TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                 

Özünü doğrulda bilmədi... - Bizə isə təhsilimizin gününə ağlamaq düşər...
Tarix: 1-06-2019, 10:33 | Çap et
Özünü doğrulda bilmədi...
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Amma bu gün uşaqları onlara təlim - tərbiyə verməli, cəmiyyət üçün yetişdirməli olan müəllimlərdən, direktorlardan müdafiə etmək məcburiyyətindəyik.
Bu təhlükə tendensiyaya çevrilir. Təhsil ocaqları uşaqlar üçün qorxu yuvalarına, işgəncə ocaqlarına çevrilməkdədir.
İndi valideynlər övladlarını ətraf mühitin mənfi təsirlərindən, küçənin pisliklərindən qorumaqla bərabər məktəb müəllimlərinin, direktorlarının caynağından xilas yolları axtarmaqdadır.
Anaxeber.info oxucuları da razılaşar ki, bu, bir millətin gələcəyinin faciəsinin başlanğıcıdır. Çünki vətəndaşlar özlərinin və uşaqlarının səhhətini yerli həkimlərə etibar etmədiyi kimi müəllimlərinə də güvənmirlər.
Lakin sabah hər kəs 1 iyundan, uşaqların müdafiəsindən, onlara dövlət qayğısından bəh-bəhlə danışacaq, “ağzına çullu dovşan” sığmayacaq.
Onlar unudacaqlar ki, başda Təhsil Nazirliyinin başbilənləri olmaqla məktəb direktorlarının, müəllimlərin göstərdiyi “qayğı” nəticəsində Elina intihar elədi, elinalar bu faciədən dəhşətli psixoloji travma aldılar, valideynlər xüsusilə qız övladlarına nəzarəti, məktəbdə basqı olub-olmadığına diqqət yetirməyi dərs götürdülər.
Hər bir ata həyəcanlanmağa başladı ki, onun məktəbli qızı Elinanın taleyini yaşaya bilər. Ən ağrılısı buydu ki, nazirlik insanları sakitləşdirmək, maarifləndirici işlər aparmaq, şagird-müəllim münasibətlərini nizama salmaq üçün addımlar atmadı. Sanki Elinanın özünü öldürməsi məişət zəminində bir hadisəymiş. Bu, ciddi sosial mesaj, həyəcan təbili idi.
Axı Elina tək deyildi. Onun faciəsindən sarsıntı keçirən yüzlərlə məktəbli qızlar oldu, müəllimlərə, direktorlara aşkar şəkildə heç bir sərt qulaqburması verilmədi. Əksinə, növbəti müəllim işgəncəsi təkrarlandı.
Söhbət Bakının Nərimanov rayonundakı 36 saylı məktəbin birinci sinif şagirdi balaca Ləmana müəlliməsi Arifə İsmayılovanın təzyiq göstərməsindən gedir.
A.İsmayılova ailəsinin yoxsul olmasına görə Ləmanın az pul gətirməsindən narazı qalır, məktəblini ayrı-seçkiliyə məruz qoyur, döyür, psixoloji təzyiq göstərirmiş.
Məktəblinin bullinqə məruz qoyulması səbəbinin isə onun kasıb olması, digər uşaqlar 50-100 manat verəndə Ləmanın anasının 10 manata gücünün çatması olub.
Hətta məktəblinin anası Oksana Paşayeva ilə müəllimənin sözləri çəpləşib, A.İsmayılova ondan Ləmanı bu məktəbdən çıxarmağı tələb edib.
Dəhşətlidir. Hadisənin ictimailəşməsi 36 saylı məktəbin direktoru Emilya Səfərəliyevanı hərəkətə keçirir, Ləmanın evinə baş çəkir, könlünü alır, növbəti intihara bərabər basqının olduğu dolayısı ilə təsdiqlənir.
Direktorun Ləmangilə getməs sübut edir ki, qızcığaz məktəbdə müəlliməsinin təzyiqləri ilə üzləşib. Bu “nümunə” bir çox məktəblərdə yaşanır, kütləvi hal alıb, kimisi səsini çıxarmır, kimisi şikayət eləmir.
Təhsil ocaqlarını rüşvət yuvasına, bazara çevirənlər, tədrisdən başqa hər şey öyrədənlər Azərbaycanın gələcəyini, yeni nəsli necə məhvə sürüklədiklərinin fərqindədirlər.
Sadəcə, rüşvətə bulaşmış təhsil sistemi bunu diqtə edir. Maliyyəçi Ceyhun Bayramovun təhsil naziri vəzifəsinə gəlişindən sonra baş verənlər göstərdi ki, onun dərinləşməkdə olan böhranı aradan qaldırmaq gücü yoxdur.
Elinalar, Ləmanlar tək deyillər. Nazirlik xüsusi proqram əsasında fəaliyyət göstərməli, bu istiqamətdə narahatlıq doğuran, valideynləri təşvişə salan problemləri aradan qaldırmalıdır.
Məktəblər uşaqlar üçün girovluğa çevrilməməlidir. Hər bir valideyn övladını dərsə göndərir ki, təhsil alsın, müəllimin yumruq-şilləsini yeməsin, intihara təhrik edilməsin.
Pula görə uşaqları sıxışdırmaq nanəciblikdir. Bir millətin gələcəyini məhv etmək istəyirsənsə, təhsilini əlindən al şüarı artıq dərimizə işləyib, üzərimizdə bu “təcavüzü”, “terroru” hiss edirik. Təhsil naziri tərəfindən hansı ciddi bir bəyanat olub?
C.Bayramov təhsil şöbələrinin “bazarkom” sədrləri, məktəblərin alverçi direktorları, “kassir” müəllimləri barəsində hansı kompleks addımlar atıb?
Nazirlik kortəbii fəaliyyət göstərir, heç bir proqramı, konsepsiyası yoxdur, ört-basdır, malalama siyasəti yürüdürlər, özlərinə yaxın KİV-lərdə piarlarını təşkil edirlər.
Allahınızı sevərsiniz, bununla nəyə nail olmaq mümkündür, kimi aldadırsınız??? Ümumiyyətlə, məktəblərdə bullinqlər araşdırılmır, monitorinqlər aparılmır, komissiyalar təşkil edilmir.
Bakının və bölgələrin əksər məktəbləri Misir Mərdanov dövrünün qaydaları ilə işləyirlər. Amma insafən, Mərdanov dönəmində müəllimin şagirdi cəzalandırması, döyməsi faktlar istisna halda olardı. Bu gün internet resurslarında kifayət qədər faktlar tirajlanıb.
Elinanın qanının batırılması, direktorun həbs edilməməsi, eləcə də Ləmana təzyiq göstərilən məktəb direktoruna xəbərdarlıq edilməklə kifayətlənilməsi bu başıpozuq təhsil sistemində belə hallara son qoyulmayacağı qənaəti yaradır....
Anaxeber.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru