"Heç kəs mənə qarşı nə hörmətsizlik, nə də saymazlıq edə bilməz"
Tarix: 12-12-2022, 09:58 | Çap et
 Məşhur müğənni Elnarə Xəlilova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir: - Elnarə xanım, nə vaxt sizinlə danışırıq, ya klip çəkilişlərində olursunuz, ya da ki, digər sənət layihələrinizə hazırlaşırsınız. Həqiqətən də sizdən çox klip çəkdirən sənətçi yoxdur. Amma təəəssüflər olsun ki, həmin klipləri yutub platformasından başqa heç bir yerdə görmürük... - Kliplərimi televiziyalar ara-sıra nümayiş etdirirlər. Məsələn, 2 gün öncə Space tv-də getdi. Hətta çəkib vatsap statusumda da paylaşmışdım. Bundan başqa Tmb-də və Mtv-də də tez-tez gedir. Yenə də klip çəkilişindəyəm. Bu dəfə sözləri Kəmalə Rüstəmzala, musiqisi isə Aynur Adilqızına aid olan “Yeni il” mahnısına klip çəkdirirəm. Bu layihədə El Yaradıcılıq Mərkəzinin 15-ə yaxın üzvü iştirak edir. - Siz bu mərkəzdə tələbələr yetişdirirsiniz. Onlar üçün də təmənnasız işlər görürsüz. Ötən müsahibələrimdən birində dünyagörmüş bir sənətkara deyəndəki filankəs dərs deyir, cavabında dedi ki, o özü nə bilir ki, tələbəyə də nəsə öyrətsin? Sizcə pedaqoji fəaliyyətlə məşğul olmaq, dərs demək üçün mütləq qoca yaşda olmaq lazımdır? - Hər kəsin fikrinə hörmətlə yanaşıram. Əminəm ki, mənim də öyrədə biləcəyim nələrsə var. O boyda konservatoriya bitirmişəm, xalq artistlərindən dərs almışam. Magistr dərəcəm olduğu üçün pedaqoji fəaliyyətlə də məşğul ola bilərəm. Hər halda mənim yetişdirdiyim sənətçilər də göz qabağındadırlar. Avroviziya səhnələrinə qədər gedib çıxıblar. Onların da nümunə üçün göstərə bildikləri tələbələri varsa buyurub göstərsinlər. - Çoxuşaqlı ana olmağınız hər dəfə müzakirə olunur. Bu sizin sənətinizə mane olmursa, belə olan vəziyyətdə belə azuşaqlı, subay müğənnilərdən çox işləyirsinizsə, bu kimləri narahat edir? - Bunu bilmirəm, amma mənim heç kəsi narahat etmək niyyətim yoxdur. Heç kəsin əlini-ayağını tutmamışam. İstəyirlər işləsinlər, istəyirlər dünyaya övlad gətirsinlər. Hamısına uğurlar arzu edirəm. - Sizcə sənətdə hansı lazım olmayan şeylər çoxdur və lazım olan şeylər isə çatışmır? - Sənətdə elə sənətin özü çatışmır. Mən hər zaman özümü sənət fədaisi adlandırıram. Çünki nə olursa olsun, sənətimə hər zaman vaxt, pul, enerji, əmək sərf edənlərdənəm. Hamıya da bunu arzu edirəm. - Elnarə xanım, siz efirlərə gedəndə "mənimlə birlikdə qonaq kim olacaq?" deyə soruşursunuz? Olmadı elə, oldu belə, bəyənmədiyiniz ifaçı olarsa durub gedərsinizmi?
- Mən efirlərə gedəndə qoyduğum yeganə şərt tələbələrimlə gələcəyəm şərtidir və bunu hər kəs bildiyi üçün elə məni hər zaman onlarla dəvət edirlər. Ona görə də bir verilişdə başqa heç kimə, heç bir müğənniyə yer qalmır (gülür). - "W-trio" sizə nə qazandırdı? - “W-trio” ilk növbədə mənə Vaqif Gərayzadəni qazandırdı. Bu gün də dostluğumuz davam edir və bu gün də hər bir başlanğıclarımda böyük kimi o mənim yanımdadır. Mərkəzimizə də qonaq dəvət etmişdik. Sağ olsun, bizi qırmadı gəldi. Tələbələr də onu çox sevdilər. O da onları. - Tək Vaqif Gərayzadəni?
- Dəvəti nəzərdə tutursunuzsa həmkarlarımın hər birinə qapımız açıqdır. Dostluğu nəzərdə tutursuzsa-bəli, “W-trio” mənə yalnız Vaqif Gərayzadəni qazandırdı. - Deyirlər ki, insanın ən yaxın dostu həyat yoldaşıdır. Siz necə, həyat yoldaşınızla dost ola bilmisiniz? - Mənim həyat yoldaşım bu həyatda hal-hazırda dayana biləcəyim, söykənə biləcəyim bəlkə də yeganə adamdır. İlk növbədə o mənim dostumdur, sirdaşımdır. Çox şadam ki, onunla hər mövzuda çox rahat şəkildə debat apara bilirəm.
- Elnarə Xəlilova həqiqətən də hamı ilə dil tapan, çox yola gedən bir insandır. Bu illər ərzində kimlərlə dil tapa bilmədiniz? - Elnarə Xəlilova hamı ilə dil tapan, ünsiyyəti sevən, dostluq etməyi bacaran, olduqca mehriban və gülərüz, ürəyi yuxa insandır. Və çox zaman onun bu xüsusiyyətlərindən sui-istifadə edə bilənlər tapılır. Amma onlar bilsinlər ki, mən heç kəsə haqqımı və hüququmu tapdalamağa icazə verə bilmərəm. Heç kəs mənə qarşı nə hörmətsizlik, nə də saymazlıq edə bilməz. Ehtiyac olarsa hüquqlarımın müdafiəsi üçün hüquq mühafizə orqanlarına belə müraciət edə bilərəm. Bunu bu gündən belə hər kəs belə bilsin və davranışlarına diqqət etsin.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Bu gün, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
|