Gözdən əlil şəxsin şikayəti təmin olunmadı .....                     “A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu .....                     Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib .....                     Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” .....                     AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı .....                     Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? .....                     4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ .....                     Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: .....                     Bakı və Ankara koordinasiyanı gücləndirir .....                     “Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb .....                     Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir .....                     Yoldan bank kartı tapdı: .....                     “Milyonların həyatına son qoyan adam...” .....                     Deputatın oğlu yeni şirkət yaratdı .....                     Məhur aparıcıdan şok ETİRAF .....                     Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib .....                     Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib .....                     Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin .....                     “Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” .....                     Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək .....                     “Xalq Həyat”da təyinat olub .....                     İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir .....                     İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar .....                     “Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, .....                     “Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... .....                     Məktəblərdə fransız dili ləğv olunur? .....                     Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb .....                     Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR .....                     Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender .....                     Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb .....                     Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin .....                     Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında .....                     20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb .....                     11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi .....                     Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur .....                     Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var .....                     "Heç bir işlə təmin edilmədim" .....                     Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı .....                 

Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir - NƏ ETMƏLİ?
Tarix: 8-12-2022, 08:59 | Çap et
Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir
Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir. Korrupsiya, rüşvət, yeyinti (özü də mədəniyyət sahəsində!) halları ilə bağlı araşdırmalar başa çatmamış, indi də yaşlı aktyorların teatrdan uzaqlaşdırılması məsələsi gündəmə gəlib. DİA.AZ qeyd edir ki, məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb. Millət vəkili Aqil Abbas teatr direktorlarının özlərini ağa kimi apardığını deyib: “Son zamanlar teatrlardan müraciətlər çoxdur. Yaşlı aktyorları məcburi qaydada təqaüdə göndərirlər. Sənətkarın yaşı olmur. Şairə demək olar ki, 85 yaşdan sonra şeir yazma? Sənətkar yaradıcı adamdır.

Aktyor da eləcə. Xüsusilə Gənc Tamaşaçılar Teatrı və başqalarından söhbət gedir. Mədəniyyət Nazirliyi bu işə əncam çəkməlidir. Teatr direktorları özlərini ağa kimi aparırlar. Tariyel Qasımov Azərbaycanın ən böyük aktyorlarından biridir, onu istefaya göndəriblər. Eləcə də başqalarını. Seyid Şuşinski, Xan Şuşinski neçə yaşına kimi oxuyub, o halda onlara deyərdik ki, oxuma?! Teatrları veriblər direktorların əlinə, onlar da istədiyi kimi davranır. Mədəniyyət Nazirliyi bu məsələyə diqqəti artırsın”. İndiyədək Gənc Tamaşaçılar Teatrından Xalq artisti Lətifə Əliyeva, Yasin Qarayev, aktrisa Məsumə Babayeva işdən çıxarılıb.

Xalq artisti Tariyel Qasımov millət vəkili Aqil Abbasın səsləndirdiyi fikirlərin həqiqət olduğunu deyib: “Sağ olsun ki, sənətkarları düşünərək, onların müdafiəsinə qalxıb”. Bu sözləri Xalq artisti Tariyel Qasımov deyib. Xalq artisti Azərbaycanda yalnız bir teatrda yaşlı aktyorların işdən çıxarıldığını deyib: “Azərbaycanda hər zaman yaşlı aktyorlar səhnədə olub. Rəhmətlik Ağasadıq Gəraybəyli 90 yaşını keçmişdi, gözləri görmürdü, amma səhnədə parlaq obrazlar yaradırdı. Rafiq Əzimovun 84 yaşı var, amma teatrda çalışır. Çoxdur belə aktyorlarımız. Yalnız Gənc Tamaşaçılar Teatrında yaşlı və ömrünü səhnəyə həsr edən sənət adamları işdən kənarlaşdırılır. Bunun da səbəbkarı həmin teatra təyin olunan direktordur. O xanım direktor kimə arxayındır, arxasında kim dayanır, bilmirəm. Hər halda nazirlik buna göz yumur. O, digər yaşlı sənətkarlar kimi məni də teatrdan çıxardı. Gəldi ki, səninlə işləmək istəmirəm, vəssalam.

Çünki istedadlı insanlarla, sənətkarla işləmək çətindir. Dünyanın heç bir ölkəsində sənətkara qarşı belə davranış olmayıb. Hətta xəstə aktyorları belə hörmət-izzətlə teatra gətiriblər. Həmin aktyorun səhnəyə çıxması bəs edib ki, o tamaşa anşlaqla keçsin”.

Yaranmış vəziyyətlə bağlı “Şərq”lə fikirlərini bölüşən yazıçı-publisist Nəriman Əbdürrəhmanlı qeyd etdi ki, hər bir sənət ocağında nəsil dəyişməsinin baş verməsi labüddür, lakin bu dəyişikliyin mümkün qədər ağrısız və ya az ağrılı olmasına çalışmaq lazımdır:

- Yaradıcı təşkilatların imkanları sonsuz deyil. Nəsil dəyişməsi labüddür. Yaşlı aktyorlar öz yerini gənclərə verməlidir. Onlar daim səhnədə qalmaq istəyirlərsə, bəs gənc aktyor nəsli harada, necə yetişsin? Mən bu məsələdə gənclərin tərəfindəyəm. Lakin yaşlı aktyorların teatrdan, səhnədən və sənətdən tamamilə təcrid edilməsinə qarşıyam. Gənc aktyorlarla yaşlı aktyorlar arasında balans yaradılmalıdır. Elə bir balans ki, həm gənclərə qayğı göstərilsin, həm də ömrünü, həyatının illərini teatra, sənətə həsr etmiş aktyor və aktrisalara. Bunu necə etmək olar? Bu yolla ki, yaşlı aktyorlarla yaradıcılıq müqavilələri bağlansın, onlar da tamaşalara cəlb edilsin, onlara da uyğun rollar həvalə edilsin. Sənətkarlar kövrək, dəymə-düşər, tez inciyən, küsən olur. Yaşlı aktyorları incitmək, onları sənətdən, həyatdan küsdürmək olmaz. Yaradıcı təşkilatlar yaşlı aktyor və aktrisaları həm tamaşalara cəlb edə bilər, onları efirə, kinostudiyaya istiqamətləndirə bilər. Televiziyalar, kinostudiya onların imkanlarından isitfadə edə bilər.

Məsələn, səsləndirmədə, dublyajda. Televiziya tamaşalarında, filmlərdə onlara rol tapşırılsın. Aktyorluq sənətinin tələb olunduğu sahələrə cəlb edilsinlər. Teatrda da bu aktyorlar müqavilə ilə işləməkdə davam edə bilər. Pyeslərdə yaşlı obrazlar da olur və aktyorlara bu rollar təklif edilməlidir. Şərt deyil ki, bir aktyor ömrünün sonunadək teatrda ştatda qalsın. Belədə gənc nəslə yer olmayacaq, gənclərə imkan yaranmayacaq. Yaşlı aktyorlar özləri gənc aktyorların yetişməsində, təcrübə toplamasında maraqlı olmalıdır.

Amma yaşlıların daha gənc olanlarla əvəzlənməsi prosesi yumşaq aparılmalıdır. Aktyorları sənətdən incik salmaqla yox. İstedadlı aktyorlarımız özləri başa düşməli və qəbul etməlidirlər ki, həyat davam edir, nəsillər bir-birini əvəzləyir. Onların çoxu səhnədə öz sözünü deyib artıq.

Vaxtilə onlara yaradılan imkanlardan da bəhrələniblər. İmtiyazlardan istifadə ediblər.

Əksəriyyəti fəxri ad alıb. Artıq cavanlara yol açsınlar ki, cavanlar da yaradıcılıq imkanlarını nümayiş etdirə bilsinlər. Hesab edirəm ki, belə olarsa yaşlı aktyorlar inciməz, gənc istedadların da yaradıcılıq imkanları genişlənər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gözdən əlil şəxsin şikayəti təmin olunmadı - MƏHKƏMƏ
Bu gün, 18:05
“A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:03
İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu - LƏĞV OLUNMUŞ TENDER, DETALLAR
Bu gün, 18:01
Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib - QƏRAR
Bu gün, 17:55
Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:50
AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı – Rusiyada Azərbaycan diasporasına qarşı təzyiqlər artır
Bu gün, 17:44
Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? - AKTUAL
Bu gün, 17:42
4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ hansı CƏZA VEİLƏCƏK?
Bu gün, 17:38
Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: - “Qurban kəsəcəyəm”
Bu gün, 17:30
Bakı və Ankara koordinasiyanı gücləndirir - İNCƏLƏMƏ
Bu gün, 17:26
“Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb
Bu gün, 17:05
Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir - ARAŞDIRMA
Bu gün, 16:57
Yoldan bank kartı tapdı: - "28 Mall"da xərclədiyi üçün cəzalandırıldı
Bu gün, 16:14
“Milyonların həyatına son qoyan adam...” – Qızı Putini tənqid edib
Bu gün, 16:12
Deputatın oğlu yeni şirkət yaratdı
Bu gün, 16:10
Məhur aparıcıdan şok ETİRAF - “Qadın cərrahın yanına getmərəm”
Bu gün, 16:09
Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib
Bu gün, 16:06
Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 16:05
Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır
Bu gün, 15:57
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 15:53
“Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” - Anar
Bu gün, 15:43
Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək - TƏFƏRRÜAT
Bu gün, 15:40
“Xalq Həyat”da təyinat olub
Bu gün, 15:37
İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir
Bu gün, 15:30
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Bu gün, 15:28
“Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, Trampın bu işdə heç bir rolu yoxdur”
Bu gün, 15:21
“Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... - Cəmi-cümlətanı...
Bu gün, 15:14
Məktəblərdə fransız dili ləğv olunur? - Müəllimlərin narazılığına CAVAB
Bu gün, 15:06
Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb - Zelenskinin Ofisi
Bu gün, 14:59
Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR - "datalex.am"
Bu gün, 14:57
Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:50
Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb
Bu gün, 13:08
Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib
Bu gün, 13:02
Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında - BORCLU ŞİRKƏT DƏ VAR
Bu gün, 13:01
20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb - RƏSMİ
Bu gün, 12:59
11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:56
Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur - SOCAR
Bu gün, 12:51
Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:47
"Heç bir işlə təmin edilmədim" - Nazirlik də ALDATDI?
Bu gün, 12:46
Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı
Bu gün, 12:40
Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... - ŞƏRH
Bu gün, 12:38
"Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" –Sabiq təhsil nazirindən deputata CAVAB
Bu gün, 12:34
Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa 1 milyon manata yaxın pul vermək istəyir
Bu gün, 12:31
Azərbaycanla Ermənistan arasında memorandum İMZALANACAQ
Bu gün, 12:22
Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: - "Münasibətlər süni intellekt kimi olub!”
Bu gün, 12:21
Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… - AKTUAL
Bu gün, 12:19
Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 12:15
Bank rəhbərliyindən holdinqə transfer oldu - BUNDAN SONRA...
Bu gün, 12:13
Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR - KİMƏ LAZIMDIR AXI?..
Bu gün, 12:03
Lerikdə 407 minlik tender ləğv olundu - SƏBƏB
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru