“Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC -nin direktoru Fəda Abbasovun yerlərdəki kadrları dövlət büdcəsini rəsmən dağıtmaqla məşğuldurlar. "DİA-AZ" xəbər verir ki, bu barədə günü gündən artan şikayətlər də belə deməyə əsas verir ki, “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC adından DÖVLƏT BÜDCƏSİ rəsmən QARƏT OLUNUR.
Bu qəbildən olan növbəti şikayəti təqdim edirik...
"DİA-AZ"a yazan narazı vətəndaş şok faktları açıqlayaraq bildirir:
"Mən Vəliyev Novruz Paşa oğlu Qazax rayonunun Daş-Salahlı kəndində yaşayıram. Mənə məxsus evimdən 88 baş xırda buynuzlu heyvanlarım Kənd Təsərrüfatı Nazirliyinə məxsuz “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC-nin dələduzları mənimsənilib. Mənə məxsus olan heyvanlar Ağstafa rayonu ərazisindəki Ceyrançöl deyilən yerdə olan 8 nömrəli fermaya aparılıb.
Sonradan aydın olur ki, sən demə, bu işi təşkil edənlərin 620 baş heyvan əskiyi olub və buna görə də mənimlə bərabər daha bir neçə nəfərin heyvanını aldadaraq ələ keçirib, dövlətin heyvanı kimi təqdim ediblər.
Bu işdə xüsusi olaraq iştirak edənlər “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC-nin nümayəndəsi kimi çıxış edən Əzim və Əziz qardaşlarıdır ki, onlar da vəzifəli şəxs olan Elmanın qaynı Nöfəllə birgə heyvanlarımızı aparıblar və bizə pul vədi veriblər.
Qeyd edim ki, bizim heyvanları həmin fermada təhvil alanlar həmin Elmanın qaynı Aqil və cobanları Yusif və Elşən adlı şəxslər olublar.
Günü bu gün də bizə məxsus olan heyvanlar 8 saylı fermada saxlanılır".











