Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                 

İran yenə də Bakı ilə münasibətlərini pozmağa cəhd edir – Azərbaycandakı dindar məhbuslara fars-molla rejimindən dəstək – PUL YIĞIRLAR
Tarix: 19-05-2014, 09:55 | Çap et
İran yenə də Bakı ilə münasibətlərini pozmağa cəhd edir – Azərbaycandakı dindar məhbuslara fars-molla rejimindən dəstək
DİA.AZ: - Son günlər rəsmi Bakı ilə dil tapdığını hiss etdirən İrandakı fars-molla rejiminin əslində Azərbaycan həbsxanalarında saxlanılan dindar məhbuslarla bağlı bir neçə dəfə tələb səsləndirdiklərini bildirmişdik. Onu da bildirək ki, prezident İlham Əliyevin İran səfərində də bu məsələnin müzakirə olunduğu söylənilir. Amma Azərbaycan tərəfi iranlı məhbusları ölkələrinə təhvil versə sə, Azərbaycan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşı olan İran yandaşları ilə bağlı eyni qərarı vermədi.

DİA.AZ bildirir ki, artıq bu səbəbdən rəsmi Tehran bir kampaniyaya da start verib. Bu barədə İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “Arannews” portalında məlumat yer alıb. diaaz.space olaraq həmin xəbəri təqdim edirik: “Müqəddəs Qum şəhərində Azərbaycan Hicab Məhbuslarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan komitənin sədr müavini, Əhli-Beyt (ə) səmasının 7-ci parlaq ulduzu İmam Musa Kazimin (ə) şəhadət ildönümü münasibətilə Əsrin İmamı (əc), Cənab Rəhbər, dünya müsəlmanlarına və ədalətsevər insanlara başsağlığı verib. İmam Sadiqin (ə) əziz oğlu İmam Kazimi (ə) Əbu-İbrahim adı ilə də çağırıblar. İmam (ə) hicri 128-ci ildə Məkkə və Mədinə arasındakı Əbvada dünyaya göz açıb, 183-cü ildə Kazimeyndə şəhadətə yetirilib. İmam (ə) həm də İmam Riza (ə) və xanım Məsumənin (sə) atasıdır. Sonra komitə sədri çıxış edib. O, 2008-ci ilin sonunda В«Həftə içiВ» qəzetinə müsahibə verən AİP sədri Mövsüm Səmədovun Qərb, ABŞ, İsrail əleyhinə çıxışlarını, 10 dekabr 2010, 5 oktyabr 2012, 6 may 2014-ci il tarixli hicab aksiyalarını, yada salıb. Komitə sədri 25 may-3 iyun günlərinin İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü kimi qeyd olunmasını təklif edib. Təklif müzakirəyə çıxarılıb və komitə rəhbərliyi, fəalların, tələbələrin yekdil razılığı ilə qəbul edilib. Komitə iclasının gedişində bəyanat hazırlanıb və bu bəyanatla islamçı məhbuslardan dolayı narahatlığı davam edən Azərbaycan dini cameəsinə müraciət edilib. Bəyanatın mətni ilə tanış olun:

İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü ilə bağlı bəyanat

Bismillahir-Rəhmanir-Rəhim

Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsi İslam tarixində həbs həyatı, işkəncələrlə yadda qalmış İmam Musa Kazimin (ə) şəhadət ildönümü günündən başlayaraq Azərbaycanda İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü keçirilməsinə qərar verib. Bu ongünlüyə dəyərli tarixlər daxildir: 25 rəcəb İmam Musa Kazimin (ə) şəhadət ildönümü, 27 rəcəb Məbəs bayramı, 3 şəban İmam Hüseynin (ə) mövlud ildönümü, 4 şəban həzrət Əbülfəzlin mövlud ildönümü, 5 şəban İmam Səccadın (ə) mövlud ildönümü. HHMMK Azərbaycan dini cameəsinə, bütün ədalətsevər, əhli-beytsevər azərilərə müraciət edərək bu ongünlüyü islamçı məhbusların azadlığı yolunda bir hərəkata çevirməyə çağırır. Bu ongünlükdə konfransalar, seminarlar keçirmək, islamçı məhbuslara və onların ailələrinə baş çəkmək, Azərbaycanın din və vətən yolunda canından keçmiş oğullarının qəbrini ziyarət etmək, broşurlar, kitabçalar, CD-lər hazırlamaqla cəmiyyətimizi onun gələcəyini hədələyən unutqanlıq halından çıxarmaq nəzərdə tutulur. Əziz azərilər! Əziz həmvətənlər! Dini dəyərlər və dini fəalların həbsi ilə barışmaq millətimizə heç bir xoş vəd vermir. Onlar mətbuatda, toplantılarda, meydanlarda “İslama azadlıq”, “Hicaba azadlıq!” deyə fəryad qopardılar və bu fəryadları ilə din düşmənlərinin qəlbinə qorxu saldılar. Bu böyük insanlar çirkin şəkildə şərlənərək sifarişli məhkəmələrin hökmü ilə azadlıqdan məhrum edildilər. Onların müqəddəs işini davam etdirmək biz müsəlmanların borcudur. İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü dini cameəmizdə dirçəliş, oyanış günləri olacaq. Həmin ongünlükdə ölkə daxilində və xaricdə Azərbaycanın islamçı məhbusları, vicdan məhbusları, siyasi məhbusları xatırlanacaq. Həmin tədbirlər uzun müddətə azadlıqdan məhrum edilmiş Azərbaycan oğulları üçün bir təsəlli olacaq, cəmiyyətimizi durğunluqdan qurtaracaq.

İclasda bu tarixi ongünlük üçün işçi proqram təklif olunub:

1.Məhbusların fəaliyyətlərini dəyərləndirmək məqsədi ilə mərasimlər keçirmək;

2.Bu ongünlükdə müxtəlif münasibətlərlə keçiriləcək tədbirlərdə islamçı məhbusları yada salmaq;

3.Məhbus ailələri ilə görüşlər təşkil etmək;

4.Mətbuatda, xüsusilə İslam mətbuatında ongünlük boyu məhbusların həyat və fəaliyyətlərini işıqlandırmaq; 5.Ongünlüklə bağlı sosial şəbəkələrdə aparılan kampaniyalara qoşulmaq;

6.Məscidlərdə və dini yığıncaqlarda məhbusların azadlığı üçün dua və təvəssül;

7.Məhbusların azadlığı üçün fərdi qaydada dua və zikrlər;

8. “İslamçı Məhbuslara Azadlıq” devizi altında konfrans, seminar, dəyirmi masaların təşkili;

9.Məhbusların həbsxana problemlərinin aradan qaldırılması üçün yardım;

10.Məhbus ailələrinin normal həyat səviyyəsinin təmini üçün yardım, məhbus övladlarına təhsil, iş və ailə qurmaqda yardım;

11.Məhbus ailələri üçün ölkə daxili və xaricdə ziyarət səfərlərinin təşkili;

12.Məhbus ailələri üçün bank hesablarının açılması və azadlıq gününə qədər maddi dəstək;

13.Hazırkı və keçmiş məhbusların ziyarəti, maddi və mənəvi dəstək;

14.Məhbusların azadlığı üçün imza toplamaq, səlahiyyətli orqanlara müraciət etmək;

15.İslamçı məhbusların unudulmaması ilə bağlı Allah-Taala, Əsrin İmamı (əc) ilə əhd-peyman bağlamaq, sədaqət andı içmək. Yaşasın İslam! Yaşasın Ədalət! Yaşasın fədakarlıq və isar! Yaşasın din və ədalət yolunda özünü oda atanlar! O gün uzaqda deyil. Yaxın gələcəkdə biz bütün islamçı məhbusları, vicdan məhbuslarını öz aramızda görəcəyik. Təbii ki ali məqsədimiz yolunda bu ongünlüyün öz sözü olacaq.

Salam olsun Sənə, ey Rəsuləllah! Salam olsun sizə, ey Əhli-Beyt (ə) şəhidləri! Salam olsun Sənə, ey İmam Musa Kazim (ə)! Allahın salam və rəhməti olsun Onun saleh bəndələrinə!

Hicab və Hicab Məhbusları Müdafiə Komitəsinin mətbuat xidməti”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru