AZƏRBAYCANIN NATO ALVERİ
Tarix: 13-11-2011, 15:14 | Çap et
NƏDƏN RƏSMİ BAKI TİFLİS QƏDƏR İSRARLI DEYİL?
Cənubi Qafqazda bu həftənin ən önəmli hadisəsi sırasında NATO baş katibi Anders Foq Rasmussenin Gürcüstana rəsmi səfərini qeyd etmək olar. Bu səfər NATO-nun qapılarının Gürcüstanın üzünə qapanmadığını göstərdi. Rasmussen üzvlüklə bağlı konkret tarix söyləməsə də, Tiflisdə В«Gürcüstan NATO-ya üzv olacaqВ» fikrini xüsusi vurğuladı. Bəs Azərbaycan? Rəsmi Bakı nədən NATO yolunda Tiflis qədər fəal deyil? GÜRCÜSTAN İRƏLİDƏDİR... 2008-ci ildəki Rusiya-Gürcüstan savaşı Tiflisin NATO-ya üzvlük istəklərini bir qədər arxa plana keçirmişdi. ABŞ-ın dəstəyinə baxmayaraq, Fransa və Almaniya Gürcüstan və Ukraynanın NATO üzvlüyü üçün tarix verilməsinin erkən olduğunu vurğuladılar. Ancaq NATO yalnız Fransa və Almaniyadan ibarət deyil. Əlbəttə, Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməməsi NATO yolunda ən böyük əngəldir və Kreml də məhz bu kartdan istifadə edərək, Abxaziya və Cənubi Osetiya separatçılarına hər cür dəstək verir. Buna baxmayaraq, Brüssel Rusiyanın bu süni maneəsi ilə sonsuzadək hesablaşmaq fikrində deyil. Elə Rasmussen də Tiflisdəki açıqlamasında, Rusiyaya işarə edərək, В«NATO üzvü olmayan ölkə qurumun genişləndirilməsi prosesini əngəlləyə bilməzВ» ifadəsini işlədib. Rasmussenlə görüşdən məmnun ayrılan Gürcüstan Parlamentinin spikeri David Bakradze də ölkəsinin NATO üzvlüyünə həmişəkindən çox yaxın olduğunu söyləyib. Tiflis 3 il bundan öncə NATO-nun Buxarest sammitindən nəticəsiz ayrılmışdı. Həmin sammitdə Gürcüstana üzvlük tarixi verilmədi. NATO-nun növbəti sammiti Çikaqoda keçiriləcək. Rasmussenin səfərindən sonra Gürcüstan hakimiyyətinin Çikaqo sammitinə ümidi artıb. Həqiqətən Gürcüstan NATO-ya üzv olmaq üçün üzərinə götürdüyü bütün öhədlikləri yerinə yetirməyə çalışır, orduda gərəkli islahatlar aparır, Şimali Atlantika Blokunun standartlarını tətbiq edir, Fərdi Tərəfdaşlıq Proqramını uğurla həyata keçirir və s. Ancaq NATO bununla kifayətlənmək fikrində deyil. Rasmussen Gürcüstanda 2012-ci il parlament və 2013-cü il prezident seçkilərini diqqətlə izləyəcəklərini vurğulayıb. Yəni Gürcüstanın NATO-ya üzvlüyü məsələsində bu ölkədəki siyasi və iqtisadi islahatların sürəti və dərinliyi də nəzərə alınacaq. ...ARDINCA AZƏRBAYCAN GƏLİR Gürcüstan NATO yolunda böyük addımlarla irəliləyərkən, Azərbaycan yerində sayır. Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlıq Proqramını bir neçə dəfə təkrarlayıb. Halbuki, yeni mərhələyə keçmək lazım idi. Bir işi iki dəfə görməyin nə əhəmiyyəti var? Rəsmi Bakı sanki bununla sadəcə vaxtı uzatmağa çalışır. NATO rəhbərliyində əməkdaşlığın hazırki vəziyyəti ilə bağlı narahatlıq var. Təsadüfi deyil ki, NATO rəhbərliyinin dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev yaxınlarda Brüsselə səfər etməlidir. Bu səfər Azərbaycaycan-NATO əməkdaşlığının növbəti mərhələsinə aydınlıq gətirməlidir. Rəsmi Bakı NATO ilə münasibətlərdə hələ də Rusiya amilini nəzərə alır. Ancaq bu siyasəti qeyri-müəyyən vaxtadək uzatmaq çətin olacaq. Birincisi, Avropa Birliyi NABUCCO və Transxəzər layihələrini hərəkətə gətirmək istəyir. Rəsmi Bakı yaxın günlərdə bu layihələrə konkret münasibət bildirməlidir. Rusiya və İran bu iki layihənin əleyhinə olduğundan Azərbaycana təzyiqlərini artırıblar. Rəsmi Bakının bu təzyiqləri nəzərə alaraq Azərbaycana iqtisadi və siyasi mənfəət gətirəcək layihələrdən imtina etməsi yanlış olardı. Bu layihələrə yaşıl işığın yandırılması isə Azərbaycanın Avropa ilə təhlükəsizlik bağlarının gücləndiriməsini diqtə edir. Demək elə tək bu səbəbdən Azərbaycanın NATO ilə inteqrasiyanı gücləndirməsi vacibdir. İkincisi, Gürcüstanın yaxın gələcəkdə NATO üzvlüyü dəqiqləşərsə, bu Azərbaycan üçün də müəyyən katalizator rolunu oynaya bilər. Azərbaycanın yaxın ətrafda iki strateji müttəfiqi var, biri Türkiyə, digəri Gürcüstandır. Türkiyənin ardından Gürcüstan da NATO-ya üzv olarsa, Azərbaycanın Şimali Atlantika Blokuna üzv olmaqdan başqa alternativi qalmayacaq.
Elxan ŞAHİNOĞLU


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03 |
|
|
|
| • “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56 |
|
|
|
| • Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53 |
|
|
|
| • Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49 |
|
|
|
| • Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02 |
|
|
|
| • "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00 |
|
|
|
| • “Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55 |
|
|
|
| • Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53 |
|
|
|
| • Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50 |
|
|
|
| • Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46 |
|
|
|
| • Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31 |
|
|
|
| • Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26 |
|
|
|
| • ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24 |
|
|
|
| • ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21 |
|
|
|
| • Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11 |
|
|
|
| • ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08 |
|
|
|
| • Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56 |
|
|
|
| • DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53 |
|
|
|
| • Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42 |
|
|
|
| • Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31 |
|
|
|
| • "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02 |
|
|
|
| • “Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59 |
|
|
|
| • İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55 |
|
|
|
| • Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52 |
|
|
|
| • BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49 |
|
|
|
| • Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31 |
|
|
|
| • İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29 |
|
|
|
| • Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25 |
|
|
|
| • Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
| • Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49 |
|
|
|
| • AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46 |
|
|
|
| • “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37 |
|
|
|
| • Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32 |
|
|
|
| • Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29 |
|
|
|
| • Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16 |
|
|
|
| • “Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03 |
|
|
|
| • Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01 |
|
|
|
| • Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59 |
|
|
|
| • İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49 |
|
|
|
| • Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39 |
|
|
|
| • Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28 |
|
|
|
| • İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17 |
|
|
|
| • “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28 |
|
|
|
| • AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26 |
|
|
|
| • “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24 |
|
|
|
| • AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01 |
|
|
|
| • Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56 |
|
|
|
|