Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                 

AKTRİSAMIZIN FACİƏSİ
Tarix: 24-12-2012, 12:15 | Çap et
AKTRİSAMIZIN FACİƏSİ
"HƏYAT MƏNƏ ÇOX ACILAR YAŞADIB"

Aktrisa Dilarə Fərəcullayevanın Milli.Az-a müsahibəsi.

- Dilarə xanım, incəsənətə gəlişinizi necə xatırlayırsınız?

- Sözün düzü, evdə həkim olmağımı istəyirdilər. Amma mən incəsənətə, teatra, kinoya vurğun bir insan idim. Birtəhər valideynlərimi razı salıb sənədlərimi İncəsənət Universitetinə verdim. 1975-ci ildə Rza Təhmasibin kursuna qəbul oldum. 1979-cu ildə universiteti bitirdikdən sonra məni təyinatla Sumqayıt Dram Teatrına göndərdilər. Teatrda o vaxt baş rejissor Mərahim Fərzəlibəyov idi. O mənə “Arvadımın əri”, “Poladəridənlər” və bir çox uşaq tamaşalarında rollar vermişdi.

Səkkiz il mən bu teatrda çalışdım. Hər şey yeni başlamışdı, yaxşı gedirdi... Artıq mən ailə həyatı da qurmuşdum, övladlarım var idi. Amma onlar balaca olduqlarından məcbur oldum ki, bir müddət teatrdan ayrılıb, uşaqlarla məşğul olum. Üç ilimi uşaqlarla keçirdim, teatr üçün çox darıxırdım. Elə oldu ki, bir gün kurs yoldaşım, indi isə ən yaxın rəfiqəm olan aktrisa Nəsibə Eldarova ilə rastlaşdım, işləmək istədiyimi ona bildirdim. O isə mənə Hüseynağa Atakişiyevin Gənclər Teatrına gəlməyimi məsləhət gördü. Dedi, sən gəl, mən Hüseynağa müəllimlə danışaram, bizdə bir boş yer də olmalıdır. Nə isə, səhəri gün Gənclər Teatrına getdim. Hüseynağa müəllim Rza Təhmasibin kursunu bitirdiyimi öyrənib, elə o dəqiqə məni işə götürdü. Hüseynağa müəllim ildə beş-altı tamaşa səhnələşdirirdi. Mən bu teatra gəldiyim gündən o, Nəsibənin dublyoru rollarını mənə vermişdi. Gənclər Teatrında mən saysız-hesabsız tamaşalarda oynamışam. O günlər üçün çox darıxıram (kədərlə).

- Bu teatrdakı iş prosesi tamam fərqli idi, yoxsa indi çalışdığınız Gənc Tamaşaçılar Teatrı ilə oxşar cəhətlər var idi?

- Hüseynağa müəllimin öz dəst-xətti var idi. O bizi o vaxt səhnəyə çıxarırdı ki, artıq heç nəyə ehtiyac olmurdu. Hər bir şeyi aktyorun ixtiyarına verməyi bacarırdı. Biz səhnəyə çıxan zaman o heç nə demirdi, sadəcə, sakitcə dayanıb baxırdı.

- Bu teatrda ən yaddaqalan tamaşalar hansılar olub?

- Gənclər Teatrında elə bir tamaşa yox idi ki, indiyə kimi yadda qalmasın. Oynadığımız bütün tamaşalar bizim üçün yaddaqalan olub. Biz bir ailə kimi yaşayırdıq, intriqanın nə olduğunu bilmirdik. Hazırda çalışdığım teatrda dublyor olmaq zülmdür. Onlar deyirlər ki, əsilkar bizik. Bizdə belə şey olmayıb. Çox istəmişik ki, bir-birimizin dublyoru olaq. Hüseynağa müəllimin yoxluğu bizim üçün dərd-bəla olub. O bizim atamız, qardaşımız idi. Gənclər Teatrında “Ördək ovu” (Lyuba), “Anamın gəlinlik paltarı” (Pəri), “Xoşbəxt gün” (Qəmər nənə), “Maqbet” (cadugər), “Akter vekral” (xadimə), “Varlı qadın” (jurnalist), “İtkin ər” (Vanqa), “Qara qutu” (Mariya), “Tənha söyüd ağacı” (Zərnişan), “Ablelerin toyu” (mühasib) kimi tamaşalarda bir-birindən gözəl rollar oynamışam. Son illər isə Gənc Tamaşaçılar Teatrında “Buzovna kəndinin əhvalatları” (Xeyransa), “Oliver Tvist” (Beduin) və s. tamaşalarda çıxış edirəm.

- Sizi “Həkimlər” serialında da gördüm. Onu da deyim ki, həkim geyimi sizə çox yaraşır.

- Fikrimcə, aktyor olmaq daha şərəfli sənətdir. Aktyor olanda həkim də, müəllim də, bir sözlə, bütün sənətlərin sahibi ola bilirsən (gülür). Ümidvaram ki, seriallar bir-birinin ardınca çəkiləcək və mən də o seriallarda çəkiləcəyəm.

- Hazırda çalışdığınız yer yalnız teatrdır?

- Teatr mənim daimi çalışdığım iş yerimdir. Bundan başqa, tez-tez “Həyat varsa” serialının müxtəlif bölümlərində çəkilirəm. Serialın rejissoru Naci bəy aktyora sərbəstlik verməyi bacarır. Bizə o qədər dəyər verir ki... Bizim rejissorların çoxunda bu cəhət yoxdur. Yenə də fərq qoyanda Cənnət xanım ideal rejissordur. Cənnət xanıma həm bir insan kimi, həm də bir rejissor kimi çox hörmət bəsləyirəm.

- Xaraktercə sizə yaxın olan obrazlar hansılardır?

- Sonuncu dəfə mənə bir filmdə qəddar qaynana rolunu verdilər. Ssenarini oxudum, amma oynamaq istəmirdim. Ona görə yox ki, mənfi roldur. Sadəcə, tamaşaçıların yaddaşında zalım, qəddar qaynana kimi qalmaqdan qorxurdum. Bu obrazı oynayandan sonra hiss etdim ki, istər qonşular, istərsə də yolda mənə başqa cür baxırlar (gülür). Amma deyilənə görə, pis alınmayıb.

- Dilarə xanım, gözləriniz niyə qəmlidir?

- Keçən dəfə də Facebook-da bir qadın bu sualı mənə verdi. Yəqin ki, səbəb var. Həyat mənə çox acılar yaşadıb. İyirmi günün içində bacı və qardaşımı itirmişəm. Ancaq mən çox möhkəm insanam. Mənə elə gəlir ki, o hadisələr olmasaydı, bəlkə heç qocalmazdım. Bu gün məni yaşadan oğullarımdır. Uşaqlarım həmişə mənim dostlarım olublar. Gəncləri çox sevirəm, onları başa düşürəm. İnanın, teatrımızda da gənclər bir rol alanda çox sevinirəm.

- Bildiyimə görə, ailənizdə hamı incəsənət ilə məşğuldur...

- Yoldaşım dövlət televiziyasında uzun müddət müxbir, baş redaktor işləyib. Oğlumun biri müğənni, o biri isə rejissordur. Uşaq olarkən onlar da elə mənimlə teatra gəlib-gedirdilər. Həmişə böyük oğluma deyirdim ki, sənə görə mən bir çox filmlərə gedə bilməmişəm, imtina etmişəm. Deyirdi ki, darıxma, rejissor olub, səni öz filmimə çəkəcəyəm (gülür). Allah hamının balasını saxlasın, kiçik oğlumun da bir qızı var. Yaxınlarım mənim hər şeyimdir, həyatda onlara görə yaşayıram.

- Dünya klassiklərinin əsərlərini oxumağa vaxtınız olur?

- Sözün düzü, indi vaxtım yoxdur, amma mütaliə etməyi sevirəm. İstəyirəm yenidən başlayım. Mənim kiçik oğlumun həyat yoldaşı yapon dramaturgiyası ilə maraqlanır, həkim olmasına baxmayaraq, çox gözəl ssenarilər yazır. Gəlinimin maraqlı kitab kolleksiyası var, yəqin ki, kitab üçün ona müraciət edəcəyəm (gülür).

- Qarşıdan Yeni il gəlir. Necə qarşılayacaqsınız?

- Həmişə uşaqlarımla keçirirdim. Bu il isə məni qoyub qaçıblar. Elə ona görə də gec evləndirdim onları (gülür). Yoldaşımın ümidinə qalmışam (gülür). Yeni ilə kimi gəlməsələr, yəqin ki, yoldaşımla tək keçirəcəyik bayramı.

- Həyatınızın hansı illərini yenidən yaşamaq istərdiniz?

- Çox yox, amma 1997-ci ildən 2002-ci illərə yenidən qayıtmaq istərdim. Həyatımda dəyişiklik etmək üçün yox, sadəcə istərdim ki, itirdiyim yaxınlarım yanımda olsunlar. Həmişə yaxşı, pis günümdə həyatda itirdiyim insanlar gözümün önünə gəlirlər. Onlardan biri də Hüseynağa müəllimdir. Bu gün Hüseynağanın qoxusunu həyat yoldaşı Nəsibədən alıram. Biz 17 yaşından, tələbəlik illərindən bir yerdəyik. Allah ona can sağlığı versin, bundan sonra da birgə olaq. Sənət elə bir şeydir ki, insan daim axtarışdadır. Bundan sonra da gözəl filmlərdə, teatrda isə maraqlı obrazlarda çıxış etmək istəyirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru