Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                 

Cəmiyyətin MTK BƏLASI... - NƏ ETMƏLİ?
Tarix: 21-02-2022, 10:52 | Çap et
Cəmiyyətin MTK BƏLASI...
“Vecon Consulting” qiymətləndirmə şirkəti paytaxtın əmlak bazarı ilə bağlı apardığı araşdırmaya yekun vurub. Monitorinq zamanı vətəndaşların etimadından sui-istifadə olunması, onların aldadılması ilə bağlı çoxsaylı faktlar aşkarlanıb. Mənzil tikinti kooperativlərinin (MTK) mənzillərin sahələrini süni şəkildə şişirtməsi, müvafiq standarları pozması, payçıların artıq ödənişlərə məcbur edilməsi, kommunal xidmətlərin keyfiyyətsiz olması fonunda qiymətlərin bahalaşması və s. kimi məqamlar ortaya çıxıb. Eyni zamanda, cəmiyyətdə “makler” kimi məşhur olan rielitorların da mənzil alıcılarını aldatmasına dair ciddi faktlar üzə çıxıb. DİA.AZ-ın məlumatına görə, sraşdırmanın nəticələri barədə AYNA-ya danışan “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc deyib ki, rəhbəri olduğu şirkət davamlı olaraq paytaxtın daşınmaz əmlak bazarının monitorinqini həyata keçirir: “Hər ay Bakının müxtəlif rayonları üzrə qiymətlərin dəyişmə nisbəti, köhnə və yeni tikili mənzillərə tələbat səviyyəsi ilə bağlı araşdırmalar aparırıq. Habelə paytaxtın əmlak bazarının mövcud vəziyyətinə dair rüblük monitorinqlər həyata keçiririk. Bu qəbildən olan son araşdırmamız zamanı ciddi nöqsanlar aşkar etdik”.

“Statistikaya görə, potensial alıcılar yeni tikili mənzillərə daha çox üstünlük verirlər. Mənzil almaq ərəfəsində insanları ən çox maraqlandıran uyğun yaşayış sahəsinin seçilməsidir. Eyni zamanda binaların yerləşdiyi əraziyə də xüsusi önəm verilir. Bir çox hallarda rielitorlar internet resurslarında yerləşdirdikləri elanlar zamanı mənzilin yerləşdiyi ərazini düzgün qeyd etmirlər. Onlar müştərinin müfəssəl məlumatlar əldə etməsini yox, nəyin bahasına olursa-olsun onları əldə etməyi hədəfləyirlər”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, istehlakçılar sinif təsnifatına görə mənzilləri ayırd etməkdə çətinlik çəkirlər: “Bəzi işbazlar da bundan yararlanaraq onları aldatmağa çalışırlar. Misal üçün, mənzilin yerləşdiyi ərazini “Həzi Aslanov” metrostansiyasının yaxınlığı kimi qeyd edirlər. Lakin sonradan məlum olur ki, “Xəzər” univermağının ərazisindəymiş. Halbuki alıcıda aydın təsəvvür formalaşdırmaq üçün ərazinin yaxınlığındakı strateji məkan qeyd olunmalıdır. Hər hansı metroya yaxınlığını isə konkret məsafəni göstərməklə bildirmək olar”.

“Mənzilə baxış zamanı məlum olur ki, təmirin səviyyəsi, mənzilin sahəsi də şişirdilib. 96 kv.m-lik mənzil 100 kv.m kimi göstərilib. Çıxarış zamanı isə bu mənzillərin real sahəsinin 82 kv.m olduğu bəlli olur. Təsəvvür edin ki, müştəri mənzili 18 faiz daha baha qiymətə almaq məcburiyyətində qalır. Bu da öz növbəsində daşınmaz əmlak bazarında bahalaşmanı stimullaşıran faktor rolunda çıxış edir”, - deyə ekspert söyləyib.

V.Oruc qeyd edib ki, gündəlik qiymətləndirmələr zamanı şirkətə vətəndaşlardan bununla bağlı çoxsaylı şikayətlər daxil olur: “Onlar iddia edirlər ki, mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğu qədər olmalıdır. Biz isə onlara izah edirik ki, mənzilin real sahəsi çıxarışa uyğun tənzimlənir. Müvafiq normativlərə görə, mənzilin sahəsi hesablanarkən onun yalnız yaşayışa yaralı hissəsi qeyd olunmalıdır. Eyvan ərazisi üçdə bir nisbətində qeydiyyata alınmalıdır. MTK sahibləri isə qonşuya aid əraziləri də mənzilin ərazisinə şamil edirlər. Evin sahibi sonradan mənzili satışa çıxararkən ciddi problemlərlə üzləşir. Məlum olur ki, onu aldadıblar və nəticədə çıxılmaz duruma düşürlər. Mən buradan üzümü MTK sahiblərinə tutub demək istəyirəm ki, mənzillərin sahəsini şişirdilməsi ənənəsinə son qoyulmalıdır”.

Vətəndaşları yeni mənzil alarkən diqqətli olmağa səsləyən ekspertin bildirdiyinə görə, mənzilin sahəsi, təmir səviyyəsi, yerləşdiyi ərazi, mərtəbəsi qiymətlərə təsir edən faktorlardır: “Müvafiq qaydalara əsasən, mənzillərin ümumi sahəsi – yaşayış otaqlarının, köməkçi sahələrin (mətbəx, sanitar qovşaq, dəhliz, dolab), eləcə də eyvanların azaltma əmsallara vurulmuş məcmusundan ibarətdir. 30 faiz eyvan sahəsi ümumu yaşayış səviyyəsinə aid edilə bilər. Mənzilə çıxarış da məhz buna əsasən verilir. Mənzil ipoteka şərtləri ilə satışa çıxarılan zaman qiymətləndirmə şirkətləri də bunu əsas götürür”.

DİA.AZ xəbər verir ki, hüquqşünas Fərhad Mehdiyev də AYNA-ya açıqlamasında MTK-ların əksər hallarda vətəndaşları aldatdığını bildirib: “Əvvəla, MTK-lar mənzilləri təhvil verdikdən sonra oranı tərk etməlidir. 2010-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsi mövcuddur. O Məcəllədə qeyd olunur ki, yeni tikili binalarda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti fəaliyyət göstərməlidir. Bu qurum payçılar tərəfindən yaradılmalı və səsvermə əsasında idarəçilər seçilməlidir. Qeydiyyatdan keçəndən sonra isə həmin binaların idarə edilməsi onlara həvalə olunmalıdır”.

“Çox təəssüf ki, bu proses həyata keçirilmir. MTK-lar satışdan pul qazandıqları kimi, binanın idarəçiliyindən də pul qazanırlar. Özü də bu, kiçik məbləğlər olmur. Onlar hər vəchlə Məcəllənin işlək olmasına mane olurlar. Hətta bununla bağlı məhkəmə iddiaları da var. Misal üçün, bir yaşayış kompleksində MTK rəhbərliyi bəzi qonşularla sövdələşməyə gedərək, bu cəmiyyətin qurulmasına imkan vermirdi. Sonradan məsələ məhkəmə yolu ilə öz həllini tapdı”, - deyə müsahibimiz vurğulayıb.

Hüquqşünasın sözlərinə görə, əksər MTK-lar ilkin müqavilə imzalayan zaman payçıları aldadırlar: “Müqaviləni istədikləri kimi tərtib edirlər. Vətəndaşlar da fərqinə varmadan həmin müqavilələləri imzalayırlar. Sonradan hər hansı narazılıq ortaya çıxanda MTK sahibləri deyir ki, bu müqaviləyə imza atmısan. Lakin vətəndaş qol çəkib deyə, bu, o demək deyil ki, istədiyin şəkildə müavilə tərtib edə bilərsən. “İstehlakçıların hüquqlarının müdafiəsi haqaında” qanunda istehlakçının aldadılması ilə bağlı xüsusi müddəa var. Burada payçılar həm də istehlakçı qismində çıxış edirlər”.

“Digər yandan qeyd etdiyim kimi, Mənzil Məcəlləsində belə binaların idarəetmə formatı ilə bağlı konkret normativlər mövcuddur. Müvafiq qurumlar ilk növbədə qanunların işlək olmasına nəzarəti təmin etməlidir. Müştərək payçılara idarəetmə səlahiyyətlərinin verilməsinə nail olunmalı, MTK sahiblərinin daha çox gəlir əldə etmək məqsədilə onlara maneçilik törətməsinin qarşısını almalıdırlar. Yeni tikili binalarda mənzillərin ölçülərinin şişirdilməsi ilə bağlı da bağlı çoxsaylı məhkəmə iddiaları var. Bəzi payçılar MTK-lara qalib gəlib, dəymiş zərəri geri almağa müvəffəq olublar. Bütün hallarda müqavilə şərtləri normativlərə uyğun yazılmalı, düzgün tərtib edilməlidir. Məhz belə olmadığına görə gələcəkdə bu kimi problemlər ortaya çıxır”, - deyə Mehdiyev fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru