ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                 

"Film çəkmişəm, ondan heç bir xəbər yoxdu, siz də deyirsiz ki..." - Ayaz Salayev
Tarix: 27-12-2022, 10:17 | Çap et
"Film çəkmişəm, ondan heç bir xəbər yoxdu, siz də deyirsiz ki..."
"Başa düşmürəm, balaca bir iclas niyə böyük səs-küyə səbəb olur... Millətin taleyi Laçın yolunda həll olunur. Ona görə bu cür söhbətlərin belə maraq doğurmasını anlamaqda çətinlik çəkirəm. Bu gün filmlər çəkilmir, çəkiləndə də zəif çəkilir. Belə bir şəraitdə İttifaqın daxili işi olan bir məsələ niyə birdən-birə belə maraq kəsb edir? Görünür, dəyərlər dəyişir, başqalaşır".

DİA.AZ bildirir ki, bu fikirləri Teleqraf.com-a müsahibəsində Əməkdar incəsənət xadimi Ayaz Salayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) iclasında baş verənlərə münasibət bildirərkən deyib.

ARKİ üzvü olan Ayaz Salayevlə müsahibəni təqdim edirik.

- Ayaz müəllim, ötən həftə ARKİ-də keçirilən iclasın məqsədi, məramı nə idi?

- Bunu təşkil edənlərdən soruşun. Çoxdandır yığışmamışdıq, nəhayət, bir yerə toplaşdıq. Getdik, oturduq, söhbətləşdik, bu, yarım saat davam etdi. Bir iclasdan niyə bu qədər yazılsın? Nə maraq var?

- Bu iclas cari məsələlər ətrafında olsaydı, məsələ bu qədər gündəmə gəlməzdi. Xalq artisti Şəfiqə Məmmədovanın ümumi səsvermə olmadan yenidən sədr seçilməsi barədə xəbər ittifaq üzvlərini narazı salıb...

- O seçki deyildi. Biz sadəcə Şəfiqə xanıma münasibətimizi bildirdik, bu, dəstək iclası idi. Mən oradan maaş almıram və ittifaqda heç bir xeyrim də yoxdur. Özümün min dərd-sərim var. Film çəkmişəm, heç onun səs-səmiri gəlmir, o barədə heç kim zəng eləyib nəsə soruşmur. Amma bu məsələ ilə əlaqədar mənə neçə gündür ard-arda zənglər gəlir.

- "Torpaq" filmini nəzərdə tutursunuz? O barədə sizinlə danışmışıq.

- Bəli, xatırlayıram. Mən ümumən deyirəm.

- Görünür, bu hər zaman ARKİ-ni müdafiə etdiyinizə görədir.

- Mən ittifaqı ona görə müdafiə edirəm ki, bu, yad qurum deyil. Mən qurum həvəskarı da deyiləm. Sabah ordan da çıxa bilərəm. Bu mənim həyatıma nəsə əlavə etmir və nəsə də həyatımdan almır.

- Ayaz müəllim, ittifaqın fəaliyyəti sizi qane edir?

- (Düşünür) Bundan yaxşı da fəaliyyət göstərə bilərdi. Sualınıza cavabım: yox...

- Bəs niyə ittifaqın üzvüsünüz?

- Vaxtilə seçilmişəm. Çünki müəyyən səbəblər var idi. Bununla bəzi məsələlərə münasibətimi bildirmiş oldum. O vaxtlar başqa bir qurumun yaranmasına zəmin yaranmışdı. Mən ürəklə, canla-başla ora gedirdim.

İndi kino çox bərbad vəziyyətdədir. Düşünürəm ki, bu cəmiyyətdə, bugünkü tarixi reallığımızda kinonun əhəmiyyəti dərk olunmayıb. Bu, qurum, agentlik, islahat söhbəti deyil. Bu, daha dərin, fəlsəfi söhbətlərdir. Mən bu amalla yaşayıram.

- Beyinlərdə düşünülənlər əməli işə çevrilməsə heç nə başa gəlməyəcək. Şüura təsir etməkdən danışırsınız, bunu anlayıram, amma son nəticədə hərəkətə keçilməlidir ki, ortalıqda nəsə olsun.

- Düzdür. Amma mən nəyə görə başqaları üçün cavabdeh olmalıyam? İttifaqdan maaş almıram, orda işləmirəm.

- İdarə heyətinin üzvü olduğunuz üçün bu, sizin çiyinlərinizə də məsuliyyət yükləyir.

- Mən orda hansısa bir vəzifədə olsaydım, bəli, məsuliyyət daşıyardım, cavabdeh də olardım.

- Demisiniz ki, sədr vəzifəsinə Şəfiqə Məmmədovadan başqa alternativiniz yoxdur.

- Siz mənə hansısa bir adamın adını çəksəydiniz, deyərdim.

- Sizi dəstəkləyənlər də az deyil.

- Yox. Mənim 62 yaşım var. Həyatımın mənası film çəkməkdir. Bədii film çəkmək də insandan çox böyük enerji istəyir. Ona görə hazırda məndən enerji aparan nə varsa ondan uzaqlaşıram.

Hətta Mədəniyyət və İncəsənət Universitetində dərs demək də mənə əlavə əziyyətdir. Sadəcə istedadlı gənclərə görə dərslərə davam edirəm. Daha televiziyada veriliş də aparmaram.

- Üzv olaraq ittifaqdan qayğı görə bilmisinizmi?

- Məsələn, iyun ayında "Torpaq" filminin nümayişində ittifaqın rolu oldu. Təşkilati işlərdə kömək göstərdilər. İttifaq üzvlərinə dəstək verir.

Amma sədr indikindən daha yaxşı işləyə bilərdi. Yenə deyirəm, bu mənim həyatımın mövzusu deyil. Mən bundan danışanda özümü vəziyyətin sahibi kimi hiss etmirəm. İşin içində də deyiləm. Şəfiqə xanımı ona görə dəstəkləyirəm ki, Azərbaycan kinosunda öz yeri, öz çəkisi var.

- Hər üzv də sizin kimi yanaşmır. Haqlı olaraq quruma ayrılan maliyyənin hara xərclənməsi ilə bağlı narahatlıqları var.

- Bunun üçün xüsusi nəsə yaradılsın, yoxlanılsın. Amma yenə deyirəm, mən bu haqda qətiyyən düşünmürəm. Həmişə özümə arxalanmışam. Kinomuzda heç kimdən böyük dəstək görməmişəm. Gözləmirəm də...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru