyarəsi göndərib
Dünən, 16:54
Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı - DETALLAR
Dünən, 16:06
Məktəbli formalarının qiymətləri artacaq? - RƏSMİ
Dünən, 16:04
Tramp Əliyev və Paşinyanı qonaq edəcək - Dünya sülhü gözləyir
Dünən, 15:59
Bakıda köşk işçisini aldatdılar: - Üzərində “etibarsızdır” yazılan dollarlar alıb
Dünən, 15:58
Rusiyada həbs olunan Azərbaycan diasporunun rəhbəri istintaq təcridxanasında hansı şəraitdə saxlanılır
Dünən, 15:52
Dövlət Məşğulluq Agentliyi “Azpetrol”dan 137 min manatlıq benzin alacaq - TƏFƏRRÜAT
Dünən, 15:48
Dini düşmənçilikdə ittiham olunan İmamverdi Əhmədova hökm oxundu
Dünən, 15:45
Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? - Yusif Pezeşkian
Dünən, 15:43
Ermənistanda PANİKA: Trampla görüşdən sonra... – Moskvanın ilginc təxribat planı
Dünən, 15:38
Bu ilin yeddi ayında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
Dünən, 15:35
Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən sabiq vəzifəlisinin məhkəməsi başlayıb
Dünən, 15:32
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Dünən, 15:00
Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ... - İLGİNC FAKTLAR...
Dünən, 14:59
Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir - “İşləmək istəyirəm, çarəsiz qalmışam...”
Dünən, 13:42
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib - “X”
Dünən, 13:32
Putin Kremldə Uitkoffu qəbul edir - KİV
Dünən, 13:10
“Qarabağ”ın təklifini geri çevirdi, bu kluba “HƏ” söylədi
Dünən, 13:03
Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA – QALMAQAL
Dünən, 12:54
Moskva üçün tək çıxış yolu İrəvanda çevriliş etməkdir... - AKTUAL
Dünən, 12:50
Hərbi Prokurorluqda yeni təyinat - ƏMR
Dünən, 12:47
Penitensiar Xidmətin Alay komandiri vəfat edib
Dünən, 12:45
Ekologiya naziri postuna 3 namizəd var - AKTUAL
Dünən, 12:38
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:29
“Qarabağ” Çempionlar Liqasına vəsiqə QAZANA BİLƏR
Dünən, 12:26
İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə – Görün nələr yazılır
Dünən, 12:22
Həyat yoldaşını 9 dəfə bıçaqlayan şəxs ifadə verdi - MƏHKƏMƏ
Dünən, 12:19
Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib - VİDEO
Dünən, 12:12
Geosiyasi reallıqlar dəyişib: - Rusiya Azərbaycana qarşı əvvəlki gücdə deyil
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru