Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                 

MİSİR MƏRDANOVA NƏYİ NECƏ İRAD TUTUBLAR?
Tarix: 24-02-2013, 13:41 | Çap et
MİSİR MƏRDANOVA NƏYİ NECƏ İRAD TUTUBLAR?
TQDK 3-cü sinif dərsliklərini niyə çıxdaş edib?

DİA.AZ: - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqini davam etdirir. Uzunmüddətli araşdırmalar nəticəsində qurumun gəldiyi qənaət belə olmuşdu ki, 1-ci sinfin “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri tədrisə yararsızdır və onlar yenidən hazırlanmalıdır. Bir neçə gün öncə TQDK daha 3 dərsliyi – 3-cü sinfin “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərsliklərini çıxdaş hesab edib. Dünən günortadan sonra isə qurum ekspert şurasının bu dərsliklər haqqında yekun rəyini və qərarını özünün www.tqdk.gov.az saytının “Dərsliklərin monitorinqi” bölümündə yerləşdirib. Maraqlı olacağını nəzərə alaraq DİA.AZ olaraq rəylərin “Nəticə” hissəsini oxucuların diqqətinə çatdırırıq.

“Azərbaycan dili-3” dərsliyi:

1. Dərslikdə dil qaydaları kifayət qədər çox verilib. Əsas qüsurlardan biri budur ki, dil qaydalarının təqdimində nizamsızlıq var və 3-cü sinif şagirdlərinin yaş psixologiyası nəzərə alınmayıb. Sanki 3-cü sinif şagirdi bir tədris ilində Azərbaycan dilinin qrammatikasının əsas qaydalarını sürətlə öyrənib mənimsəməlidir. Bu, şəxsiyyətyönümlü və nəticəyönümlü təhsilin prinsiplərinə uyğun deyil. Məzmun xətləri bir-biri ilə qarşılıqlı əlaqədə verilmir. Dil qaydaları praktiki olaraq digər məzmun standartlarının reallaşmasında rol oynamır. Bununla da “Azərbaycan dili” dərsliyi öz vəzifəsini yerinə yetirə bilmir.
Çətin söz və ifadələrin izahında, orfoqrafiya qaydalarında və durğu işarələrinin qoyulmasında bir sıra məqamlarda yanlışlığa yol verilib.
Dərsliyə salınmış mətnlər şagirdləri Vətəni sevməyə və qorumağa, ölkənin daha da qüdrətli olması üçün çalışmağa, sülhə, vicdanlı olmağa, yalan danışmamağa çağırmalıdır. Mənəvi-əxlaqi dəyərlər haqqında təsəvvürlər mövcud birgəyaşayış qaydalarına, ənənələrə, adətlərə riayət etməyin zəruriliyini dərk etməkdə şagirdlərə kömək etməlidir; insaniyyət, Vətən sevgisi, etibar, inam, əməldə və fikirdə intizam, səxavət, əməksevərlik, xoş rəftar, dəyanət, səbir, etiqad və s. bu kimi anlayışlar dünyəvi xarakter daşıyır, tədricən şagirdlərin əxlaqi davranışının meyarına çevrilməlidir. Lakin dərslikdə bu yöndəki mətnlər və çalışmalar ya çox zəif və uğursuzdur, ya da heç yoxdur.
2. Mətnlərin və tapşırıqların ifadə tərzi və cümlə quruluşu Azərbaycan dilinin praktiki işlənmə vəziyyətindən bir çox hallarda seçilir, fərqlənir. Mətnlərin həcmi kifayət qədər böyükdür və bu, şagirddə dərsliyə, mətnə qarşı soyuq münasibət yaradır. Bəsit və yanlış cümlələr, mətnlər dilin ifadə imkanlarından şagirdlərin istifadə etməsinin, bu imkanların onlar tərəfindən mənimsənilməsinin qarşısını alır. Tapşırıqlar, çalışmalar qavramağa yönəlmir, mənəvi tərbiyə məsələlərinin açılmasına xidmət etmir. Tarixi faktlar, hadisələr, ədəbi əsərlərdən gətirilmiş nümunələr çox bəsitdir.
3. Dərsliyin bütün səhifələrinin həm yuxarı, həm də aşağı hissələri rənglənib, boş sahə yoxdur. Yuxarıdakı rəngli effektlərin içində dairələrdə "Dil qaydaları", "Oxu", "Nitq bacarıqları” və s. sözlər, bir çox mətnlərin adı aydın görünmür. Mətnlərə aid illüstrasiyalar əksər hallarda motivasiya xarakteri daşımır, illüstrasiya xatirinə verilib.
4. Bir vacib məsələ də sualların şagirdin şəxsiyyətinə yönləndirilməsidir. Məsələn, "Sizin məktəbdə uşaqlar təbiəti qorumaq üçün nə edirlər?", "Quşları qorumaq üçün sən özün nə edirsən?" kimi suallar birbaşa şagirdin özünə yönləndirilməlidir. Belə suallar və tapşırıqlar onların təbiətə və cəmiyyət işlərinə qayğı ilə yanaşmaq haqqında təsəvvürlərini formalaşdıra bilərdi, öz əməllərinə, öz işlərinə məsuliyyətlə yanaşmaları barədə təsəvvürlər oyadardı. Təəssüf ki, dərslikdə bunlar yoxdur. Tapşırıqlar daha çox test xarakteri daşıyır ki, bu da sərbəst düşüncəyə bir o qədər də imkan yaratmır. Test tapşırıqlarından yekun qiymətləndirmədə istifadə etmək daha səmərəli olardı.
5. Yekun rəy 14.02.2013-cü il tarixində müəlliflərə göndərilmiş, lakin 18.02.2013-cü il tarixinədək müəlliflər rəyə münasibət bildirməyiblər.

“Riyaziyyat-3” dərsliyi:

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
2. Dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir.
3. Proqramdan çoxlu sayda kənaraçıxmalar var.
4. Dərslikdə çoxlu sayda struktur xətaları var.
5. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb.
6. Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var.
7. Dərsliyin tərtibatı nöqsanlıdır.

“Həyat bilgisi-3” dərsliyi:

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
2. Dərslikdə fənn kurikulumu çərçivəsində nəzərdə tutulmuş alt-standartların reallaşdırılmasında çoxlu sayda kənaraçıxmalar var. Bəzi hallarda fənlərarası və fəndaxili inteqrasiya nəzərə alınmayıb.
3. Dərsliyə çoxlu sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul olunmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru