Burda doğmaq bir yana, ölmək belə təhlükəlidir... - ŞOK fotolar
Tarix: 6-09-2016, 09:11 | Çap et
 Təqdim etdiyimiz bu fotolar Salyan Mərkəzi Xəstəxanasının Doğum evində çəkilib. Hər gün onlarla uşağın dünyaya gəldiyi, xəstələrin yatdığı Doğum evi zəlzələdən çıxmış tikilini xatırladır.
Doğum evininin divarları az qala adamın üstünə uçur, tavan insanların başına düşmək həddindədi. Xəstələrin istifadə etməsi üçün nə təmiz su var, nə qızdırıcı, nə soyuducu sistem...
Doğum evində anti-sanitariya hökm sürür. Burda uşaq dünyaya gətirən analar divarlarda gəzən həşaratların, gecə səhərə qədər rahatlıq verməyən ağcaqanadların əlində xəstəxanada yatmaq istəmir.
Xatırladaq ki, Salyan Mərkəzi Xəstəxanasının Doğum evi iyun ayında dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölməsi xəbəri ilə günlərlə medianın gündəmində olmuşdu. 21 yaşlı rayon sakini Mirzabitə İlham qızı Abdullayeva iyunun 20-də gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Məlumata görə, hadisəyə səbəb xəstəxanada olan generatorların işlək vəziyyətdə olmaması olub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-cü illər)” çərçivəsində bir sıra xəstəxanaların yüksək səviyyədə təmir olunması ilə bağlı göstərişindən sonra Salyan Rayon Mərkəzi Xəstəxanası 2008-ci ildə təmir edilib. Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında aparılan araşdırmalarım nəticəsində, sözügedən xəstəxananın hansı podratçı şirkət tərəfindən təmir edilməsi, dövlət tərəfindən xəstəxanın tikintisi zamanı elan olunan tender elanı ilə bağlı və ayrılan dövlət vəsaiti ilə bağlı heç bir məlumat almaq mümkün olmayıb. Ancaq 2008-ci ildə dərc olunan xəbərlərdə ölkə başçısının Salyan Mərkəzi Xəstəxanasının inşası üçün birbaşa nazir Oktay Şirəliyevə tapşırıq veribmiş.
Sözügedən xəstəxanın təmir-tikintisinin hansı şirkət tərəfindən inşa edilməsi ilə bağlı məlumatlı olmasa da, Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında 2013-2016-cı illər arasında Salyan rayon Mərkəzi xəstəxanasının ümumi avadanlıqlarının yenilənməsi ilə bağlı dövlət tərəfindən milyonlar ayrıldığı qeyd olnub.
Təkcə 2012-ci ildə xəstəxana ilə bağlı “Digər maşın və avadanlıqların satın alınması” elanı üzrə qalib şirkətə 141992.11 manat, “Cari təmir işlərinin satın alınması” elanı üzrə qalib şirkətə 1276 manat, “Avadanlıqların satın alınması” elanı üzrə qalib şirkətə 90595 manat ayrılıb. 2012-ci ildə nazirlik xəstəxana ilə bağlı 12 tenderin qalibinə ümumilikdə 1 milyondan çox dövlət büdcəsindən pul ayırıb. 2013-cü ildə isə SRMX ilə bağlı 14 tender elan olunub və bu elanların qaliblərinə dövlət büdcəsindən milyonlar ayrılıb. Bu ildə “Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmir işlərinin satın alınması” elanı üzrə 115540 manat dövlət vəsaiti xərclənib. 2014-cü ildə nazirliyin elanı ilə xəstəxana ilə bağlı 17 tender elan olunub. Nazirlik sözügedən il cari təmir işlərinin satın alınması üzrə 40000,86 manat pul ödəyib. 2015-ci il ildə isə Salyan rayon Mərkəzi xəstəxanası ilə bağlı 11 tender keçirilib. Bu ildə də xəstəxananın texniki bazasının yaxşılaşdırılması istiqmamətində bir neçə şirkətə ayrı-ayrılıqda yüzmin manatdan çox vəsait ayrılıb.
Bu il isə xəstəxana ilə bağlı Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında 3 tender keçirildiyi qeyd edilib. Nazirlik xəstəxana ilə bağlı “Səhiyyə müəssisələrinin əsaslı təmiri, tələb olunan inventarların və avadanlıqların satın alınması” istiqamətində yeni tender elanı da verib.
Maraqlıdı, bu qədər pulların ayırıldığı xəstəxananın doğum evini təmir etmək niyə heç kimin yadına düşməyib? Daha neçə il körpələr bu ifunətin, qəza vəziyyətində olan binanın, divarlarında kərtənkələlərin qaçdığı xəstəxanın içində doulmalıdı? Səhiyyə Nazirliyi, Salyan Mərkəzi Xəstəxanasının rəhbərliyi hara baxır?










|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
|