İrandan Azərbaycana qarşı yenə ittiham gəldi – “Sionizm və ABŞ, Azərbaycan Respublikasında bazalar yaradıblar” – Bəs barışmışdıq?
Tarix: 14-04-2014, 09:21 | Çap et
 DİA.AZ: - Deyəsən, fars-molla rejimi üçün hansısa tövbənin əhəmiyyəti yox imiş. Hər halda, İranda keçən həftə rəsmi səfərdə olan prezident İlham Əliyevin bu addımının artıq iki ölkənin münasibətlərində yeni düzənin qurulacağına işarə olduğu iddia edilirdi. Amma görünəni odur ki, İran tərəfi İlham Əliyevin səfərindən razı qalmayıblar. Yəni İlham Əliyevdən Tehranda istədiklərini ala bilməyiblər.
Elə buna görə də Azərbaycana qarşı molla mətbuatında ənənəvi təbliğat yenə də davam etdirilməkdədir. Halbuki prezidentlərin görüşündə bu məqamla bağlı xüsusi açıqlamalar da verilmişdi.
DİA.AZ olaraq fars-molla rejiminin xüsusi xidmət orqanlarına aid olan və antiAzərbaycan ruhlu təbliğatı ilə seçilən “AranNews” portalında yer almış iranın tanınmış dindarlarından birinin müsahibəsini olduğu kimi diqqətinizə təqdim edirik.

“Fatimiyyə günlərində Təbrizin İmam Xomeyni (rh) müsəllasında əxlaq məclisləri təşkil edilmişdi və Azərbaycan Respublikasından gəlmiş bir sıra gənclər də bu məclislərdə iştirak edirdilər. Bu da höccətül-islam vəl-müslimin Füruği ilə qısa söhbət etməyimizə səbəb oldu.
- Təbrizin böyük müsəllasında təşkil edilmiş əxlaq məclislərində Azərbaycan Respublikasından qonaq gəlmiş gənclər də iştirak edirdilər. Bu iştirakı necə dəyərləndirirsiniz? - Belə düşünürəm ki, Azərbayacan Respublikasında mənəvi bir inqilab formalaşmışdır. Bu ölkənin gəncləri öz pak fitrətləri, İslam və əhli-beyt (ə) nuru əsasında belə məclislərdə iştirak edirlər və bunun üçün şükür etmək lazımdır. Əhli-beytə (ə) sevgi nurunun əsasında başdan-başa bütün dünyada mənəvi və ilahi inqilab yaratmaq və bu bərəkətli inqilabdan istifadə etmək mümkündür.
- Azərbaycan müsəlmanları qarşısında bizim vəzifəmiz nədir? Və iki ölkə şiələrinin bir-birinə yaxınlaşmasına nə kömək edə bilər? - Bizim əsil kimliyimiz dini və islami kimlikdir. Həyatımızda qeyri-dini və yalançı kimliklər bu əsil dini kimliyin yerini tutmamalıdır. Çünki bu kimliklər insanın təkəbbür və qüruruna səbəb olur. Peyğəmbər (s) Məkkəni fəth etdiyi zaman özü buyurdu ki, ərəblik mənim ayaqlarım altındadır və sübut etdi ki, ərəb yaxud əcəm olmaqda bir fəxr yoxdur və meyar təkcə təqvadır. Dini kimliyi olmayan və dini məsələlərdə geri qalan şəxslər milliyyət və irqçilik məsələsini ortaya atırlar. Milliyyəti, Allahın yerinə qərar verirlər. Əgər biz Allahı öz lazım olan yerində qoruyub saxlaya bilsək, onda fars, türk, ərəb, əcəm hamısı öz yerində dayanacaq, meyar da təkcə təqva olacaq. Müsəlmanlar arasında insanları öz milliyyətinə görə təbəqələşdirmək, batil və puç düşüncədir, islami düşüncə deyil. Belə bir təfəkkürlə qarşılaşmaq lazımdır. Biz hamımız müsəlmanıq və bizim üçün dəyərli olan əsillərin ardınca getməliyik. Azərbaycan Respublikasında müsəlmanların 85 faizi şiələrdir. Onlar bizim din qardaşlarımız hesab olunur və onların dərdi bizim dərdimizdir. Milliyyət məsələsini araya salanlar fikri böhrana düşmüş adamlardır, din və məzhəb məsələsi onlar üçün həll olmayıb.
- Ustad Füruği, Azərbaycan dövlətinin milliyyətçilik hücumları ilə qarşılaşmasını necə dəyərləndirirsiniz? - Sionizm və ABŞ, Azərbaycan Respublikasında bazalar yaradıblar. Təbii ki, dövlət başçıları da bu qərb təfəkküründən uzaq qala bilməyəcəklər. Dövlət rəhbərlərindən görünən bəzi rəftarlar qəbul ediləsi deyil. Bu ölkədə din və hicab kimi məsələlərdə dini hökmlərin davamçıları olan bir sıra dindarlar həbsxanalara salınmışdır. Ölkədə şiəlik məktəbinin təbliği çoxlu problemlərlə üzləşmişdir.
- Ustad, hansı mövzuları xatırlatmağı lazım görürsünüz? - Hamımız elə rəftar etməliyik ki, imam Zamanın (əc) gəlişi üçün şərait yaransın. Mən bəşərin gələcəyinə qarşı bədbin deyiləm. Mövud üçün intizar, yəni imamın (əc) gəlişinin intizarında olanların hamısı gələcəyə xoş baxırlar. Bir gələcək ki, onda ədalət, tövhid, insanlıq öz yüksək həddinə çatacaq. Elə bir gələcək ki, insanın ən uca hədəfli arzuları onda gerçəkləşəcək. O gün heç bir sərhəd tanımayan bir hökumət olacaq və yalnız İslam hakim olacaq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49 |
|
|
|
| • Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25 |
|
|
|
|